Sevgilisinin arvadını öldürməyi rəfiqəsinə sifariş edibmiş...

Qəbələdə rəfiqəsi Kemale Maksumbekova ilə əlbir olaraq sevgilisi Kamran Əliyevin arvadı 23 yaşlı Aytac Əliyevanı öldürən Rufanə Nəbiyevanın məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1978-ci il təvəllüdlü Kemale Maksumbekova 17 il 6 ay, 1993-cü il təvəllüdlü Rufanə Nəbiyeva isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayətin təfərrüatına gəlincə, dəhşətli hadisə bu ilin martın 5-də baş verib.
Belə ki, Kamran evli ola-ola Rufanə ilə sevgili münasibətində olub və qadına Aytacı boşayıb onunla evlənəcəyinə dair söz verib. Kamranın sözünün üstündə durmaması Rufanəni özündən çıxarıb və bu durumla barışmayıb. O, rəfiqəsi Kemale ilə telefon danışığı zamanı bezdiyini, intihar barədə düşündüyünü deyib. Telefon danışıqlarının birində isə Kemaleyə Aytacı öldürmək sifarişini verib.
Bundan sonra rəfiqələr cinayətin planını cızıblar. Onlar əvvəlcə Kamranın evə nahara gəlib-getdiyi vaxtı müəyyənləşdiriblər. Kemale Rufanənin kirayə yaşadığı evə gələrək planı bir daha müzakirə ediblər. Qərara gəliblər ki, onlar Aytacın evinin qapısını qonşu adıyla döysünlər və qapını açan zaman onun başına daşla zərbə vursunlar.
Ən dəhşətlisi odur ki, bu hadisə törədilən zaman Kemalenin 2008-ci il təvəllüdlü oğlu da cinayətkar fəaliyyətə cəlb edilib.
Belə ki, hadisə zamanı Rufanə evdə qalıb, Kemale isə yaşının az olmasına baxmayaraq, fiziki cəhətdən güclü olan oğlu ilə bazara gedərək özlərindən iz saxlamamaq üçün tibbi əlcək, üzlərinin görünməməsinə görə qara idman papaqları, Aytacın əl-qolunu bağlamaq üçün “skoç” və onun meyitini qoymaq üçün bazar torbası alıblar.
Bundan sonra Kemale yetkinlik yaşına çatmayan oğlu ilə birgə Aytacın qapısını su istəmək adıyla döyüblər. Qapı açılan zaman isə Kemale Aytacın başına Rufanənin verdiyi çay daşıyla vuraraq evin içinə salıb. Aytac qışqırıb kömək çağırmaq istəyəndə isə, Kemale daşla onun başına daha bir neçə zərbə endirib, daha sonra “skoç”u ağız və burnuna dolayıb, eyni zamanda bu vasitədən istifadə edərək onu boğub. Öz oğlunu hədələyərək cinayətə cəlb edən Kemale, övladına Aytacın ayaqlarını tutub saxlamağı tapşırıb.
Kemale Aytacın ölümünə əmin olduqdan sonra, döşəməyə sıçramış qan izlərini silib. Bundan sonra isə o, Aytacın guya evdən küsüb getdiyi görüntüsünü yaratmağa çalışıb. Məqsəd də o olub ki, guya Aytac başqasına qoşulub qaçaraq Kamrana xəyanət edib. Rəfiqələr daha sonra öldürülən Aytacın telefonu ilə Kamrana sözdə xəyanətə dair mesajlar yazmalı imiş.
Kemale ilə oğlu qadının cəsədini özləri ilə gətirdiyi bazar torbasına qoyublar, eyni zamanda, Aytacın paltarlarını, əşyalarını da ora yığıblar, telefonunu isə özləri ilə götürüblər.
Onların məqsədi Aytacın meyitini həmin binanın zirzəmisində gizlətmək olub. Lakin qapıdan çıxan zaman qonşu onları görüb və Kemeledən nə apardıqlarını soruşub. Bu zaman torba ağırlıqdan cırılıb və Aytacın qolu torban çıxıb. Bundan sonra, Kemale binanın blokundan çıxaraq bir tərəfə, oğlu isə digə tərəfə qaçıb.
Hadisədən sonra Kemale Şəkidəki, oğlu isə Rufanənin evinə gedib. Qısa müddət sonra polis əməkdaşları Kemalenin evinə gələrək Qəbələ rayon Polis Şöbəsinə dəvət ediblər. O, bu zaman cinayətin üstünün açılmasından qorxaraq özünə bıçaq xəsarətləri yetirməyə cəhd göstərib, lakin polis əməkdaşları buna imkan verməyib. Polis şöbəsində isə cinayət etiraf edilib. Rufanə Nəbiyevanın saxlanılma xəbəri isə Baş Prokurorluq tərəfindən martın 9-da rəsmən açıqlanıb.
O da məlum olub ki, cinayətdən əvvəl rəfiqələr Aytacı qorxutmaq məqsədilə onun yaşadığı binada yanğın törətməyə də razılaşıblar. Bu məqsədlə Kemale Aytacın yaşadığı binanın dəhlizinə gedərək, elektrik kabellərinin topa olan hissəsinə selofan və kağızları yığaraq yanğın törətmək məqsədi ilə yandırıb oradan uzaqlaşıb. Ancaq çox geniş bir yanğın olmayıb. Məqsəd isə Aytacın yanğından qorxaraq həmin ünvanı tərk edib oradan getməsinə nail olmaq olub. Yanğın törətdikdən sonra Kemale Rufanənin yaşadığı mənzilə qayıdıb, gecəni orada qalıb, səhəri günü taksi ilə Şəkiyə qayıdıb.
Qeyd edək ki, qətlə yetirilən Aytac Əliyeva eyni zamanda, Kamranın dayısı qızı olub. Onların bu evlilikdən bir övladı dünyaya gəlib. Kamran Əliyev Daxili Qoşunların hərbi qulluqçusu olub. Bu səbəbdən Qəbələdə Zarağan-2 şəhərciyində yaşayıb. Maraqlıdır ki, Kamran Əliyev 6 il münasibəti olduğu sevgilisi Rufanəyə də eyni ərazidə kirayə ev tutubmuş.
- Qadın ərinin sevgilisinin başına daşla vurub öldürdü - Dəhşətli olay
21 yanvar 2023 12:36
- “Əkrəmlə o deyib ki, Anarı avtomatla çıxarıb yerində oturacağıq”
16 yanvar 2023 15:42
- Azərbaycanda DEPUTAT vəfat etdi
7 yanvar 2023 11:21
- Qısa ətək geyinən müəllim müzakirələrə səbəb oldu - VİDEO
6 yanvar 2023 16:26
- Əli İnsanovdan qızıl külçələrlə bağlı - Açıqlama
6 yanvar 2023 15:54
- “Doğmaların həyatdan köçür, sən isə hələ də yaşayırsan...”
21 dekabr 2022 10:55
- “Doğmaların həyatdan köçür, sən isə hələ də yaşayırsan...”
21 dekabr 2022 10:55
- Bakı Patalogiya Mərkəzində 60 minlik oğurluq
21 dekabr 2022 10:38
- Elxan Nuriyev azadlığa buraxıldı
20 dekabr 2022 16:16
- “Tərtər hadisələrində işgəncə əmrini verənlər hardadır?”
16 dekabr 2022 15:28
- “Əsgər atası” filmi 1965-ci ildə nəyə görə qadağan etmək istəyiblər?
30 yanvar 22:27
- Xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz - Bu tarixdən
30 yanvar 21:49
- Səhlab Bağırov vəzifəsindən azad olundu - Yeni təyinat
30 yanvar 21:18
- Qəbələdə meşədə biznesmenin parçalanmış meyiti tapıldı -Video
30 yanvar 17:54
- Pakistanda məsciddə partlayış - 28 ölü, 150 yaralı
30 yanvar 16:38
- Hindistanda polis səhiyyə nazirini öldürdü - Foto
30 yanvar 11:30
- Ailəsi Orxanın nəşinə qovuşdu... - Foto
30 yanvar 08:38
- Xruşşovun Bakıdan Moskvaya apardığı kadr –O, DTK sədrini ittiham edib
29 yanvar 20:37
- Bakıda tanınmış şəxsin vəzifəli oğlu özünü öldürdü
29 yanvar 18:52
- İlham Əliyev Macarıstana getdi - Fotolar
29 yanvar 18:40
- BİZ NƏYİ VƏ KİMİ GÖZLƏYİRİK !? Novruz Mirzəliyev yazır
29 yanvar 17:50
- Rusiyanın ŞOK itkiləri - 126 160 hərbçi və.....
29 yanvar 14:23
- İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu
29 yanvar 12:20
- Azadlıq Partiyasının İranla bağlı Bəyanatı
29 yanvar 11:43
- İranın şəhərlərinə hava hücumu edildi (VİDEO)
29 yanvar 11:25
- Rusiyada hərbçilərin olduğu xəstəxanada partlayış - 14 nəfər öldü
28 yanvar 19:56
- Naxçıvanın TƏZƏ RƏİSİ
28 yanvar 19:41
- Məzarıma bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...
28 yanvar 13:40
- Baş nazirin sabiq müavini Əsgər Məmmədov vəfat edib
28 yanvar 12:48
- Polis Talıbovun evinə girdi: xeyli silah tapıldı, həbslər var
28 yanvar 12:34
- İranda üsyan - Süfrələrimiz boşdur, Xameneyi canidir!
28 yanvar 12:16
- Arif Hacılının oğlunun toyudur - Fotolar
28 yanvar 11:16
- İlham Əliyev Misir Prezidentini qarşıladı
28 yanvar 11:08
- Faşizmdən daha təhlükəli FARSİZM
27 yanvar 21:15
- Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?
27 yanvar 21:04
- Misir Prezidenti Azərbaycana gəldi
27 yanvar 20:28
- Kremlin neft hərisliyi – SSRİ-nin nüvəsini dağıdan Çernobıldan əvvəl...
27 yanvar 16:22
- İranlı diplomatlar Bakıdakı səfirlikdən belə qaçdılar - VİDEO
27 yanvar 15:24
- Keçmiş baş mama-ginekoloq TƏBİB-də şöbə müdiri oldu
27 yanvar 14:43
- Prezident səfirlikdəki hadisəni terror adlandırdı
27 yanvar 14:30