Kukla teatrında kimlər HƏBS OLUNACAQ ?
“Əlbir olub bir ayı bir şir ilə” və ya Dövlət Kukla Teatrında illərdir gördüklərim…
Neçə gündür media Abdulla Şaiq adına Dövlət Kukla Teatrında yoxlamaları elə həssaslıqla izləyir ki, sanki burada kukla tamaşası göstərməyiblər, “canavar və tülkü” əlbir olub dövlətin büdcəsini yeyib-dağıdıblar. Ölkədə bəzi mövzular tabu kateqoriyasındadır, o səbəbdən medianın belə mövzularda israrçılığı anlaşılandır. Məsələn, elə mənə də sual edə bilərsiz ki, niyə Naxçıvanda baş verən korrupsiya həbslərindən yox, kukla teatrındakı yoxlamalardan yazıram. Səbəbini izah edim. Naxçıvanda heç olmadım, həm də orada baş verənlərin kökü məncə, KİV-in yazdığı və təqdim edilən kimi deyil. Mənə qalsa, biz ümumiyyətlə baş verənlərin mahiyyəti haqda gerçəyi bilmirik, ya da medianı yanlış yönləndirirlər...
Kukla teatrında yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu məlumdur. Bildirilir ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Teatrın direktorunun təklifə etirazı o vaxtkı nazir müavinin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb. Mədəniyyət Nazirliyinin isə mövqeyi belədir ki, teatr “islahatlar çərçivəsində” yoxlanılır və xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.
![]()
Mədəniyyət Nazirliyinin hər hansı yoxlamasına etirazım yoxdur. Bu nazirlikdə korrupsiya haqda illərdir yazılır, Əbülfəs Qarayev özü həbs edilməsə də, ətrafında bir neçə nəfər hazırda həbsxanadadır. Amma özünü çağırıb demədilər ki, bu nazirlikdə baş verənlərdən xəbərin olmayıb? Qarayevin həbsdə olan sabiq müavinin yerinə gələn Elnur Əliyev də nə işdirsə, o kresloda iki-üç ay rahat otura bilmədi. Bilinmədi bu adamın suçu nə idi. Belə suallara əlbəttə ki, cavab almaq çətindir, amma kuklaları sorğu-sual etmək çox asandır. Üstəlik, adları da pisə çıxıb: canavar, tülkü, ayı…
![]()
Kukla teatrı köhnə kommunist jurnalistlərin ifadəsi ilə desək, mənə dogma məkandır. Son 3-4 ildə kukla teatrına yolum çox düşüb və hər iki dildəki tamaşların demək olar ki, hamısına Qaqa ilə baxmışam. Maraqlı tamaşalar da olub, maraqsız hazırlananları da. Əsas əlbəttə ki, uşaqların məmnun qalmasıdır.
Paytaxt Bakıda uşaqlar üçün bir çox əyləncəli məkanlar var, qiymətlər də bahadır. “Mall”larda xüsusilə bahaçılıqdır, kasıb ailələr uşaqlarını belə yerlərdən uzaq qaçırırlar. O səbəbdən “kukla teatrı kasıb balaları üçündür” deyənlər varsa, haqlıdırlar. Amma buraya ən müxtəlif sosial zümrədən uşaqlara da rast gəlmək mümkündür. Xüsusilə rus dilində olan axşam seanslarında...
![]()
Bilet bütün tamaşlara və yaş qrupları üçün 3 manatdır. Valideyn özü də zalda oturmaq istəyirsə, o da bilet almalıdır. Uşaqlara zalda bir neçə qız nəzarət edir. Zal geniş və rahatdır. Bura xüsusilə bayram günlərində anşlaq olur, bilet tapmaq çətinləşir. Bu illər ərzində heç vaxt “altdan bilet” satıldığının şahidi olmamışam. Arxasında möhrü olan bileti kassadan alıb, nəzarətçiyə verirsən, o da biletin yarısını kəsib sənə qaytarır. Kukla teatrına niyə online bilet satılmadığının səbəbi maraqlıdır. Şəhərin mərkəzinə hamı yarım saat tez gələ bilmir axı...
Tamaşlar haqda xüsusi yazmağa gərək yox. Yeni premyeraya bu yaxınlarda getmişdik: “Qar kraliça”ya. Maraqlı hazırlanmışdı, onun cizgi filminə elə indi də baxıram, uşaqlar üçün belə keyfiyyətli tamaşa hazırlanmasına ancaq sevinmək olar. Aktyorların hamısını üzdə tanıyıram, gənclər çoxdur. Onlar tamaşanın sonunda alqışlamaq xoşuma gəlir.
![]()
Uşaqlar bu dünyanın ən təmiz məxluqlarıdır və onlar həqiqətən də inanırlar ki, Xeyirlə Şərin mübarizəsində həmişə birincilər qalib gəlir. Onlar böyüdükcə hər şeyi başa düşəcəklər, anlayacaqlar ki, bu dünyada heç də hər şey kukla teatrındakı kimi deyil. Hər şey bəlkə də tam əksidir.
Kukla teatrında yoxlamağa yəqin ki, nəsə var, söz veriblər ki, “ictimaiyyətə nəticələr barədə məlumat veriləcək”. Ümid edək ki, teatrın binasını möhürləməzlər. Məndən sizlərə məsləhət, hərdən uşaqlarınızı və nəvələlərinizi kukla teatrına aparın və özünüz də baxın. Kuklaların günahsız olduğunu özünüz də görəcəksiniz...
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 2026 14:32
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
