Elman Rüstəmovun nikahdankənar arvadı katibəsi imiş ŞOK xəbər
Ötən ayın sonlarına yaxın Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmovla bağlı sensasion xəbər yayılmışdı.
Globalinfo.az xəbər verir ki, Aqil Rəsulov ad-soyadlı yeniyetmə videomüraciət yayaraq E.Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirmişdi. Yeniyetmə demişdi ki, Elman Rüstəmov ona və anasına təzyiq göstərir. O, müraciətdə ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyirdi.
Aqil iddia edirdi ki, E.Rüstəmov onu Bakıya gətizdirib ruhi-əsəb dispanserinə yerləşdirmək istəyir. Yeniyetmənin iddiasına görə, məqsəd bu yolla anasına (yəni Elman Rüstəmovun qeyri-qanuni arvadına-red.) təzyiq göstərmək olub.
Sonradan media bu mövzunu araşdırdı. Məlum oldu ki, Aqilin anası Sevinc Rəsulova vaxtilə Mərkəzi Bank sədrinin katibəsi olub. “İşdə məhəbbət macərası” bir uşaqla yekunlaşıb. Yəni Aqil Rüstəmov-Rəsulova məhəbbətinin “meyvəsi” olaraq dünyaya gəlib.

Mətbuatın yazdığına görə, sonradan Sevinc Rəsulova ilə Elman Rüstəmov arasında mal-mülk üstündə mübahisə yaranıb. Yenə mediada gedən yazılara istinadən bildiririk ki, S.Rəsulova son kozır olaraq oğlunu bu işə alət edib. Nəticədə həmin videomüraciət ortaya çıxıb.
Xatırladaq ki, Aqil sonra daha bir müraciət yaydı. Bildirdi ki, atası E.Rüstəmov onu məcbur Bakıya gətizdirməyə çalışır. Yeniyetmənin sözlərinə görə, Bakıya aparıldıqdan sonra atasının göstərişi ilə onu ruhi əsəb dispanserinə salmaq istəyirlər. Beləliklə, “Aqilin psixi problemləri var” deyib, mövzunu qapatmağı planlaşdırırlar.
Globalinfo.az-a daxil olan son məlumata görə, bu məsələ ilə bağlı yenilik var. Mənbəmiz bildirir ki, Elman Rüstəmov Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir.

Mənbə bildirir ki, Elman Rüstəmovla qeyri-leqal ailəsi arasında nifaq onun Mərkəzi Bank sədri vəzifəsində olarkən Sevinc Rəsulovanın adına rəsmiləşdirdiyi xeyli sayda əmlakı geri istəməsindən sonra düşüb. Belə ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib. Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.
Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar.
Xatırladaq ki, yayılan məlumatlara görə Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.
Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.
Malik
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)
29 yanvar 2026 16:29
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
