Erməni hərbçilərin də sevdiyi Azərbaycan leytenantı Nəsibə Bədəlbəyli
Hay ver mənə, cənab leytenant
Hay ver mənə, leytenant...
Yəqin ki, çoxumuz bu mahnıya heç olmasa bir dəfə də olsa qulaq asmışıq.
Bu mahnının musiqisinin, sözlərinin sehri qədər, səslər də dinləyicinin ürəyinə yol tapıb, yaddaşlara köçüb.
Şəmistan Əlizamanlı və Nəsibə Bədəlbəylidir mahnını ilk dəfə ifa edən...
Şəmistan Əlizamanlı bizə hər zaman yaxın olsa da, Nəsibə xanımın üzünü görməyib çoxu.
Bəs kimdir Nəsibə xanım, haralardadır, nə iş görür?
Qaynarinfo Nəsibə xanımla müsahibəni təqdim edir.
- Hamının sevə-sevə dinlədiyi mahnını ifa edən xanım səhnədə yoxdur.
- İndi Akademik dövlət Xor Kapellasında çalışıram. Gələn il orda çalışmağımın 30 ili tamam olacaq. Kopella ilə bərabər konsertlərimiz, ifalarımız çox olur. Bütün dünya bəstəkarlarının əsərlərini ifa edirik.
Necədir? İşinizdən razısınızmı?
Çox razıyam. Xora dəvət ediləndə tələbə idim, 20 yaşım vardı, Konservatoriyada oxuyurdum. Elə həmin vaxtdan orada qaldım, orada böyüdüm.

- "Cənab leytenant” necə yarandı? Həmin anları necə xatırlayırsınız?
- Birinci Qarabağ müharibəsi zamanıydı. Mən hələ onda Şəmistan müəllimi hərbi diktor kimi tanıyırdım. Bir verilişdə onun "İgid əsgər” mahnısı səsləndirildi. Mən də hələ gitarada ifa etməyi qardaşımdan təzə öyrənmişdim.
Başladım bu mahnını zümzümə etməyə.
1993-cü ildə Kopellaya təzə gəlmişdim, sarayda dövlət tədbiri oldu. Aparıcısı isə Şəmistan Əlizamanlı idi. Konsertdən sonra ona yaxınlaşıb dedim ki, "Cənab leytenant” mahnısından çox xoşum gəlir. İstəsəniz bir yerdə oxuya bilərik, mən gitarada ifa edərəm. Şəmistan müəllim dedi ki, bizim duet şəklində bir mahnımız var, bəlkə Şahin bəylə məsləhətləşək, o mahnıya baxaq. Yığışdıq, sonra elə alındı, "Cənab leytenant”ı oxuyası olduq. Sözlər başqa idi, dəyişdirdim mən bəzilərini, akkordları mən tuturdum. Məşq etdik, alındı. Dedi, yazdıraq bu mahnını. O vaxtı "İlkin” studiyası var idi. Bakıda ilk studiya idi. Gəldik, orada yazdırdıq. Dedilər, klip çəkiləcək. Amma klip gec çəkildi, ilk dəfə ANS-də "AND” verilişində getdi.

- Nəsibə xanım, bu mahnı həm də 2-ci Qarabağ savaşının, 44 günlük müharibənin də bir himni oldu deyə bilərik. Bu savaşla bərabər səsləndi "Cənab leytenant”. Həmin dövrdə mahnını ifa etmək üçün sizə televiziyalardan təklif gəldimi?
- Xeyr, gəlmədi. Məni bir dəfə Xarici Dillər İnstitutuna Polşa, Çexoslavakiya, Latviyanın tədbirinə dəvət etmişdilər. Xarici dildə bədii bir mətn oxumaq lazım idi. Orada aktyor kimi səsləndirdim mətni. Çıxışdan sonra gül alarkən çox kövrəldim və fikirləşdim ki, mən səhnə üçün çox darıxmışam. Təşkilatçıya yaxınlaşdım, dedim ki, "Cənab leytenant” mahnısını mən oxuyuram. Sizdə konsert olsa, ifa edə bilərəm. O da dedi ki, nə yaxşı, o mənim ən sevimli mahnımdır. Bir neçə gündən sonra zəng elədi ki, Latviyadan nəfəs alətlərində ifa etmək üçün Milli Qvardiyanın qızları gəlib. Onlar istəyir ki, "Cənab leytenat” mahnısını bir yerdə ifa edəsiniz. Çox sevindim. Heç məşqimiz də olmadı. Bu mahnı duet şəklində ifa olunur. Mən də Şəmistan bəyin işləri olur deyə onu narahat etmədim. İş yoldaşım Vasif Hüseynliyə təklif etdim mənimlə duet ortağı olsun. O da qəbul etdi.
İfadan xoşları gəldiyi üçün məni yenidən bir neçə gün sonra Latviyanın 100 illiyi münasibəti ilə keçirilən tədbirə qonaq çağırdılar. Orda da təsadüfən Emin Musəvi ilə tanış oldum. Ona maraqlı oldu. İki gün sonra məni radioya dəvət etdi.

- Bəs Nəsibə xanım bu 30 ildə niyə özünü gizlədib?
- Mənə burdan əvvəl "Araz” radiosundan təklif gəlmişdi. Veriliş mahnının bəstəkarı Şahin Musaoğluya həsr olunmuşdu. Təklifi eşidəndə çox ağladım.
- Niyə ağladınız?
- Çünki 28-29 il sonra ilk dəfə yada düşüb dəvət edilmişdim. Çünki mən həmişə köməkçi səs kimi gedirdim. Şəmistan müəllim çıxış edəndə onu tanıyırdılar.
- Bəs bu sizi incitmirdi?
- O vaxt heç bunu fikirləşmirdim. Mahnı səsləndirilən zaman deyirdilər, Nəsibə səsin gəlir, elə bu mənə bəs edirdi. Hətta bir dəfə maraqlı hadisə yaşadım. Avtobusla gedirdim, radioda dedilər ki, müsabiqə elan olunur. Kim tapa bilər "Cənab leytenant”ı Şəmistan müəllimlə bərabər ifa edən kimdir? Mən də sakitcə öz-özümə pıçıldadım "mən oxumuşam” deyə. Amma bu mənə təsir etdi.
Sizcə, müharibə izlərindən başqa bu mahnını populyar edən digər səbəb nə idi?
Sizə bir şey danışım. 44 günlük Vətən müharibəsi gedən zaman Youtube kanalımda "Cənab leytenant” mahnısının altına "yan” soyad sonluqlu bir erməni şərh yazmışdı rus dilində. Yazmışdı ki, siz məni blok edə bilərsiniz, amma çox xahiş edirəm, bu yazdığımı oxuyun:"Mən birinci Qarabağ müharibəsi veteranıyam. Səngərdə oturmuşduq, sizin dalğanızı tutduq. Bu mahnı səslənirdi. Bilirdik düşmən sözləridi. Amma səs, musiqisi bizi tutdu. Mahnı bitən kimi hərəmiz bir kənara çəkilib başladıq bu mahnını zümzümə eləməyə. Bilmədik bizi necə bağladı özünə bu mahnı. İndi də qulaq asıram mahnıya, gözlərim yaşarır”.

- "Cənab Leytenant” mahnısının kimə həsr olunduğunu bilirsiniz?
- Bizim ASAN Radioda gedən video rolikimizə bir nəfər şərh yazmışdı ki, bu mahnı mənə həsr olunub.
- Yəni konkret kiməsə həsr olunub?
- Bəli, öz dostlarına həsr ediblər mahnını. Bir də "Şahinlər” mahnısı da şəhid olan bir nəfərə həsr edilib.
"Cənab leytenant” 1993-cü ildə yazılsa da, ona klip 1996-cı ildə çəkilib. Klipin mənimlə çəkilən hissəsi studiyada olub. Amma qalanı həmin adamın evində çəkilib.
- "Cənab leytenant”dan sonra Nəsibə xanım niyə görünmədi? Bu mahnı kifayət qədər polpulyar idi və sizə də kifayət qədər şöhrət gətirmişdi. Bəs niyə görünmədiniz?
- Hələ 1993-cü ilin səs yazması ilə hər dəfə mənim səsim gələndə çox adam zəng edirdi ki, Nəsibə, səsin gəlir. Çox adam tanıyırdı. Amma bilməyən kiməsə deyəndə ki, "Cənab leytenant”ı mən oxumuşam, adımı soruşurlar. Deyirəm, Nəsibədir. Hə biz siz tanıyırıq, amma üzdən görməmişik, deyirlər.
- Nəsibə xanım, belə düşünə bilərikmi, xorda işləmək sizin solo karyeranıza mane oldu?
- Yox, xorda işləyərkən orda da solist idim. Əsasən yunan mahnılarını oxuyurdum. Bir neçə il belə oldu. Sonra da ailə qurdum, baş qarışdı, hər şey yaddan çıxdı.
- Nəsibə xanım efirə qayıtmaq üçün yeni mahnı ifa edə bilərmi?
Gərək elə mahnı olsun ki, "Cənab leytenant” kimi möhür vura bilsin. Amma belə vətənpərvərlik ruhunda, şəhidlərimizə həsr olunan tədbirlərə çağırsalar, böyük məmnuniyyətlə gedib "Cənab leytenant”ı oxuyaram.

- Sizin özünüzün tək ifa etdiyiniz mahnılar var?
Bəli, mənim tək ifa etdiyim mahnılarım da var. Həmin mahnıların da sözü, musiqisi mənə aiddir.
Nəsibə xanım, soyadınız Bədəlbəylidir. Siz Bədəlbəylilərdənsiniz?
Doğrusu, mən istəmirəm bunu deyim. Çünki mən soyadımla yox, öz işlərimlə tanınmaq istəyirəm. Bəli, mən Şəmsi Bədəlbəylinin qardaşı nəvəsiyəm.
- Bəlkə özünüz az öncə dediyiniz kimi, soyadın tilsiminə girmisiniz, ona görə davam etməmisiniz?
- Ola bilər, bəlkə də. Amma bir az da utancaq olmuşam, çəkinmişəm. Bir az səhnədən çəkinib qorxurdum, amma indi yox. İndi "Xarici Dillər”də çıxış edəndə, gül alıb alqışlanada fikirləşdim ki, səhnə üçün necə darıxıbmışam. Mən necə istəyirəm səhnəyə geri dönüm. Elə bunu düşünəndən sonra zənglər gəldi.
Amma indi düşünürəm, zamanı gəlib. Çünki hər zaman "Cənab leytenant” səslənəndə deyirdim, mənəm. Deyirdilər, hə, səsini eşitmişik, amma üzünü görməmişik. Mən də pis olurdum. İndi deyirəm ki, yox mənəm, sanki sübut etməyə çalışıram. Hətta bəzən yazırlar ki, xanımın neçə yaşı var, yalan deyirsiniz, oxşamır ona və s.
- Siz tanınmadığınıza görə mahnıdakı səsi öz adına çıxmaq istəyən oldumu?
Yox, olmadı. Amma çox adam deyirdi ki, elə bilirdik, Xədicə Abbasova ifa edib.
- Mahnı Nəsibə xanıma nə uğur gətirib soruşsaq...
- Sevirlər bu mahnını, oxuyurlar, hətta bağçalardakı körpə uşaqlar da oxuyur. Bu mənim üçün uğurdu. Bu mahnı mənim ifamda sevilibsə, çox böyük uğurdu mənim üçün. Hətta bir neçə gün öncə şəhid gizir Fariz Həsənovun övladının kiçik toyu idi. Ora dəvət olundum. Getdik çıxış etdik, çox xoşlarına gəldi.
- Bəs bu mahnını gənclərin ifasında dinləmisiniz?
- Bəli, olub, hətta mənə zəng edirlər ki, hallalığını verirsiniz, olarmı biz də ifa edək? Hətta sizə bir şey deyim. Mən o vaxt mahnını səsləndirəndə leytenant yox, "leyçinant” deyirdim. Şəmistan müəllim də hər dəfə bunu mənə irad tuturdu. Mən də deyirdim yox, belə deyəcəm. Bu mənim imzamdı. Hətta ASAN radioda olan müsahibəmə şərh yazdılar ki, sən himn deməkdənsə "qimn”(himn) demisən. Amma demək istəyirəm ki, mən rusdilli olduğum üçün belə deyə bilərəm, amma bu mənim vətənə olan sevgimi dəyişmir. Mən özümü vətənpərvər hesab edirəm.

- Nəsibə xanım, etiraf edək ki, "Cənab leytenant” mahnısı həm də məğlub ordunun mahnısı idi. İndi isə biz qalibik. Bu mahnını yeni aranjimanda yeni ruhda oxumağı düşünürsünüzmü?
- Bilirsiniz, bu mənim mahnım deyil, bəstəkarın mahnısıdır. Şahin Musaoğlu mahnının bəstəkarıdır. O, daha yaxşı bilər. Amma təklif gəlsə, təzə bir mahnını bu mahnının davamı kimi ifa edərəm.
- Telekanallardan sizə hərbi vətənpərvərlik mövzusunda bir verilişdə aparıcılıq etməyə təklif gəlsə, qəbul edərdiniz?
- Bəli, edərdim.
- Nəsibə xanım, bir az işinizdən - xordan danışaq. Bilirik ki, xor dünyada ən elit musiqilərdən sayılır. Bizdə vəziyyət necədir?
- Mən xorda böyümüşəm. Azərbaycan himnini bizim xor ifa edib. Xatırlayıram, əvvəl-əvvəl xora gəlmək istəmirdim. Atam orada işləyirdi. Dedilər, gəl, bax, xoşuna gəlsə, qalarsan. Ancaq gələndən sonra ilk dəfə Türkiyəyə qastrol səfərə getdik. Orada tanınmış müğənnilər vardı. Çox xoşuma gəldi. Elə ondan sonra da qaldım orada.
Biz təkcə əsərlər oxumuruq, həm də xalq mahnıları da ifa edirik. Sinfonik orkestr ilə çox konsertimiz olur. Gürcü mahnıları, rus mahnısı, yunan mahnıları ifa edirik.
Sizə deyim ki, solo oxumaq asandı. Amma xorda oxumaq çox çətindi. 8 səsdi, amma öz melodiyanı oxumaqla bərabər, həm də digər səsləri də dinləməlisən.

- Azərbaycanda xorun inkişafı necədir? Dinləməyə gələnlər var?
- İnkişafı çox yaxşıdır, əlbəttə, gələn var.
Mən incəsənət ailəsində böyümüşəm. Atam tərəf Dadaşovlardı. Muxtar Dadaşov babamın qardaşıdır. Sultan Dadaşov isə Opera Balet Teatırının rejissoru olub. Nənəm də Gənc Tamaşaçılar Teatrında ilk pioner qız olub. Ana tərəfim isə Əfrasiyab, Şəmsi Bədəlbəylilər, babam isə Davud Bədəlbəyli olub. Mən onun qız nəvəsiyəm. Ata tərəfim Şuşalı, ana tərəfim isə Bakılıdır.
- Sizin fəxri adınız varmı? Bu 30 ildə heç fəxri ad üçün müraciət etmisinizmi?
Var, xalq sevgisi. Daha heç nə. Elə insanlar var Xalq artistidir, ancaq onları heç kim tanımır. O ki deyirlər e, o mahnını nə qədər sevirəm. Məni belə tanıyıb sevirlər, o da mənimçün ən böyük tituldur.
Günay İlqarqızı
Oxşar xəbərlər
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
