“Norm” ASC 2022-ci ili uğurla başa vurub - Fotolar
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC ötən ilki fəaliyyətini uğurla başa vurduğuna dair hesabat verib. 2013-cü ildən bəri qeyri-neft sektorunun inkişafına töhfə verən və sənaye sahəsində aparıcı mövqe tutan şirkət bu il də mühüm uğurlara imza atıb.
“Norm” ASC il ərzində Qarabağda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və regionun abadlaşdırılması istiqamətində çoxşaxəli fəaliyyət planını həyata keçirməyə nail olub. Belə ki, işğaldan azad edilmiş rayonlarda davam edən bir çox inşaat layihələrinin sement təchizatı məhz Norm Sement zavodu tərəfindən qarşılanıb. Zəfər yolu, Şükürbəyli-Cəbrayıl-Hadrud, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının inşasında Norm sementlərindən istifadə olunub. Daşaltı, Toğana-Kəlbəcər tunelləri və yeraltı keçidləri zavodda istehsal olunan və tunellərin tikintisi üçün nəzərdə tutulan xüsusi növ sementlə tikilib.
Bölgədə yaşayış binalarının, kənd təsərrüfatı və səhiyyə obyektlərinin, yolların, viaduk, körpü və tunellərin inşasında istifadə olunan sement məhsullarının təminatı ilə yanaşı, bu məhsulların qısa zaman ərzində və təhlükəsizlik qaydalarına riayət olunaraq müştərilərə çatdırılması şirkətin logistika siyasətinin başlıca prioriteti olub. Bu siyasətə uyğun olaraq, Qarabağda həyata keçirilən layihələr üzrə sement təchizatında yubanmaların qarşısının alınması və davamlılığın təmin edilməsi məqsədilə “Norm” ASC tərəfindən Avropa istehsalı olan və Avro 5 standartının tələblərinə cavab verən 12 ədəd əlavə yük maşını alınıb. Unikal dizayna və yüngül çəkiyə malik olan, yük kompressorları və rəqəmsal qoşquya nəzarət sistemi ilə təchiz olunan bu nəqliyyat vasitələrində sementin boşaldılması zamanı təhlükəsizlik və maksimum səmərəlik təmin olunur. Ən son texnologiyaların tətbiqi ilə istehsal olunan maşınlar və qoşqu vasitələri çətin yol şəraitinə dayanıqlı olub sürücülərin rahatlığı üçün əlverişli imkanlara malikdir.
2022-ci ildə zavodda quyu-tamponaj sementinin istehsalı və satışı ilə bağlı mühüm addımlar atılıb. Bu sement növünün istehsalı üçün zavodda tədqiqat və hazırlıq işlərinə hələ 2019-cu ildən başlanılmış, istehsal üçün lisenziya prosesləri pandemiya şəraitində davam etdirilərək, ötən ildən etibarən məhsulun istehsalı həyata keçirilmişdir. Qeyd edək ki, bu sement növü ölkənin neft sənayesi üçün strateji məhsul hesab olunur və 2021-ci ilə qədər Azərbaycanda istehsal olunmadığına görə xaricdən idxal olunurdu. Bu ildən etibarən, “Norm” ASC SOCAR, eləcə də bir sıra yerli və xarici şirkətləri quyu-tamponaj sementi ilə təchiz etməyə başlayıb. Fəxr hissi ilə vurğulamaq olar ki, bu gün Norm Sement zavodu ölkənin neft sənayesinin quyu-tamponaj sementinə olan tələbatını tam ödəmək iqtidarindadır. Xatırladaq ki, zavod Cənubi Qafqazda quyu-tamponaj sementinin ilk istehsalçısıdır və bu məhsul Amerika Neft İnstitutunun (API) Q1 və 10A sertifikatlarına layiq görülüb. Beləliklə, qeyri-neft sektorunun inkişafında rolu olan sənaye müəssisəsi kimi ”Norm” ASC həm də, neft sənayesini bu məhsulla təchiz etməklə xaricdən asılılığı aradan qaldırmağa dəstək olur.
Həmçinin bildirilir ki, 2022-ci il şirkət üçün istehsalatda qəzasız il kimi yadda qalıb, şirkətin cari ilin yekunlarına dair illik məlumat iclasında “2 milyon qəzasız iş saatı”nın tamamlanması xüsusi qeyd edilib.
İl ərzində şirkət tərəfindən təhsillə bağlı layihələr də uğurla icra olunub. Belə ki, bir sıra universitetlərlə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində həmin universitetlərdə təhsil alan tələbələr Norm Sement zavodunda istehsalat təcrübələrinə cəlb olunublar. Bununla yanaşı, zavodun peşəkar heyəti tərəfindən tələbələrə istehsal, maliyyə, biznes, keyfiyyətə nəzarət və s. sahələrlə bağlı müxtəlif mövzularda təlimlər keçilib.
“Norm” ASC ölkə iqtisadiyyatının dayanıqlı inkişafına dəstək vermək məqsədilə növbəti illər ərzində bütün imkanlarından istifadə etməyə və sənaye sahəsində öz rolunu möhkəmləndirməyə davam edəcək.



- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
