Baş prokuror Kamran Əliyevin Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun yerinə – Naxçıvan prokurorunun müavini vəzifəsinə təyin etdiyi Sənan İsa oğlu Paşayev Bakı Metropoliteninin sabiq rəisi, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun kürəkənidir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bakıvaxtı” məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunması ilə bağlı əmr imzalayıb.