Rəsul Quliyev haqda film - İlham Əliyev xalqın qəhrəmanıdır
Cinayət işinə xitam verilib, amma...
Vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunmuş, sonrakı illərdə isə mövqelərini dəyişərək iqtidarın rəqiblərinə çevrilmiş məmurların əksəriyyəti ya yenidən əvvəlki mövqelərinə qayıdıblar, ya da iqtidara “konstruktiv müxalifət” rolunu oynamağa başlayıblar.
Azpolitika. info yazır ki, bu zümrənin içində nədənsə hakimiyyətə qarşı “silahı çoxdan yerə qoyub”, Prezident İlham Əliyevi dəstəkləyən eks-spiker Rəsul Quliyev gözə dəymir.
Baxmayaraq ki, o, bəzi həmkarlarından daha əvvəl müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyət rəhbərliyinə reveranslar edib. Bugünlərdə tanınmış kinorejissor Eldəniz Quliyev tərəfindən R.Quliyevin 75 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli filmdə eks-spikerin, onun haqqında fikir söyləyən ziyalıların, eləcə də R.Quliyevin yaxınlarının dilindən bu cür çağırışlar səslənir. Onun ölkəyə qayıdışına “yaşıl işıq” yandırılmasının vacibliyi xüsusilə qeyd olunur. Rəsul Quliyev özü isə Azərbaycan Prezidenti haqqında “İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir.
Vurğulamaq yerinə düşər ki, onun hakimiyyətə dəstək mövqeyi bir çox kolleqalarından fərqli olaraq açıq, ardıcıl və səmimi təsir bağışlayır. Sabiq parlament sədrinin vəkili olmuş Osman Kazımov bildirib ki, R.Quliyev haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işinin istintaqı dayandırılıb. Eks-spiker külli miqdarda dövlət əmlakını mənimsəmə və ələ keçirmə maddəsi ilə təqsirli bilinib: “Hazırda onun istintaqdan yayınması ilə əlaqədar cinayət işinin istintaqı dayandırılıb, barəsində axtarış və həbs qərarı verilib. Əgər ölkəyə qayıdarsa, istintaqın dayandırılması ilə bağlı qərar ləğv olunacaq və cinayət təqibi davam etdiriləcək”.
Beləliklə, R.Quliyevin ölkəyə qayıdışı ancaq siyasi razılıq əsasında baş tuta bilər. Onun iqtidara reveranslarının, xüsusilə özü haqda sənədli filmdə səsləndirdiyi mövqeyinin hakimiyyət rəhbərliyində dəyərləndirilib-dəyərləndirilməyəcəyini zaman göstərəcək. Ehtimal etmək olar ki, eks-spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Amma onun uzun müddət Azərbaycanda qalması da real görünmür. Çünki ötən 26 ildə ABŞ-da məskunlaşmış və yəqin ki, müəyyən mənada Amerika cəmiyyətinə inteqrasiya olunmuş Quliyevlərin yenidən Azərbaycanda həyat qurması inandırıcı görünmür. Eks-spiker yəqin ki, ölkəsinə qayıtmağa can atır, burada daimi yaşamağa yox. O, sadəcə, iqtidarla düşmənçilik səhifəsini bağlayıb ömrünün ahıl çağlarını rahat yaşamağa çalışır... sənədli filmin çəkilməsi hakimiyyətlə barış mesajıdırmı?

Ağasif Şakiroğlu
R.Quliyevin Azərbaycandakı nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sualları bu cür cavabladı: “Bu filmin ssenari rəhbəri şəxsən mən olmuşam. Layihə rəhbəri isə hörmətli ziyalımız Eldəniz Quliyev olub. Həqiqəti desək, bu filmin çəkilməsindən Rəsul müəllimin, ümumiyyətlə, xəbəri olmayıb. Bu, bizim tərəfimizdən ona hədiyyə kimi hazırlandı. Rəsul müəllim bu filmlə yenicə tanış olub. Hesab edirəm ki, filmdə hansısa fərqli məna axtarmağa gərək yoxdur. Film həqiqət və tarixi zərurət üzərində çəkilib. Anlamaq bir qədər çətindir, həqiqətlərin dilə gətirilməsi niyə, nə səbəbdən bu qədər təəccüblə qarşılansın ki? Düşünürəm ki, 75 illik yubiley törənində və eyni zamanda filmdə qeyri-adi nəsə yoxdur”.
Partiya sədri eks-spikerlə aralarında onun qayıtması ilə bağlı müzakirələrin aparılıb-aparılmadığı barədə sualımıza belə cavab verdi: “Belə bir məsələ şəxsən bizim gündəmimizdə və planlarımızda yoxdur. Bu mövzuda da Rəsul müəllimlə aramızda heç bir müzakirə heç bir zaman aparılmayıb. Hər halda, hər bir azərbaycanlı, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin sabiq ilk sədri kimi onun Azərbaycana gəlməsində hər hansısa bir problem faktiki mövcud deyil. Nə zaman məsləhət bilinər, o zaman da Azərbaycan Respublikasının diplomatik pasportu ilə gələr. Amma bu gün belə bir məsələ bizim gündəmimizdə, bir daha deyirəm ki, yoxdur. Hesab edirəm ki, iqtidar-müxalifət arasında səmimi və konstruktiv dialoq mühiti ölkəmizdə yeni siyasi münasibətlər modeli yaradıb. Bu münasibətlər fonunda aparılmış uğurlu işlərə heç bir qüvvə kölgə sala bilməz. Düşünürəm ki, vətəni, xalqı, dövləti sevməyin və ümummilli maraqlardan çıxış etməyin sərhədi yoxdur. İnsan harada olmasından asılı olmayaraq vətəni üçün hər zaman nələrsə edə bilər. Rəsul müəllim də elə şəxsiyyətlərdəndir. Biz Rəsul müəllimin 44 günlük vətən savaşında ortaya qoyduğu siyasi iradəni hamılıqla gördük”.
R.Quliyevin nümayəndəsi sabiq spikeri son zamanlar yazdığı statuslara görə tənqid edən müxalifət düşərgəsinin bəzi təmsilçilərinə də səsləndi: “Bu fikirləri izlədikdə biz, sadəcə, gülürük. Öz uğursuz və radikal siyasi fəaliyyətlərini Rəsul Quliyevi hədəf seçməklə "maskalamağa" çalışan bu ağıldan yoxsul adamlar anlamırlar ki, Rəsul Quliyev ölkəyə gəlmək niyyəti ilə nəsə etmiş olsaydı, elə 2003-cü ildə siyasi gediş edərdi. Bu ağıldan yoxsul siyasi dələduzların öz alverçi xislətlərində hamını görməsi təbii haldır. Çünki onlar üçün müqəddəs nəsə yoxdur. Vətəni sevməkdə də alver predmeti axtarırlar... Ömürlərini almağa-satmağa xərcləmiş bu radikal ünsürləri ciddiyə almırıq, heç sizə də onları ciddiyə almağı tövsiyə etmirəm..."
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
1 aprel 2026 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
1 aprel 2026 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
