Sadıkov həbs olunmasa, "Tərtər işi"ni obyektiv araşdırmaq mümkün..

Mübhəm, qandonduran işgəncələrlə dolu “Tərtər işi” üzrə yeni gəlişmələr var. Məlum olayla bağlı cinayət işi təzələndikdən, yenidən araşdırmalara başlandıqdan sonra xeyli şəxs azad edilib, bəraət alıb, həmçinin hərbçilərə işgəncə verən, qanunsuz tutan bir neçə yüksək rütbəli hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Baş Prokurorluğun dekabrın 6-da “Tərtər işi” ilə bağlı yaydığı məlumatda bildirilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.
Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qəti-imkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda istintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Fakt göz qabağındadır - erməniyə qan udduran 2 hərbçimiz işgəncə ilə öldürülüb, 17 nəfərə heç bir günahı olmadan işgəncələrə məruz qoyulmaqla vətənə xəyanət maddəsi ilə cəza verilib.
“Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib” |
Tərtər rayon sakini Mehman Telman oğlu Hüseynov işgəncələrlə öldürüləndən sonra cansız bədənini yaxınlarına veriblər. Lakin o zaman Mehman Hüseynovun yaşadığı kənddə fikir formalaşdırılıb ki, o, vətənə xəyanət edib. Buna görə də kənd sakinləri onun kənd qəbiristanlığında basdırılmasına belə icazə verməyiblər.
Ailə məcbur olub onu qəbiristanlığın çöl tərəfində basdırıb. İndi Mehman Hüseynova tam bəraət verilib. Bu adamın bütün nəsli, ailəsi kimlərinsə oyunları ucbatından ləkələnib, günahsız hərbçi işgəncələrlə öldürülüb. “Tərtər işi”ndə belə dəhşət saçan faktlar var. Həmin şəxslərə bu cür oyun quranlarla yanaşı, hərbi prokurorlar, hakimlər məsuliyyət daşıyır.
Eyni zamanda aydın olur ki, 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra həyata keçirilən bu proses ordumuzu nüfuzdan salmağa hesablanmış bir məsələ olub. Bunun arxasında kim durub? Onları ifşa etmək mümkün deyilmi?
Tanınmış hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, bəraət verilmiş hərbçilərə qazi, işgəncələrlə dünyasını dəyişən hərbçilərə isə şəhid adı verilməlidir:
“Respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən, işgəncələrə məruz qalan hərbçilərimizin hər birinə dövlət sahib çıxmalıdır. Onların özləri, ailələri ötən illər ərzində ağlasığmaz dərəcədə ağır günlərdən keçiblər. Tərtər şəhidləri olmasaydı, bu millətin başına nələr gətiriləcəyi, nə oyunlar açılacağı bilinmir. İş üzrə zərərçəkən Elçin Mətləb oğlu Quliyevin anası Validə Əhmədova ötən illər ərzində böyük əzab-əziyyətlərlə haqqın bərpa olunması üçün çalışdı. Nəhayətdə Validə ananın haqlı olduğu təsdiqləndi. Tərtərdə baş verənlər Şəmkir korpusunda da olub. Orada 8 nəfər hərbçimiz işgəncə verilməklə qanunsuz olaraq məhkum olunublar. Həmin hərbçilərimiz barəsində də bəraət hökmü çıxarılmalıdır. Vətən uğrunda vuruşanları günahsız yerə vətənə xəyanətdə ittiham edib həbs etdirənlərin özləri vətənə xəyanət ediblər. Vətən uğrunda gerçəkdən döyüşmüş hərbçilərimizi işgəncələrə məruz qoyub öldürüblər. Onlar ona görə öldürülüblər ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşa bilməsinlər. Bir çox hərbçilərimizi də buna görə şikəst ediblər. "Tərtər işi"nin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı endirmək, mübarizə ruhunu məhv etmək! Hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onların diqtəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı".
Hərbi ekspert deyir ki, “Tərtər işi” ilə bağlı Baş Prokurorluğun həbs etdiyi Müdafiə Nazirliyinin generalı Bəkir Orucov Azərbaycan Ordusuna qarşı düzənlənmiş cinayətin icraçılarından biridir:
“Bu iş üzrə istintaqı aparan müstəntiqlər, ittiham aktını təsdiqləmiş prokuror, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevdən tutmuş bu işlər üzrə hökm çıxarmış hakimlər, Ali Məhkəməyə qədər işə baxmış hər bir hakim məsuliyyət daşıyır. Hər biri də istintaqa cəlb edilməklə məhkum olunmalıdırlar. Çünki onlar qanunları əsas götürmək əvəzinə sifariş yerinə yetiriblər. Nəticədə Azərbaycan üçün canı, qanı ilə döyüşmüş hərbçilərimizi qanunsuz olaraq, ədalətsiz olaraq, heç bir dəlil-sübut olmadan, sırf sifarişlə ən ağır cəzaya çatdırılmasında birbaşa iştirak ediblər. Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib. Bu işin başında dayananlar hər biri ifşa olunmalıdır. Azərbaycan xalqı ona qənim kəsilən cəlladları tanımalıdır.
Bəkir Orucov bu cinayətdə aşağı cərgədə dayanan, icraçı olan biridir. O, hələ Beyləqanda 2-ci korpusun qərargah rəisi olanda orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizdən izahatlar alıblar. Ona görə də “Tərtər işi”ndə işgəncəyə məruz qalan hərbçilər Bəkir Orucovun adını çəkirlər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil.
İlqar Quliyevin 2016-cı ildə Tərtər məhkəməsinə sədr gətirilməsi də araşdırılmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, Tərtərdə baş verən cinayətlərin gerçəkləşməsi üçün əvvəldən hazırlıq görülüb. Çünki İlqar Quliyev vaxtilə Beyləqanda hərbi məhkəmə hakimi idi. Sonradan isə mülki məhkəməyə keçirilmişdi. Tərtər hadisələrindən əvvəl İlqar Quliyev hərbi məhkəmə sisteminə qaytarılıb və Tərtər Hərbi Məhkəməsinin sədri postuna təyin olunub. Bu təsadüf olub? Bu suala da aydınlıq gətirilməli, araşdırılmalıdır. Bu gün Bəkir Orucovun həbsi ilə kifayətlənmək olmaz. Onun həbsi Tərtər cinayətlərinin başında dayanan əsas fiqurları cəzadan yayındırmaq istəyinə xidmət etməməlidir. Çünki bu hadisə Tərtər, Bərdə rayonlarında olan hərbi hissələrdə baş verib. Hikmət Həsənovun komandiri olduğu korpusda baş verib. Bundan əvvəl isə Beyləqan korpusunda belə hallar olub. Bəkir Orucovun həbsi də Beyləqan korpusunda baş verən işgəncələrlə bağlıdır. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya saldı. Gələcəkdə erməni ordusunun Azərbaycan Ordusu qarşısında duruş gətirməyəcəyini açıq-aydın gördülər, hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və “5-ci kolon” adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda uğurla tətbiq etdikləri ssenarini Tərtər korpusunda da tətbiq etdilər".
Hərbi ekspert deyir ki, Tərtərdə Azərbaycan Ordusuna qarşı baş verən cinayətləri “pilot layihə” olaraq 2017-ci ildə Bəkir Orucovun icraçılığı ilə Beyləqan korpusunda gerçəkləşdiriblər: “Əslində Tərtərdə baş verənləri Ağcabədidə, Beyləqanda həyata keçirməyi planlaşdırmışdılar. Orada işgəncələr üçün xüsusi yerlər də hazırlamışdılar. Lakin bu işə Mais Bərxudarov maneçilik törədib. Düzdür, bu işlərin qarşısını da tam olaraq ala bilməyib. Çünki göstəriş Müdafiə Nazirliyindən verilib. O zaman bu işləri Bəkir Orucova həvalə ediblər. Nəcməddin Sadıkov görəndə ki, Beyləqan korpusunda Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayət törədə bilməyəcək, daha münasib yer olaraq 1-ci korpusu seçdi. Həmin korpusun komandiri, hazırda Ali Hərbi Məktəbə gətirib orada gözdən uzaq saxladıqları Hikmət Həsənov idi. Leytenant olduğu dövrdən Nəcməddin Sadıkovla çox yaxşı münasibətdədir, onun əmrlərini sözsüz yerinə yetirib. Onun korpus komandiri səviyyəsinə yüksəlməsində Nəcməddin Sadıkovun xüsusi rolu olub. Ona görə də Tərtərdə Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayəti baş tutdu. Bu gün Bəkir Orucovu tutmaqla istintaq kifayətlənməməlidir. Onun bu işlərdə 3-5 faiz rolu var. Qalan işlərə görə Nəcməddin Sadıkov və digər yüksək çinli vəzifə daşıyıcıları cavab verməlidirlər”.
Hərbi ekspert çox ciddi hesab etdiyi bir məqamın da araşdırılmalı olduğunu deyib: “2016-c il aprel döyüşlərindən sonra Müdafiə Nazirliyində iki yeni qurum yaradılıb - Hüquq İdarəsinin tərkibində Təhqiqat şöbəsi və Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsi. O zaman Təhqiqat şöbəsinin regionlarda 10-a yaxın yerli şöbəsi açıldı, həmin şöbələrə də 5-6 təhqiqatçı işə götürdülər. Həmin təhqiqatçıların vasitəsilə hərbi hissələrdə yoxlamalara başladılar. Əslində təhqiqat şöbəsinin özü böyük cinayətlərin ört-basdır edilməsi, həmin şöbə üzərindən cinayətlərin törədilməsini gerçəkləşdirmək üçün yaradılmışdı. Həmin şöbənin yaradılması hərbi hissələrdə korrupsiya və rüşvətxorluğun artmasına xidmət edirdi. Hər bir qarnizonda onsuz da 5-6 müstəntiq vardı, indi onlara təhqiqatçıları da calaq edirdilər. Hər xırda məsələni şişirdib böyük bir cinayət kimi rəsmiləşdirməklə təhqiqatçıların dolanışığını təmin etməyə girişdilər. Hərbi Prokurorluğun bu qədər əməkdaşları ola-ola, Müdafiə Nazirliyinin daxilində, Müdafiə Nazirliyinə tabe olan təhqiqat şöbəsinə ehtiyac yox idi. Tərtərdə hərbçilərimizə qarşı cinayətləri ilkin olaraq həmin təhqiqatçıların əli ilə həyata keçirdilər. Ora rəis postuna Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun təyin olunması da sıradan bir məsələ deyildi. Dövlətin Təhlükəsizlik Xidməti olan yerdə hər bir qurumun tərkibində təhlükəsizlik xidmətinin yaradılmasına nə ehtiyac vardı?”
Qeyd edək ki, “Tərtər işi” üzrə işgəncə faktları əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işlərində hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib. Ötən dövr ərzində işgəncələrə və digər qanunsuz əməllərə məruz qalmış 280 nəfər yeni şəxs müəyyən edilib. 7 nəfər həbs olunub, 1 nəfər beynəlxalq axtarışa verilib.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24