- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
“Üzü 20 il gəncləşdirə bilirik” - Plastik cərrah Vüqar Ələkbərov
Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı plastik, estetik və rekonsktruktiv cərrahiyyə uzmanı Dr. Vüqar Ələkbərovdur.
Müsahibimiz üzün gəncləşdirilməsi üçün həyata keçirilən üzgərmə əməliyyatı haqqında suallarımızı cavablandırıb. “Qafqazinfo” müsahibəni təqdim edir: Arayış Peşəkar cərrah Uzm. Dr. Vüqar Ələkbərov 2012-ci ildə Türkiyə Respublikasında Plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə 7 illik uzmanlıq təhsili alıb. On ildir ölkəmizdə plastik, estetik və lazer cərrahiyyəsi üzrə əməliyyatları uğurla həyata keçirir. Dr. Vüqar Ələkbərov Amerika Plastik Cərrahiyyə Birliyinin (ASPS), Beynəlxalq Plastik Cərrahiyyə Təşkilatının (İSAPS), Türk Plastik Cərrahiyyə Birliyinin (TPRECD) üzvüdür.
-Vüqar həkim, öncə özünüz haqqında oxucularımıza məlumat verərdiniz. Hansı plastik, estetik cərrahiyyə əməliyyatlarını həyata keçirirsiniz?
-Uzmanlıq təhsilini də nəzərə alsaq, artıq 17 ildir plastik, estetik və rekonstruktiv cərrahiyyə ilə məşğul oluram. Əməliyyatlarımı əsasən Azərbaycanda həyata keçirirəm. Lakin xarici ölkələrdə də əməliyyatlarım olur. Pasiyentlər bütün növ estetik əməliyyatlar üçün müraciət edə bilərlər. -Sizə xarici ölkələrdən də müraciət edən pasiyentlər olurmu? -Bəli. Böyük Britaniya, İrlandiya, Fransa, İsveçrə, Polşa, Almaniya, Kanada, ABŞ, Avstriya və başqa ölkələrdən müraciət edən pasiyentlərim var. -Sizi necə tapırlar? -Əsasən əməliyyat etdiyim pasiyentlərin tövsiyələri ilə tapırlar, lakin sosial media və şəxsi saytımın da rolu var. “Vugarclinic.com” saytı artıq illərdir insanların xidmətindədir. Türk, ingilis və alman dillərində fəaliyyət göstərir. Orada pasiyentləri maraqlandıran məlumatlar və əlaqə vasitələri yerləşdirilib. Dünyanın istənilən ölkəsindən insanlar müraciət edə bilər və edirlər də.
-Hər halda xarici vətəndaşların məmnuniyyətini qazanmaq asan deyil…
- Əlbəttə ki, inkişaf etmiş səhiyyə sistemi olan ölkə vətəndaşları yüksək tibbi xidmətə alışmış insanlardır. Lakin şəxsən mənim üçün fərqi yoxdur, pasiyent hansı ölkədəndir. Bizi seçən, etibar edən hər kəs üçün ən yaxşı xidməti göstərməyə çalışırıq. Xəstə məmnuniyyəti hər şeydən önəmlidir.
-Öz üzərində çalışan, yeni tibbi texnologiyaları izləyən cərrahsınız.
-Bildiyiniz kimi, cərrahiyyə sürətlə yenilənən bir tibb sahəsidir. Təkcə avadanlıqlar, cihazlar deyil, əməliyyat metodları da gündən-günə müasirləşir. Yenilikləri öyrənmək üçün beynəlxalq konfranslara, təlimlərə qatılır, plastik cərrahiyyədəki son yenilikləri mənimsəməyə çalışıram. Çünki yeni texnika ilə daha uğurlu nəticələr əldə etmək mümkündür. İndiyədək 60-dan çox beynəlxalq konfrans və təlimdə iştirak etmişəm.
-Əməliyyatlarınız çox olur. İndiyədək təqribən neçə əməliyyat həyata keçiribsiniz?
-On il ərzində 8 minə yaxın əməliyyat etmişəm.
-Keçək mövzumuza. Hansı hallarda üzgərmə əməliyyatına ehtiyac yaranır?
-Düzdür, günümüzdə qadınlar dərilərinin gənc qalması üçün müxtəlif kosmetik prosedurlar icra edirlər. Amma yaş artdıqca bu cür prosedurlar qocalmanın qarşısını tam ala bilmir, üzdə dərin qırışlar əmələ gəlir. Eləcə də üzlə bağlı problemlər daha çox çəki itirən insanların dərisində yaranır. Mədəkiçiltmə əməliyyatı olunan pasiyentlərin bədən və üz nahiyələrində dəri sallanmalarına rast gəlirik. Bu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. Hər bir qadın gənc və gözəl görünmək istəyir. Biz onlara arzuladıqları nəticəni verməyə çalışırıq.
-Artıq 30 yaşında da üzgərmə əməliyyatı olunan insanlar var…
-Bəli. Qeyd etdiyim kimi, dəridə problemlərin yaranması təkcə yaşla bağlı deyil. Çox çəki itirən cavan adamlarda da dəri sallanmaları yaranır. Demək olar, yaş həddi 30-a düşüb. -Bəs kosmetikadan istifadə də dərinin qocalmasına təsir edirmi?
-Təəssüf ki… Makiyajdan çox istifadə etmək üz dərisinin elastikliyini azaldır. Bu səbəbdən 40 yaşlı qadınlar da üz dərisi problemi ilə müraciət edir.
-Üzgərmə üçün kişilər də müraciət edirmi?
-Bəli. Bu əməliyyatı icra etdiyimiz kişi pasiyentlərimiz də var. Hətta gündən-günə saylarının artdığını da deyə bilərik.
- Hansı müasir üzgərmə üsullarından istifadə edirsiniz? -Üzgərmənin “Endoscopic facelift”, “Mini facelift”, “Total facelift”, “Smaslifting”, “Deep plane facelifting” kimi bir çox növləri var. Pasiyentdəki deformasiyaya uyğun metod seçirəm. Bəzən daha yaxşı nəticə əldə etmək üçün boyungərmə də əlavə oluna bilər. Buna da “Platisma lifting” deyilir.
-İndiyədək əməliyyat etdiyiniz ən qoca və ən gənc pasiyentinizin neçə yaşı olub?
-Ən yaşlı pasiyentim 85 yaşında kişi, ən cavan xəstəm isə 26 yaşında xanım olub. Hazırda xarici ölkələrdən gələn xəstələrimin sayı çoxalıb. Çünkü üzgərmə əməliyyatını hər plastik cərrah etmir. Üz bölgəsinin anatomiyası ən qarışıq olan bölgədir. Buna baxmayaraq. hissiyat itmir.
-Üzgərmə əməliyyatı neçə saat davam edir?
-Təxminən 1.5 saat çəkir və 2 həftə sağalma müddəti var.
-Üzgərmə ilə neçə il cavanlaşmaq mümkündür və qalıcılığı nə qədərdir?
-20 il gəncləşmək mümkündür və qalıcılığı ömürlükdür.
-Əməliyyatdan sonra üzdə göyərmə və şişkinliyin az olması üçün nələr etmək lazımdır? -Əməliyyatdan bir ay əvvəl xüsusi dietaya əməl etmək vacibdir. Dəridə tikiş izlərinin qalmaması və düzgün sağalmaq üçün xüsusi baxım qaydaları da var. Bunlara riayət etmək önəmlidir. Bu əməliyyatı daha mükəmməl etmək üçün ABŞ və İtaliyada xüsusi kurslara və təlimlərə qatılmışam.
-Siz Vətən müharibəsində Azərbaycana qayıdıb yaralıları əməliyyat etdiniz.
-Bu mənim Vətən qarşısında borcum idi. Torpağımda müharibə gedərkən xaricdə qala bilməzdim. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 200-ə yaxın yaralı üzərində müxtəlif əməliyyatlar həyata keçirdim. Ağır yaralanmalar olduğu üçün üz bölgəsində rekonstruktiv əməliyyatlara ehtiyac vardı. Əlimdən gələn ən yaxşı nəticəni almağa çalışdım.
-Siz daha çox tanınmış insanların və məmur ailələrin plastik cərrahı kimi tanınırsınız.
-Sağ olsunlar, güvənib etibar edirlər. Mən də hər zaman pasiyent məmnuniyyətini qazanmağa çalışıram. Bu, bir həkim üçün çox önəmlidir. Qeyd: Uzm. Dr. Vüqar Ələkbərov bütün növ plastik, estetik əməliyyatları peşəkarlıqla icra edən yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə (050) 999-11-15 mobil nömrəsi, rəsmi saytı ilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk, instaqram və yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
