20 minlik nömrəsini gecə ilə maşından oğurladılar - Nə edəcəyini bilmir
Bir neçə gün əvvəl Sumqayıt şəhər sakini S.Baxşəliyevin avtomobilinin dövlət qeydiyyat nişanlarından biri oğurlanıb.
“Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, maşını yaşadığı binanın qarşısında saxlayıbmış.
S.Baxşəliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanının ona məxsus olmasını təsdiq edən sənədləri olsa da, nömrəsini bərpa edə bilmir: “Hadisə bu il dekabrın 3-də baş verib. 4 dekabr saat 09:45 də yaşadığım Sumqayıt şəhəri, 18-ci mikrorayon 7 saylı binanın qarşısına - həyətə düşdüm, gördüm maşının arxa nömrəsi (10-LK-777 dövlət qeydiyyat nişanı) yoxdur. Dərhal DİN-in 102 xidmətinə məlumat verdim, məni Sumqayıt şəhər 1-ci polis bölməsinə dəvət edib, ərizəmi aldılar. Nömrə mənim öz adımadır, bu barədə qanunla nəzərdə tutulmuş müvafiq sənədlər var. Lakin dəfələrlə DİN-in müvafiq qurumlarına müraciət etsəm də, nə nömrə tapılır, nə də nömrəmi bərpa edirlər”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında itkin və ya oğurlanmış nömrə tapılmadığı təqdirdə onun bərpa edilmədiyini bildirdi: ““Yol Hərəkəti Haqqında” Qanunun 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da “Qafqazinfo”ya açıqlamasında bu məsələ ilə bağlı qanunvericlikdə boşluğun olduğunu deyir: “Təəssüflər olsun ki, qanunvericlikdə nömrələrin dublikat olunması məsələsi öz əksini tapmayıb. “Yol Hərəkəti Haqqında” qanun 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər. O dövrdən indiyədək xeyli vaxt keçib, nə qədər inkişaf var. Lakin yenə də bizim qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkir. Vətəndaşa məxsus olan və 10 seriyası ilə başlayan nömrə bahalı nömrə hesab olunur, 10-20 min manat arası qiyməti var. Bu gün bu nömrəni kimsə fiziki olaraq əldə sata bilər, çünki DYP-də bu nömrə artıq yoxdur. Təklif edərdim ki, qanunvericilikdə bu məsələ nəzərə alınsın.
Təsəvvür edin, kimsə qanunvericiliklə nəzərdə tutulmuş 3 min manatı və ya əldən kiməsə 30-40 min manat bahalı nömrə alıb maşınına bağlayır. Sonra kimsə gəlib həmin nömrəni açıb aparır, oğurlayır. Nəticədə vətəndaşa böyük ziyan dəyir, nömrəni bərpa etmək də mümkün olmur. Bu mövzuda polisi qınamaq da olmur, onlar qanuna əsaslanırlar. Qanunda göstərilir ki, 1 ay ərzində tapılsa, nömrə sahibinə qaytarılacaq, amma praktikada bu hal çox azdır. Məsələ ilə bağlı qanunvericlikdə dəyişikliyə ehtiyac var. Əslində bahalı nömrələr hərrac yolu ilə satılmalıdır və dəfələrlə təklif etmişəm ki, bahalı nömrələr itdikdə və ya oğurlandıqda onun dublikatı verilməlidir. Lakin bu məsələlər hələ də açıq olaraq qalır”.
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
