“Qızımın başına silah dayayıb” - Özünü öldürən 18 yaşlı qızın anası
"Mənim qızım günahsız bir mələk idi. Qızımın intihar edərkən 5 aylıq hamilə olması barədə məlumatlar həqiqətə uyğun deyil”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl özünü Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cabbarova deyib.
O, qızının intiharında Masallıda yaşayan, evli və 3 uşaq atası olan Rasim adlı şəxsi (Yazıda adı keçən qarşı tərəflə əlaqə saxlaya bilmədiyimiz üçün adını şərti təqdim edirik) ittiham edib: “Həmin adam 11 ay qızımın arxasıyca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. İlkin müayinə zamanı da bizə bildirildi ki, qızımın heç kimlə münasibəti olmayıb və bakirə olub. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!”
S.Cabbarova əlavə edib ki, hadisədən əvvəl bir neçə dəfə, eləcə də intiharın baş verdiyi gün Rasim qızı Rüqayəni döyüb: “Həmin şəxs qızıma deyib ki, 30 yaşı var, subaydır, sonra isə evli olduğunu etiraf edib. Həmin adamın 2 həyat yoldaşı, 3 uşağı var, həqiqətdə isə 1985-ci il təvəllüdlüdür. Onun çoxlu cinayətləri olub, hətta 1 ailəni maşınla vurub, ailənin bütün üzvləri rəhmətə gedib. Onun bu hala saldığı tək Rüqayə deyil. Rüqəya 7-ci qızdır ki, onun ucbatından bu haldadır. Hətta Rasim bir gün qızıma bir şəkil atıb. Şəkildə bir qızın başdaşını qucaqlamış vəziyyətdə olub. Qızıma yazıb ki, bax bu qız mənim sevgilim olub, mənə görə intihar edib. Masallıda neçə-neçə obyektləri var, qızıma yalan vədlər verib və axırıncı gün deyib ki, ayrılaq, mən ailəmi sevirəm. Rüqəya da deyib, “məni aldatdın, niyə məni özünə bağladın?” O da deyib ki, “Məni sevirsənsə, get özünü öldür”.
R.Hüseynovanın anası əlavə edib ki, qızını sevdiyini bildirən şəxs onu dəfələrlə döyüb: “Hətta başına silah dayayaraq dəfələrlə ölümlə hədələyib. Qızımın telefonu polisdədir, dediyim bütün faktlar həmin telefonda var".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Rüqayə Hüseynovanın hər hansı zorakılığa məruz qalması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb.
Qeyd edək ki, intihar hadisəsi dekabrın 5-i gecə saat 23 radələrində baş verib. 2004-cü il təvəllüdlü R.Hüseynova özünü yaşadığı 4-cü mərtəbədən ataraq həyatına son qoyub.
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
1 aprel 2026 23:01
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
