20 yanvarda Bakıya ordu yeridən Qorbaçovu dəstəklədik – Tetçer 33 il
Otuz üç il əvvəl Azəraycanda sovet ordusu tərəfindən törədilmiş hərbi cinayət xalqımızın yaddaşında öz ağır izini saxlayır.
1990-cı ilin 20 yanvarında Bakıya soxulan ordu hissələri dinc sakinlərə vəhşicəsinə divan tutdu. İçində uşaq, qadın, qoca olan yüzlərlə adam öldürüldü, minlərlə şəxs yaralandı. SSRİ hakimiyyətinin ən qara səhifələrindən olan Bakı qırğını Azərbaycanın azadlıq mübarizəsini və Qarabağ harayını susdurmaq üçün təşkil edilmişdi.
Bu faciə dünyada böyük rezonans doğursa da böyük dövlətlərin əcaib bir sükutu ilə müşayiət olundu. ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya və digər dövlətlər SSRİ-nin öz vətəndaşlarına qarşı əl atdığı bu cinayətə göz yummağa üstünlük verdilər.
İndi həmin dövrün sənədlərini oxuduqca bu ölkələrin ikili standartlara söykənən mövqeyinin bir daha şahidi olursan.
Bu baxımdan Britaniyanın o zamanı baş naziri Marqaret Tetçerin 20 yanvar Bakı qırğını ilə bağlı etirafları maraq doğurur.
Qərb ölkələri o zaman sovet islahatçı lideri kimi təqdim etdiyi M.Qorbaçovu SSRİ-dəki yenidənqurma siyasətinin baş tutacağına ümid edirdi.
Azpost.info Britaniyanın o vaxt baş naziri postunu tutan Marqaret Tetçerin Fondundakı sənədləri araşdırarkən onun Bakı faciəsi ilə bağlı 1990-cı ildə ayrı-ayrı vaxtlarda verdiyi müsahibələrini tapıb.
Tetçer bu açıqlamalarında Azərbaycanda baş verən qırğına “anlayışla” yanaşdıqlarını deyir.
Baş nazir faciəyə İlk münasibətini yanvar qırğınından 4 gün sonra –24 yanvar 1990-cı ildə “Wall Street Journal”-a müsahibəsində bildirib.
SSRİ rəhbərinin yürütdüyü siyasəti dəstəklədiyini bildirən Tetçer deyir ki, “lap əvvəldən onun tamam fərqli bir adam olduğunu” başa düşüb. Bununla Tetçer M.Qorbaçovla 1984-cü ildəki görüşünə işarə vurub.
Daha sonra Tetçer Azərbaycana sovet ordusunun yeridilməsi ilə bağlı M.Qorbaçovun addımını şərh edir.
Baş nazir bildirir ki, guya Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında başlanmış vətəndaş müharibəsi Mixail Qorbaçovu bu addımı atmağa vadar edib: “Azərbaycanlılarla ermənilər arasında vətəndaş müharibəsi sovet ordusunu yeritməyə səbəb olub. Çünki günahsız adamlar zərər çəkirdilər. Heç kim – nə ABŞ prezidenti Buş, nə mən, nə də Fransa prezidenti Mitteran buna görə Qorbaçova etiraz etmədik. Biz bu addımın vacibliyini başa düşürdük”.
Tetçer 23 mart 1990-cı ildə “Der Spiegel” qəzetinə verdiyi müsahibəsində ikili standartların açıq təzahürünə rast gəlirik. Tetçer bu dəfə Pribaltika ölkələrinin SSRİ tərkibindən çıxmaqla bağlı apardığı siyasətinə açıq dəstək verir.
Jurnalistin “Rus tankları Litvaya daxil olsa bunu SSRİ-nin daxili işi hesab edəcəksiniz, yoxsa Britaniya etiraz edəcək?” sualına Tetçerin cavabı maraqlıdır.
Britaniyanın Baş naziri bu dəfə deyir ki, onlar Qorbaçova məsələnin güc yolu ilə həllinin mümkünsüzlüyünü bildiriblər: “Qorbaçov da bizə dedi ki, məsələni güc yolu ilə həll etmək olmaz. Azərbaycana gəlincə, orada vəziyyət vətəndaş müharibəsi həddində idi. Başa düşürsünüz, belə vəziyyətdə ordu hərəkət edirsə hər hansı tənqiddən danışmaq olmaz. Ordunun orda elədikərini heç birimiz tənqid etmədik. Çünki biz bunu başa düşürdük”.
Tetçer bildirir ki, Pribaltika ilə bağlı məsələdə faktlar vacibdir: “Burada məsələ Konstitutsiya ilə həllini tapmalıdır. Biz heç vaxt Litvanın SSRİ tərkibində olmasını tanımamışıq”.
Baş nazir bildirir ki, qarşınızda əgər böyük praktik problem durursa bu zaman sadə suallar verib onun həllinə nail olmaq olmaz. Bəzən sadə suallara verilən cavablar vəziyyəti daha da kəskinləşdirir.
Baş nazir 20 yanvarla bağlı qırğına 1990-cı ilin aprelin 3-də “Hindustan Times”-ə verdiyi müsahibəsində də toxunub.
Jurnalist Pribaltikanın taleyi ilə bağlı Tetçerə “Litvanın müstəqilliyinə qarşı SSRİ zor tətbiq edərsə bu SSRİ-yə edilən yardımlara və texnologiya dəstəyinə təsir edəcək?” sualnı verir.
Britaniya baş naziri bildirir ki, hər suala baş vermiş vəziyətə uyğun cavab vermək lazımdır: “Məsələn, Azərbaycan və Ermənistan arasında problemlər var idi. Bir mərhələdə belə görünürdü ki, elə bil bu artıq vətəndaş müharibəsinə çevriləcək. Ora ordu göndəriləndə heç kim şikayətlənmədi. Çünki vəziyyət belə yaranmışdı. Bunu biz hamımız anlayışla qarşıladıq”.
Bu müsahibədə diqqəti əsas məqam kimi 1990-cı illərdə Azərbaycanın apardığı azadlıq mübarizəsinin beynəlxalq əks-sədasının hansı meyarlardan asılı olması faktı çəkir. Digər tərəfdən, Tetçerin Azərbaycan və Qarabağla bağlı tam məlumatlı olmadığı sezilir.
Bir maraqlı məqam da var: Qərb Azərbaycanda baş verənləri SSRİ-nin “daxili işi” saysa da, Pribaltika məsələsində tam fərqli yanaşma sərgiləyir.
Azərbaycan belə mürəkkəb beynəlxalq münasibətlərin içində keçərək müstəqil dövlət kimi formalaşa bilib.
Tetçer 2-3 ildən sonra Bakıya səfər edərək Britaniya üçün Azərbaycan neftini istəməyə gəlmişdi. O zaman artıq SSRİ dağılmışdı, Qərbin “islahatçı” ulduzu M.Qorbaçov isə pitsa reklamında çəkilirdi.
Qovğalardan keçən Azərbaycan yeni ulduz kimi parlmağa başlayırdı.
Xaqani Səfəroğlu, Azpost.info
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
