Putin Ərdoğan və Əsədi barışdırmaq istəyir
"Ankara regionun terror problemi ilə bağlı birgə hərəkət istiqamətində Moskva və Dəməşqi inandıra bilsə, 2023-cü ildə tək Türkiyənin deyil, eyni zamanda Suriya və Rusiyanın da kürd terrorçu ünsürlərə qarşı əməliyyatlarının şahidi ola bilərik”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri arasında baş tutan üçtərəfli görüş şərh edərkən deyib. Politoloq bildirib ki, Türkiyə ilə Suriya arasında təmaslar siyasi formada olmasa da, hərbi və kəşfiyyat müstəvisində davam edir:
"Türkiyə ilə Suriya arasındakı münasibətlərin düzəlməsinin vaxtı çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki ərəfəsi faktiki olaraq gərginlik yaşanan ölkələrlə münasibətləri normallaşdırmağa çalışır. BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, hətta İsraillə münasibətlər normallaşmağa qədəm qoyub. Bütün bu hadisələr fonunda Suriya ilə də münasibətlərin əvvəlki normal müstəviyə qayıdacağı gözləniləndir. Bu istiqamətdə müəyyən təmaslara da başlanılıb. Türkiyə xarici işlər naziri bir neçə ay bundan əvvəl verdiyi bəyanatda qeyd edirdi ki, hərbi sahədə iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı təmaslar qurulub. Bu mənada deyə bilərik ki, Türkiyə ilə Suriya arasında təmaslar siyasi formada olmasa da, hərbi və kəşfiyyat müstəvisində davam edir”.

Ekspertin fikrincə, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasını ən çox istəyən Moskvadır:
"Putin dəfələrlə tərəfləri bir araya gətirməyə çalışıb. Mümkündür ki, gələn ilin əvvəllərində Türkiyə rəsmilərinin Suriyaya səfəri də baş tutsun. Bir sözlə, ilkin təmaslar formalaşa bilər. 2023-cü ildə Türkiyə və Suriya prezidentlərinin görüşü də mümkündür”.
Politoloq qeyd edir ki, Rusiyada hərbi nazirlər arasında keçirilən bu görüş münasibətlərin normallaşması prosesində mühüm addımdır:
"Bilirsiniz ki, Türkiyə Suriyanın şimalında PKK, PYD, YPQ terrorçularına qarşı hərbi əməliyyatlara başlamaq istəyir. Türkiyə burada 30 km-lik təhlükəsizlik koridorunun yaradılmasını istəyir. Bu istək əslində, Suriyanın özü üçün də vacibdir. Üç ölkənin hərbi nazirləri arasında görüşün əsas mövzularından biri də heç şübhəsiz Türkiyənin Suriyanın şimalında aparmaq istədiyi quru əməliyyatları ilə bağlı olub. Hətta Türkiyə təklif edir ki, bu əməliyyatlar Suriya və Rusiyanın iştirakı ilə də başlasın. Görüşün əsas müzakirə mövzusu da mümkündür ki, bu istiqamətdə olub. Ankara regionun bu ortaq problemini birgə həll etməklə bağlı Moskva və Dəməşqi inandıra bilsə, 2023-cü ildə tək Türkiyənin deyil, eyni zamanda Suriya və Rusiyanın da kürd terrorçu ünsürlərə qarşı əməliyyatlarının şahidi ola bilərik. Bu əməliyyat baş verəcəyi təqdirdə, hətta tərəflər arasında üçtərəfli formatda siyasilərin də görüşü gündəmə gələ bilər”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüşün olduğu barədə məlumat verib. Görüşdə regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Nazirlər, həmçinin, Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
Xəbər lenti
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
