Naxçıvanda AVTOBUSDA gedişhaqqı azaldıldı (VİDEO)
Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.
"Nuhçıxan”dan verilən məlumata görə, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu. Buna səbəb kimi Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi bildirilir. Bununla bağlı mətbuatda dərc olunan tənqidi yazılardan sonra bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara bir daha göndərib. Həmin tariflərə əsasən bu gündən şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.
Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib. Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.
Xidmət haqqının yenidən qaydaya salınması sərnişindaşıma ilə məşğul olan sürücülərin narazılıqlarına səbəb olub. Onlar bildirirlər ki, xidmət haqqı aşağı salınsa da, Nəqliyyat Xidməti tərəfindən onlar üçün müəyyən olunan gündəlik plan hələ də 94 manat olaraq qalır. Hətta marşrut avtobuslarının əksəriyyətinin istismar müddətinin 10 ildən yuxarı olması texniki xərclərin çox olması ilə nəticələnir. Həmçinin xidmət tərəfindən onlara nə yanacaq, nə də ehtiyat hissələri verilmir. Üstəgəl sürücülərə əməkhaqqının verilməsi də dayandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyevə görə isə sürücülərin narazılığı əsassızdır.
Sürücülər isə sözügedən müqavilələrin onlara polisin zor tətbiq etməsi ilə bağlatdırıldığını və heç bir hüquqi qüvvəsinin olmadığını bildirdilər.
Nəticə isə onu göstərir ki, sərnişinlərin qanunla müəyyən olunmuş hüquqları bərpa olunsa da, bu dəfə sürücülər çətin vəziyyətdə qalıb. Hər halda aid qurumlar məsələni daha ətraflı araşdıraraq həllinə nail olacaqlar.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
Xəbər lenti
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
Video & Fotoqalereya
Video
Fotoqalereya