Azərbaycanda DEPUTAT vəfat etdi
"Əməkdar mühəndis", 1990-1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı Əhməd Qasımov vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, bu gün torpağa tapşırılacaq.
Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədidə dünyaya gəlib. 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri, 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhəri 3 saylı Taksi Parkda və Növbəti Minik Avtomobilləri Parkında çilingər, 1963–1964-cü illərdə Bakı 1 saylı Taksi Parkında dispetçer, 1964–1965-ci illərdə həmin müəssisədə texniki şöbə mühəndisi vəzifəsində çalışıb. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi "Azərkəndtexnika" İB-nin "Avtomobil Təmiri" zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilib və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik edib.
Ağcabədi "Avtomobil təmiri" zavodunun direktoru vəzifəsində çalışarkən zavodda görülən işlər sayəsində müəssisə respublika əhəmiyyətli bir zavod səviyyəsinə çıxarıb. Belə ki, respublikanın 20-dən artıq rayon kənd təsərrüfatı texnikalarının təmirinin aparılması ilə yanaşı Rusiyanın muxtəlif vilayətlərinə və başqa respublikara sifariş əsasında istehsal olunan kənd təsərrüfatında istifadə olunan arabalar, qoşqular, kotan və malalar göndərilirdi.
1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilib, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərib. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilib. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Milli Məclisdə Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olub. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışıb.
1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirib. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışıb.

Ailəsi:
Həyat yoldaşı Qasımova Xeyra Usub qızı 25 yanvar 1947-ci ildə Ağcabədi rayonunda anadan olub. Hazırda təqaüddə olan riyaziyyat müəllimidir.
Oğlu Qasımov Ramazan (Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib) təqaüddə olan polis polkovnik-leytenantıdır. Oğlu Əmrahlı Əkrəm (Azərbaycan Neft Akademiyasını bitirib) "BAKQAZ" MMC-nin Rəisi vəzifəsində çalışır. Digər oğlu Qasımov Rüstəm (Azərbaycan Tibb Universitetini bitirib) Həkim-onkoloq kimi fəaliyyət göstərir. Aspiranturada təhsilini davam etdirir. Oğlu Qasımov Əmrah (Azərbaycan Neft Akademiyasını bitirib) BP neft şirkətində çalışır.
Mükafatları:
4 aprel 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" ilə əlaqədar təltif edilib.
23 may 1979-cu ildə "SSRİ-nin Mülki Müdafiə əlaçısı" döş nişanı ilə təltif edilib.
20 mart 1980-ci ildə "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" ilə təltif edilib.
10 may 1980-ci il Azərbaycan KP MK-nın 43№-li iclaslə protokoluna əsasən "Əməkdar mühəndis" adına layiq görülüb.
Oxşar xəbərlər
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
