Pele ilə vida mərasimi başa çatdı
Çərşənbə axşamı Santos şəhərinin (San-Paulu ştatı) "Vila Belmiro” stadionunda Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, dəfn korteji vətəndaş anım mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.
Mərasimin sonunda Pelenin nəşi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının damına qaldırılıb və Braziliya bayrağı ilə örtülüb. Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının hələ də yaşadığı evin yanından keçəcək.
Bundan sonra Pele onun özünün seçdiyi "Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.
Anım mərasiminin təşkilatçılarının sözlərinə görə, bir gündə Pele ilə vidalaşmağa 150 mindən çox insan gəlib. Bazar ertəsi və çərşənbə axşamı stadiona bitişik küçələr mərhum futbolçunun xatirəsini yad etməyə gələn insanlarla dolu olub, növbənin uzunluğu 2,3 km-ə çatıb, insanlar üç saatdan çox orada dayanıblar.
Onun tabutu 1956-cı ildə "Santos” futbol komandası ilə debüt etdiyi oyun meydançasının mərkəzi dairəsindəki çardaq altındakı platformaya qoyulub.
Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib.
Oxşar xəbərlər
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 2026 14:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
