Mənə dedilər ki, bir oğlunu itirmisən, o birindən muğayat ol ...
Ötən ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda intihar etdiyi bildirilən 1986-cı il təvəllüdlü Orxan Həsənovun ailəsi onun ölüm işinin obyektiv araşdırılmadığını deyir.
“Qafqazinfo”ya müraciət edən mərhumun ailəsi “Naxçıvanbank”ın Şərur filialında baş xəzinədar işləmiş Orxanın intiharına inanmadıqlarını bildirib.
O.Həsənovun atası Fazil Həsənov qeyd edir ki, oğlu 2021-ci ilin oktyabr ayının 12-də səhər işə gedib və günorta saat 15 radələrində işlədiyi bankı tərk edib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb: “Təhlükəsizlik xidmətinin Şərur şöbəsindən kiçik oğluma deyiblər ki, Orxan Türkiyəyə keçib, daha sonra onun Bakıya getdiyini, bir qədər sonra isə maşınının Şərurda Gümüşdağ istiqamətində təkərinin buraxdığını bildiriblər. Həmin gecə dağların arasında, heç kimin yaşamadığı ərazidə oğlumun asılmış meyiti tapıldı”.
Həsənovlar ailəsi Şərur Rayon Prokurorluğunun hadisəni düzgün araşdırmadığını düşünür. Ailə məsələnin Orxanın “Naxçıvanbank”dakı fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Mərhumun valideynlərinin sözlərinə görə, bankda xeyli pul yeyintisi olub və bunu Orxanın üstünə atıblar. Daha sonra izi itirmək üçün onu öldürüb, intihar hadisəsi kimi qələmə veriblər: "Biz nə desək də, sözümüzə fikir verən olmadı, bildikləri kimi istintaq apardılar, biz bu istintaqdan narazıyıq. Xahiş edirəm, övladımın qanı batırılmasın, ölüm səbəbi üzə çıxsın, mənim övladımı məhv elədilər, öz haqqını, bizim haqqımızı tələb etdiyinə görə övladımı yox etdilər. Bizimlə maraqlanan yoxdur, bu hadisədən sonra kiçik övladım da işini itirdi. Xahiş edirəm, bizə köməklik göstərilsin".
Mərhumun anası Raziyə Həsənova saytımıza açıqlamasında iddia edib ki, ailəni qorxutmaq üçün müəyyən vasitələrə əl atılıb: “Şərur Rayon Prokurorluqdan dedilər ki, bu oğlunu itirmisən. Ağzını açıb danışsan, balaca oğlun Allahverdini də itirərsən. Get, o biri oğlundan muğayat ol”.

- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
