“Bu insanlarda intihar riski daha yüksəkdir” - Uzman doktor Elmir Təhməzov

“Referans Medical Group”un psixiatr-psixoterapevti, uzman doktor Elmir Təhməzov “Qafqazinfo”nun suallarını cavablandırıb.
- Hazırda insalar arasında psixoloqa müraciət edənlərə tez-tez rast gəlinir. Amma nədənsə psixiatra müraciət edənlər azdır. Bunun səbəbi nədir?
- Doğrudur hazırda insanlar psixoloqa daha çox müraciət edirlər. Təəssüf ki, aramızda hələ də psixiatra “dəli həkimi” deyən insanlar var. İnsanlarımız bilməlidir ki, dəlilik daha çox fəlsəfi qavramdır. Psixiatriyada buna psixoz “həqiqəti dəyərləndirmə gücünün itirilməsi” deyirlər və bu bir xəstəlikdir. Dərmanlar ilə müalicə olunur.
- Son vaxtlar yenə də intihar halları artıb. Əvvəllər sosial problemləri olanlar daha çox intihar edirdisə, hazırda sosial baxımdan kifayət qədər təmin olunmuş, cəmiyyətdə müəyyən mövqeyi olan şəxslərin də intiharlarının şahidi oluruq. Məsələn, tanınmış həkimlər, məktəb direktorları, biznesmenlər də intihar edirlər. Belə şəxsləri intihara aparıb çıxaran səbəb nədir?
- İntihar çoxfaktorlu məsələdir. Bir insana “konkret bir problemə görə intihar etdi” demək doğru deyil. Müharibə dövründə intihar azalsa da, postmüharibə dövründə, xüsusilə qazilər arasında artır. İntihar qarşısı alına bilən bir vəziyyətdir, amma kiminsə konkret bu səbəbdən intihar etdiyini demək çətindir. Bunu dəqiq formada psixoloji autopsiya etdikdən sonra demək olar. Ancaq travma sonrası stres pozuntusundan, depressiyadan əziyyət çəkən insanların digərlərinə nisbətən intihar riski dəfələrlə yüksəkdir.
- Hazırda insanlar arasında ən çox hansı psixi pozuntularla rast gəlinir?
- Hazırda insanlar arasında psixi pozuntuların sayı çox böyük sürətlə artmaqdadır. Bu xəstəliklərin başında isə depressiya gəlir.
- İnsanlar bəzən müəyyən psixoloji problemlərlə qarşılaşırlar. Necə müəyyən etmək olar ki, bu problemlə bağlı psixoloqa, yoxsa psixiatra müraciət olunmalıdır?
- Bir problemə psixi xəstəlik demək üçün, şəxsin həyat fəaliyyəti və funksionallığı mütləq pozulmalıdır. İstər psixiatr, istər psixoloq psixoloji dəstək verə bilər. Psixoloqlardan fərqli olaraq psixiatraların həm də dərman ilə müalicə etmək haqları vardır.
- Uşaqları stressdən, depressiyadan qorumaq üçün valideynlər nə etməlidirlər? Hansı yaş dövrü bu baxımdan onlar üçün təhlükəli hesab oluna bilər?
- Uşaqları stressdən qorumaq tam mümkün deyil, ancaq uşaq kontrollu stressə məruz qalmalıdır. 0-6 yaş arası uşağın psixi inkişafı üçün çox önəmli dövrdür. Psixi sağlam uşaq böyütməyin ilk şərti yaxsı həyat yoldaşı olmaq ilə başlayır. Bundan əlavə effektiv valideynlik təlimlərinə (Pozitiv Valideynlik Proqramı-Triple P) iştirak ilə dünyada elmi əsasları olan təcrübə qazana bilərlər.
- Son vaxtlar insanlar çoxlu neqativlərlə yüklənirlər. Özümüzü neqativlərdən uzaqlaşdırmaq üçün nə etməliyik?
- Neqativ və pozitiv həyatın bir parçasıdır, özümüzü neqativdən uzaqlaşdırmaq, duyğularımızı basdırmaq yerinə neqativ, o cümlədən pozitiv duyğularımızı təcrübə etmək daha vacibidir.
- K. Yunq deyir ki, dəliliyi açıq-aydın bilinən insanlarla müqayisədə on dəfə çox bilinməyən insanlar var. Onlar adi həyatda normal insan kimi görünsə də, əslində çox təhlükəli insanlardır və bir-birləri ilə çox rahat dil tapıb ünsiyyətə girə, cəmiyyət üçün təhlükə törədə bilirlər. Belə insanları necə müəyyən etmək olar?
- Ətrafa zərər verən insanlar el dilində desək, dəliliyi olan insanlar yox, daha çox antisosial şəxsiyyət pozuntusu olan insanlardır. Psixiatriyada buna B qrupu şəxsiyyət deyilirlər. Bunları müəyyən etmək çətindir. Adətən başqalarının həyatı üçün heç bir narahatlıq qayğı hiss etmirlər.
- Belə bir fikir də var ki, biz özümüzü tam dərk eləmədiyimizə görə, bizim şüuraltımız müdafiəsiz qalır və ora kənar psixoloji amillər, infeksiyalar düşür. İnsan nə etməlidir ki, onun şüuraltısına kənar mənfi təsirlər olmasın? Ümumiyyətlə, şüuraltını idarə etmək mümkündürmü?
- Təəssüf ki, şüuraltı kəlməsi dilimizə tam çevrilmir. Türkcədə buna “bilinçdışı” deyirlər. “Bilinçdışı”nı idarə etmək mümkün deyil, daha düzgün ifadə etsək o bizi idarə edir. Özümüzü tam dərk etmək üçün isə terapiya ala bilərik.
Qeyd edək ki, Türkiyədə psixiatriya üzrə uzmanlıq təhsili almış doktor Elmir Təhməzova depressiya və əlaqəli pozuntular, həyəcan-təşviş pozuntuları (panikatak, sosial fobiya), obsessiv-kompulsiv və əlaqəli pozuntular, cinsi terapiya, yuxu və oyanıqlıq pozuntular, travma və əlaqəli pozuntular, yemə pozuntuları, bipolyar pozuntular, şizofreniya kimi xəstəliklərin müayinə və müalicəsi ilə bağlı müraciət etmək olar.
Referans Estetik Mərkəzi
Çağrı Mərkəzi: *0033
Əlaqə nömrəsi: +994 77 371 00 33
Ünvan: M.Araz küç. 105A
- Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video
27 yanvar 2023 12:30
- Zakir Fərəcovun “dağılan tifağı”: Eldar Həsənovun biznes şəriki çıxılmaz..
26 yanvar 2023 14:10
- General bu sahədə monopoliya yaradır
25 yanvar 2023 14:56
- Vidadi Zeynalov uzun fasilədən sonra danışdı - sensasion müsahibə
25 yanvar 2023 12:47
- Türkiyədə prezident seçkilərinin vaxtı dəqiqləşdi
23 yanvar 2023 08:48
- Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı, ataya verilən söz
22 yanvar 2023 20:42
- 75 şüşə konyak, 7500 dollarıq yəhər, – dövlət başçılarına verilən hədiyyələr
22 yanvar 2023 20:19
- Səməd Vurğunun dəfnindən nadir KADRLAR –66 İL ƏVVƏL VİDEO
22 yanvar 2023 14:23
- Mehriban xanımın 1-ci vitse-prezident olması Vasif Talıbovu dəli etmişdi
21 yanvar 2023 23:09
- Fərhad Əhmədovun nar şirəsi dünya ermənilərini bir-birinə vurdu
21 yanvar 2023 22:54
- İranlı diplomatlar Bakıdakı səfirlikdən belə qaçdılar - VİDEO
27 yanvar 15:24
- Keçmiş baş mama-ginekoloq TƏBİB-də şöbə müdiri oldu
27 yanvar 14:43
- Prezident səfirlikdəki hadisəni terror adlandırdı
27 yanvar 14:30
- Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video
27 yanvar 12:30
- Bu gündən məktəblərdə qış tətilidir
27 yanvar 08:56
- Aydın Caniyev həbs olundu
26 yanvar 20:29
- İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi - Fotolar
26 yanvar 15:54
- Talıbovların təkcə bu ölkədə 270 milyonluq mülkü var
26 yanvar 15:47
- General Vəzir Həsənov saxlanıldı (FOTO)
26 yanvar 13:52
- Zakir Fərəcovun “dağılan tifağı”: Eldar Həsənovun biznes şəriki çıxılmaz..
26 yanvar 12:09
- Seymur Talıbovla Röya Ayxan BDU-ya necə qəbul olunub? - DİM açıqladı
26 yanvar 11:17
- Gömrük Komitəsində xüsusi əməliyyat keçirilir - Yenilənir
26 yanvar 11:11
- Qisası alınan “Daşaltı əməliyyatı”ndan 31 il keçir
26 yanvar 09:05
- Homoseksuallıq cinayət deyil - Papa
25 yanvar 22:41
- “Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi..
25 yanvar 16:45
- General bu sahədə monopoliya yaradır
25 yanvar 14:56
- Vidadi Zeynalov uzun fasilədən sonra danışdı - sensasion müsahibə
25 yanvar 12:47
- Tövlədən tapılan rəsm əsərinə 3 milyon dollar qiymət qoyuldu – FOTO
25 yanvar 12:38
- Eldar Mahmudov 6 min manata yaxın pensiya alır
25 yanvar 12:11
- XİN-də Azərbaycan dilini bilən adam yoxdur
25 yanvar 08:53
- Bakıda kollecdə dava - sən müəllim yox, mal otaransan
24 yanvar 17:50
- 13 il doğmayan qadın ÜÇƏM doğdu... - Foto
24 yanvar 16:38
- Mədət Quliyevin anası ZAMBAQ xanım öldü
24 yanvar 16:30
- Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkəti kim idarə edir?
24 yanvar 14:50
- Yararsız öskürək siropundan 300-ə yaxın insan öldü, çoxu uşaqlardır
24 yanvar 09:39
- Generalın oğlu məhkəməyə verildi, ölkədən çıxışına stop qoyula bilər
23 yanvar 23:07
- Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?
23 yanvar 22:18
- Türkmənistan prezidenti atası və ailəsinə toxunulmazlıq hüququ verdi
23 yanvar 17:13
- Nəcməddin Sadıkovun yaxın adamı ....
23 yanvar 14:51
- Bakı metrosunda faciəvi hadisə - MAŞİNİST sükan arxasında ÖLDÜ
23 yanvar 11:15