Sabiq icra başçısının bacısı oğlu yenidən məhkəmə qarşısında
Ali Məhkəmədə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev və Mənzil-Kommunal Təsərrüfat Birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin keçmiş rəisi Murad Əhmədov və digər şəxslərin barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında Əkbərov Cəfər Razim oğlu, İsmayılzadə Seymur Yadulla oğlu, Xəlilov Şamil Rasim oğlu, Süleymanov Emin Sahib oğlu və Əliyev Novruz Arzu oğlu, Alıyev Babək Hacı oğlu və Ağaməmmədov Tural İrzəbəy oğlu da var.
Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, Abşeron RİH Memarlıq və Tikinti Şöbəsinin müdiri (baş memar) Akif Əliyev vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib. O, Abşeron RİH MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib alıb. Daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirərək vətəndaşdan əlavə 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib.
Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvətalma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
Həmçinin istintaqla müəyyən edilib ki, Murad Əhmədov özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən "AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kvadratmetr qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək onu aldadaraq qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manatını ələ keçirib, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik edib.
Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.
Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.
Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhriketmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Əliyev 10 il 6 ay və Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan Akif Əliyevlə Murad Əhmədov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmənin qərarına əsasən, Akif Əliyevin 10 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə, Murad Əhmədovun cəzası isə 3 ilə endirilib.
Xatırladaq ki, Babək Alıyev Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın bacısı oğludur.
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
