- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
4 ay öncə general olan rəis niyə işdən çıxarıldı?
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib.
NUH.az Axar.az-a istinadən xəbər verir ki, Aqil Babayev bu vəzifəyə qədər Xudat sərhəd dəstəsinin rəisi olub. “İgidliyə görə”, “Vətən uğrunda” və digər bir sıra orden və medallarla təltif olunub. O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti günüdür – red.) general-mayor rütbəsi alıb. Məhz 4 ay öncə yüksək rütbə verilən şəxsin indi vəzifədən azad edilməsi hazırda müzakirə predmetidir.
Dövlət Sərhəd Xidməti Akademiyası haqda ilk insident bu ilin aprelində yayılmışdı. Belə ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprelin 13-də dünyasını dəyişmişdi.
DSX Akademiyası kursantın ölümü ilə bağlı yaydığı məlumatda bildirmişdi ki, o, 13 apreldə müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.
Ancaq nə qədər qəribə də olsa, Hərbi Prokurorluğun hələ o zaman yaydığı məlumat diqqət çəkmişdi. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirmişdi:
“Daxil olmuş məlum məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".
Maraqlıdır: xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişən kursantla bağlı Hərbi Prokurorluq əməkdaşları “hadisə yerinə” niyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən hansı predmetlər maddi sübut kimi götürülür, kimlərdən və niyə izahatlar alınır? Hər halda “hadisə yeri” xəstəxana çarpayısı, “maddi sübut” dərmanlar deyildi və həkimlərdən də izahat alınmamışdı. Əks halda “hadisə yerinə” hərbi prokurorlar deyil, məhkəmə-tibb ekspertləri gələrdi. Əgər hadisə yeri varsa, bu o deməkdir ki, ölüm hadisəsi müalicə müəssisəsində baş verməyib.
Məsələ də ondan ibarətdir ki, həmin ölümün DSX Akademiyasındakı kütləvi dava nəticəsində baş verdiyi haqda Akademiyanın rəsmi açıqlamasından öncə məlumat yayılmışdı. Bildirilirdi ki, kütləvi davada bir kursant ölüb, bir neçəsi yaralanıb. Ancaq DSX Akademiyasının yaydığı məlumatda kursantın “müalicə müəssisəsində” öldüyü iddia edilirdi ki, əslində bu iddia da Hərbi Prokurorluğun rəsmi açıqlaması ilə darmadağın olurdu.
Hərbi Prokurorluğun istintaqının nəticəsi haqda heç bir məlumat yayılmadı, ölümün dəqiq başvermə səbəbi, hadisə yeri, maddi sübutların aqibəti barədə də ictimaiyyət məlumatlandırılmadı. Ancaq şübhəsiz ki, ölüm faktı araşdırılıb və DSX Akademiyasının rəsmi qurumlar və ictimaiyyətə yalan açıqlama verməsi təsdiqlənib.
İkinci, ictimaiyyətə bəlli olan daha ciddi hadisə 6 dekabr 2022-ci ildə baş verdi. DSX Akademiyası yenidən gündəmə gəldi – bu dəfə yanğınla. Akademiyanın inzibati binasında irimiqyaslı yanğın baş verdi və ciddi ziyan dəydi. Yanğının miqyası kifayət qədər böyük idi – o qədər ki, hadisə yerinə DSX rəisi Elçin Quliyev şəxsən özü gəlmişdi.
DSX olayla bağlı yaydığı açıqlamada yanğın zamanı Akademiya binasının dam örtüyünün 50 kv.m hissəsinə ziyan dəydiyi, cəmi 3 nəfərin tüstüdən zəhərləndiyini bildirdi. Əlbəttə ki, DSX bu məlumatı Akademiyadan alaraq yaymışdı.
Ancaq bu məlumatın yayılan kimi həqiqəti əks etdirmədiyi üzə çıxdı. Belə ki, TƏBİB yanğın zamanı 14 nəfərin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirdi.
Yanğının nə qədər sahəni əhatə etdiyi barədə isə FHN yox, DSX Akademiyasının məlumat yayması da müzakirələr yaratdı. Belə ki, yanğının deyildiyi kimi, “dam örtüyünün 50 kv.m sahəsinə ziyan vurduğu” həddən artıq “yumşaldılmış” təsiri bağışlayırdı. Videolardan da aydın idi ki, yanğın daha geniş əraziyə yayılıb.
Bu isə DSX Akademiyası haqda növbəti mənfi təəssürat doğururdu.
Görünür, bütün bunlar və mediaya qapalı olan digər məlumatların nəticəsi olaraq DSX rəisi Elçin Quliyev Akademiya rəhbərliyinin dəyişdirilməsi üçün təqdimat hazırlayıb.
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
5 aprel 2026 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
4 aprel 2026 19:53
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
