Çilingər idi, nazir oldu-Stalindən Qorbaçova qədər rəhbərlərlə işləyən...

Ağır müharibə illəri, gərgin iş rejimi onun sağlamlığına təsir edə bilməyib. Aleksandr Yejevski 101 illik ömrünün sonuna qədər iş başında olub. SSRİ-nin kənd təssərüfatı texnikası, traktor və maşınqayırma sənayesində o, əvəzolunmaz kadrlardan biri sayılıb. Sıravi çilingərlikdən nazir vəzifəsinə qədər yüksələn Yejevski İosif Stalin, Nikita Xruşov, Leonid Brejnev, Yuri Andropov, Konstantin Çernenko, Mixail Qorbaçovla dəfələrlə ünsiyyətdə olub, özünü onlara sübut etməyi bacarıb.
Vəzifə yükünün ağırlığını isə ilk dəfə 1951-ci ildə, Altay Traktor Zavodunun direktoru işləyəndə hiss edib. Yejevski həmin günü öz xatirələrində aşağıdakı kimi xatırlayıb:
“Mənim həmin vaxt 36 yaşım var idi. Altay diyarında, Rubtsovsk şəhərindəki traktor zavodunun direktoru işləyirdim. Moskva ilə aramızda zaman fərqi 4 saat var idi. Günlərin birində gecə saat 12-dən sonra evə telefon zəngi gəldi. Həm yaşadığım evə, həm də iş yerimə hökumət telefonu (VÇ) çəkilmişdi. Bu telefona gələn zənglərin “vacib”liyini yaxşı anlayırdım. Amma gecədən xeyli keçmiş gələn bu zəng məni daha çox narahat etdi. Dəstəyi qaldırdım. Xəttin o başından Stalinin köməkçisi Poskrebışev özünü təqdim etdi və bildirdi ki, dəstəkdə gözləyim, Stalin mənimlə danışacaq. Qeyri-ixtiyari olaraq ayağa qalxdım.
Bir neçə dəqiqədən sonra Stalinin ağır səsi eşidildi. O, salamlaşdıqdan sonra birbaşa mətləbə keçdi, özü də çox qısa şəkildə dedi:
- Yoldaş Yejevski, Qazaxstanın katibi Şayahmetov bizdən xahiş edir ki, onlara lazım olan traktorlar vaxtında ünvanına çatdırılsın. Siz bu məsələni iki günə həll etməlisiniz. Hələlik.
Stalin belə dedi və dəstəyi asdı. Mən tez iş dəftərçəmi açıb Qazaxstana ayrılacaq traktorların sayına baxdım. Böyük rəqəm idi – 500 traktor. İstismara hazır olan traktorlarımız var idi, amma onların sayı çox deyildi. Biz iki gün ərzində tapşırığı yerinə yetirməli idik. Elə gecə ikən zovodun dispetçerinə zəng vurub bütün kişi işçiləri işə çağırmaq barədə göstəriş verdim, özüm də zavoda getdim. Hamı yığışdı, mən elan etdim ki, iki gün fasiləsiz işləyəcəksiniz, biz Stalinin tapşırığını yerinə yetirməliyik. Səhər tezdən zavodun qadın işçiləri işə gələndə mən onların bir qismini evə göndərdim, tapşırıq verdim ki, şəhərin ərzaq anbarından ərzaq məhsulları ayrılacaq, onları götürüb evdə yemək bişirsinlər və zavoda gətirsinlər. İki gün qızğın iş getdi, biz 500 ədəd traktoru Qazaxstana göndərdik. Təxminən eyni vaxtda, Stalinin mənə zəng etdiyi gecə saatlarında Kremlə zəng vurdum, Poskrebışevlə danışdım:
- Yoldaş Stalinə məruzə edin ki, onun göstərişi icra olundu, traktorlar Qazaxstana göndərildi.
Gecə saat 4-5 olardı ki, telefona zəng gəldi. Düşündüm ki, Stalinin növbəti tapşırığı olacaq. Zəng vuran Poskrebışev idi:
- Aleksandr Aleksandroviç, yoldaş Stalin sizə təşəkkürünü bildirdi.
Bir neçə aydan sonra mən Moskvada, Mərkəzi Komitədə kənd təsərrüfatı işçiləri ilə keçirilən müşavirədə iştirak edəndə Stalin mənim adımı xüsusi vurğuladı və qeyd etdi ki, Mərkəzi Komitənin mənim haqqımda təşəbbüsü var. Yeni vəzifəyə təyinatla bağlı idi bu təşəbbüs. Amma Stalinin ömrü buna çatmadı...”
Aleksandr Yejevski 1915-ci ildə İrkutsk vilayətinin Tulun şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra bir müddət İrkutsk maşınqayırma zavodunda çilingər köməkçisi, çilingər işləyib. Daha sonra o, İrkutsk Metallurgiya İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra İrkutsk Kənd Təsərrüfatı İnstitutunda laborant, müəllim, baş müəllim vəzifəsində işləyib.
Sonrakı fəaliyyətini istehsalata bağlayan Yejevski İrkutskda maşınqayırma və avtomobil təmiri zavodlarında baş mühəndis və direktor vəzifələrində çalışıb.
Sovet-alman müharibəsi başlananda Yejevski könüllü olaraq müharibəyə getmək üçün hərbi komissarlığa müraciət edib. İrkuts vilayət partiya komitəsinin rəhbərliyi onu mütəxəssis kimi zavodda saxlayıb. Həmin dövrdə Yejevskinin işlədiyi zavodlar hərbi təyinatlı məhsullar buraxıb.
1950-ci illərin sonunda Yejevski ölkənin əsas traktor istehsal edən zavodlarının birinə, Altay Traktor Zavoduna direktor təyin edilib. 4 il bu vəzifədə işlədikdən sonra o, Rostovdakı maşınqayırma zavoduna direktor vəzifəsinə təyinat alıb.
Hansı vəzifədə işləməsindən asılı olmayaraq Yejevski öz göstəriciləri ilə həmişə diqqət çəkib və o, öz sahəsinin ən güclü mütəxəssislərindən olub.
1955-ci ildən Yejevski fəaliyyətini SSRİ Kənd Təssərrüfatı və Traktor Maşınqayırma Nazirliyində (nazirliyin adı bir neçə dəfə dəyişdirilib) davam etdirib. O, bu nazirlikdə uzun illər baş idarə rəisi, nazir müavini vəzifələrini tutub. 1980-1988-ci illərdə isə Yejevski nazir təyin olunub.
Yejevski öz xatirələrində birinci şəxslərlə münasibətlərinə də yer ayırıb:
“Nikita Xruşovla bir neçə dəfə səfərdə olmuşam. O, hərtərəfli savadlı adam olmasa da, təşkilatçılıq məsələsində mükəmməl idi. Biz SSRİ-nin ayrı-ayrı bölgələrində olarkən, yerlərdə kənd təssərüfatı texnikalarının müzakirəsi aparılanda Xruşov elə yerindəcə problemləri aradan qaldırmaq üçün göstəriş verirdi. Bir məsələ də var ki, Xruşov bütün məsələləri öz düşündüyü kimi həll edirdi. Müvafiq sahənin mütəxəssislərinin fikri onu çox da maraqlandırmırdı. Bu da əksər vaxtlarda mübahisəyə səbəb olurdu. Belə məsələlərdə Brejnev daha rahat adam idi. O, əvvəlcə mütəxəssislərin rəyini dinləyirdi, dəfələrlə götür-qoy edirdi, sonra qərar verirdi. Andropov və Çernenkonun qısa müddətli baş katibliyi dövründə bizim sahə ilə Mərkəzi Komitənin müvafiq şöbələri məşğul oludular. Biz hesabatlarımızı, planlarımızı onlarla müzakirə edib ümumi nəticəyə gəlirdik. Hər iki baş katibi yalnız plenumlarda görürdük. Bütövlükdə SSRİ-nin iqtisadiyyat sahəsində ən bacarıqlı, ən savadlı adam Kosıgin idi. O, həm də çox ziyalı, insanpərvər, məmurları sona qədər təmkinlə dinləməyi bacaran, problemlərin kökünün haradan gəldiyini bilən və onların həll yollarını tapan bir şəxsiyyət idi. Onun vəzifədən getməyi SSRİ üçün, xüsusilə ölkənin iqtisadiyyatı üçün böyük zərbə idi...”
1988-ci ildə nazir vəzifəsindən azad olan Yejevski ömrünün sonuna qədər ayrı-ayrı elmi müəssislərdə, tədqiqat institutlarında müşavir və məsləhətçi kimi fəaliyyətini davam etdirib.
Aleksandr Yejevski 2017-ci ildə, 101 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
31 yanvar 2023 10:55
- “Əsgər atası” filmi 1965-ci ildə nəyə görə qadağan etmək istəyiblər?
30 yanvar 2023 22:27
- Qəbələdə meşədə biznesmenin parçalanmış meyiti tapıldı -Video
30 yanvar 2023 17:54
- Hindistanda polis səhiyyə nazirini öldürdü - Foto
30 yanvar 2023 11:30
- Xruşşovun Bakıdan Moskvaya apardığı kadr –O, DTK sədrini ittiham edib
29 yanvar 2023 20:37
- BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !? Novruz Mirzəliyev yazır
30 yanvar 2023 07:04
- İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
29 yanvar 2023 12:20
- Rusiyada hərbçilərin olduğu xəstəxanada partlayış - 14 nəfər öldü
28 yanvar 2023 19:56
- Kremlin neft hərisliyi – SSRİ-nin nüvəsini dağıdan Çernobıldan əvvəl...
27 yanvar 2023 16:22
- Keçmiş baş mama-ginekoloq TƏBİB-də şöbə müdiri oldu
27 yanvar 2023 14:43
- Arıqlamaq istəyənlər sarımsaq yesin...
31 yanvar 11:02
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
31 yanvar 10:55
- “Əsgər atası” filmi 1965-ci ildə nəyə görə qadağan etmək istəyiblər?
30 yanvar 22:27
- Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz - Bu tarixdən
30 yanvar 21:49
- Səhlab Bağırov vəzifəsindən azad olundu - Yeni təyinat
30 yanvar 21:18
- Qəbələdə meşədə biznesmenin parçalanmış meyiti tapıldı -Video
30 yanvar 17:54
- Pakistanda məsciddə partlayış - 28 ölü, 150 yaralı
30 yanvar 16:38
- Hindistanda polis səhiyyə nazirini öldürdü - Foto
30 yanvar 11:30
- Ailəsi Orxanın nəşinə qovuşdu... - Foto
30 yanvar 08:38
- Xruşşovun Bakıdan Moskvaya apardığı kadr –O, DTK sədrini ittiham edib
29 yanvar 20:37
- Bakıda tanınmış şəxsin vəzifəli oğlu özünü öldürdü
29 yanvar 18:52
- İlham Əliyev Macarıstana getdi - Fotolar
29 yanvar 18:40
- BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !? Novruz Mirzəliyev yazır
29 yanvar 17:50
- Rusiyanın ŞOK itkiləri - 126 160 hərbçi və.....
29 yanvar 14:23
- İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
29 yanvar 12:20
- Azadlıq Partiyasının İranla bağlı Bəyanatı
29 yanvar 11:43
- İranın şəhərlərinə hava hücumu edildi (VİDEO)
29 yanvar 11:25
- Rusiyada hərbçilərin olduğu xəstəxanada partlayış - 14 nəfər öldü
28 yanvar 19:56
- Naxçıvanın TƏZƏ RƏİSİ
28 yanvar 19:41
- Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...
28 yanvar 13:40
- Baş nazirin sabiq müavini Əsgər Məmmədov vəfat edib
28 yanvar 12:48
- Polis Talıbovun evinə girdi: xeyli silah tapıldı, həbslər var
28 yanvar 12:34
- İranda üsyan - Süfrələrimiz boşdur, Xameneyi canidir!
28 yanvar 12:16
- Arif Hacılının oğlunun toyudur - Fotolar
28 yanvar 11:16
- İlham Əliyev Misir Prezidentini qarşıladı
28 yanvar 11:08
- Faşizmdən daha təhlükəli FARSİZM
27 yanvar 21:15
- Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?
27 yanvar 21:04
- Misir Prezidenti Azərbaycana gəldi
27 yanvar 20:28
- Kremlin neft hərisliyi – SSRİ-nin nüvəsini dağıdan Çernobıldan əvvəl...
27 yanvar 16:22
- İranlı diplomatlar Bakıdakı səfirlikdən belə qaçdılar - VİDEO
27 yanvar 15:24