Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı - Siyahı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.
NUH.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.
Bazar dəyəri 30 milyon manata yaxın qiymətlındirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Həmin əmlakların siyahısını təqdim edirik:
- Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8.100.000 manat);
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95.000 manat);
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300.000 manat);
- Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231.500 manat);
- Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125.000 manat);
- Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483.000 manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86.000 manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71.000 manat);
- Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808.000 manat);
- Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi (dəyəri 700.000 manat);
- Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60.000 manat);
- Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203.000 manat);
- Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59.500 manat);
- Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat);
- Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat);
- Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750.000 manat);
- Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2.470.000 manat);
- Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1.800 manat);
- Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat);
- Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz (dəyəri 646.000 manat);
- Kürdəmir şəhəri «Ərşəli yeri» adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24.000 nar kolu (dəyəri 208.600 manat);
- Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar (dəyəri 96.000 manat);
- Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat);
- Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası (dəyəri 4.500.000 manat);
- Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145.000 manat).
Bakı Apellyasiya Möhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 2025 10:37
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24