Adil Xudadatov: Zakir Fərəcovun qara kassası, Kamaz sürücüsü
Sumqayıtın Baş memarından xəbər var, özü də, bambaşqa bir səpkidə
Uzun müddətdir ölkə mətbuatında, eləcə də internet mediasında və sosial şəbəkələrdə, həmçinin özümün rəhbəri olduğum media qurumunda Sumqayıtın icra başçısı Zakir Fərəcovun rəhbər fəaliyyətindəki ciddi nöqsanlar barədə, həmçinin iş adamları ilə, illərdi səngiməyən borc qalmaqllarıyla bağlı əsaslı yazıların dərc edildiyi hamıya məlumdur. Öncədən onu da qeyd etmək istəyirəm ki, mənim Zakir Fərəcovla heç bir şəxsi qərəzim yoxdur və ola da bilməz. Sadəcə, yaranan belə bir xoşagəlməz durum və şikayətlərin həddən-ziyadə çoxluğu, bir jurnalist kimi, əlimə qələm götürüb, bu barədə yazmağı tələb edir. Və şikayətçilərin əksəriyyəti də, lazımi dövlət orqanlarına öz şikayətlərini, mətbuat vastəsi ilə çatdırmağı lazım bilirlər. Bir də ki, digər mətbu vasitələr kimi, bizim redaksiya da, bu ciddi məsələyə öz mövqeyini açıqlayır. Qalan vacib işləri isə, əlaqədar dövlət qurumlarının öhdəsinə buraxır. Səlahiyyətli orqanlar isə, özlərinin bu vacib işini araşdırmağa, nədənsə, çox gecikirlər...
Ümumiyyətlə, ölkə mətbuatı Zakir Fərəcovu var-dövləti, mal-mülkü, yüksək çinli məmurlarla yaxın qohum-qudalıq şəbəkəsi olan, özünün oğul-uşaqları, nəsil-kök yaxınları hər yerdə ciddi mühafizə altında qorunan ən qocaman icra başçısı kimi, öz yazılarıyla heç vaxt gündəmdən salmayıb. Di gəl ki, o, hər dəfə "sudan quru çıxmağı bacarıb". Bunun səbəbləri də, artıq, hamıya məlumdur: Ortada, bu cür ciddi nöqsanları olan belə bir yüksək vəzifə sahibini ölkə rəhbərinə yaxşı yöndən təqdim edən Ramiz Mehdiyev kimi adam olub. Üstəlik, bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin başında duran Eldar Mahmudov kimi təhlükəli bir general da, onun tam təhlükəsizliyini hərtərəfli təmin edib. Respublikanın sabiq Baş prokuroru Zakir Qaralovla arasındakı xüsusi dostluğun ona nələr verdiyi də, heç kəsə sirr deyil. Və nəhayət...
...Rəhbəri sarıdan başı bəlalı Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun adına çıxılan "Xanlıq Kürsüsü"ndə önəmli mövqedə olması da, Zakir Fərəcovun həmişə "sudan quru çıxmasının" ən əsas səbəbi kimi, camaatın dilindən düşmür. Yaddaşlara köçən əsas dəhşət isə ondadır ki, hətta xalqın ondan olan saysız-hesabsız giley-güzarını qələmə alan, eləcə də görüb, şahidi olduqları qanunlarımız çərçivəsinə sığmayan bəd əməllərini işıqlandıran mətbuat vasitələrini günahkar və yalançı çıxararaq, dövlətin və xalqın onlara olan inamını gözdən salmaqda xüsusi məharət nümayiş etdirməyi bacaran icra başçısı kimi də, çoxdan özünü tanıda bilib. Nə yaxşı ki, indi, o, nə Mehdiyevlə, nə Mahmudovla, nə Qaralovla və nəhayət, nə də ki, Talıbovla bir meydanda var! Yoxsa, hər şey mənim üçün də pis olar, "günüm göy əskiyə bükülərdi".
Bütün bunlar barədə bu qədər, indi isə, keçək bu yazının əsas mövzusuna: Bu mövzu ilə bağlı, öncə onu qeyd etmək istəyirəm ki, icra başçısının "qara kassa"sına "mühasiblik" edən Sumqayıtın Baş memarı Adil Xudadatovdan xəbər var. İncidilən sahibkarların dediklərinə görə, Zakir Fərəcov, uzun müddətdir ala bilmədikləri və başlarına bəla gətirən milyon manatlarla borcun qaytarılması məsələsini həll etməyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin bu müdirinə tapşırıb. Bu məsələ ilə bağlı, onunla əlaqə yaratmaq, qəbuluna düşmək və söhbət etmək isə, müşkül məsələyə çevrilib. Yuxarılarda yüksək vəzifələr tutan arxa-dayaqlarına çox güvəndiyindəndir deyə, "dünya vecinə də deyil"! Borclarını istəyən iş adamları ilə, istədiyi kimi davranmaqdan belə çəkinmir. Bu azmış kimi, hətta istədiyi iş adamına, istədiyi vaxt, istədiyi səmtdən "badalaq gəlməkdən" belə çəkinmir. Bütün bunlar barədə, az sonra.
İndi isə, gəlin görək, əslində, Adil Xudadatov kimdir?!
Uzun müddətdir ki, adı ölkə mediasından düşməyən Adil Xudadatov, Zakir Fərəcov Abşeronda icra başçısı işləyən vaxtdan indiyədək, onun "sağ əli" kimi ictimaiyyətə tanıdılıb. Bir sözlə, vaxtilə Abşeronda "at oynadıb", sonra isə, qısa müddət ərzində, icra başçısı postunda Zakir Fərəcova müavinlik də edib. Adı pis yöndən çox hallandırıldığı üçün, tezcə də, bu böyük vəzifədən, guya, qovulub. Bundan azca sonra, indiki daha ”pristijli" bu vəzifə başına gətirilib. Hamının keçmiş "Kamaz" sürücüsü kimi tanıdığı Adil Xudadatov, Abşerondakı kimi, Sumqayıtda da, Zakir Fərəcovun pul yığanı kimi "şan-şöhrət sahibinə çevrilib".
Apardığım jurnalist araşdırmalarının son nəticəsi də belədir ki, pul yığmaq, pul bölüşdürmək sarıdan Adil Xudadatov çox fərasətlidir. Elə, Zakir Fərəcov da, onun fərasətli olduğunu nəzərə alaraq, işlədiyi yerlərdə ona yağlı vəzifələr verib. Belə fərasət sahibi, hətta Zakir Fərəcova bir-neçə milyon atmağı da bacarıb. Buna görə, başçının qəzəbinə tuş gələrək, 15 sutka içəridə yatıb da! Lakin Adil Xudadatovdakı qeyri-adi fərasət, onu həbs etdirən bu başçını məcburiyyət qarşısında qoyub ki, yenidən onu daha yağlı vəzifə başına qaytarsın. Və qaytarıb da! Bunun ona verdiyi xeyir barədə hər şey də, az keçməmiş, yenə göz qabağında olub. Həmişə də, göz qabağındadır.
Onu da qeyd edək ki, maxinasiya, rüşvət, saxtakarlıq... və dövlətdən oğurluq sarıdan etimadını çoxdan qazandığı başçının oğurladığı pullarını geri qaytaran Adil Xudadatov, hələ, Rusiya ali məktəblərindən, özünə, memarlığa aid 2 diplomu, yaxşı pula saxta yolla almağı da bacarıb.
Məhz belə qeyri-adi fərasət və bacarıqlarına görədir ki, əvvəlcədən qeyd etdiyimiz kimi, 20 nəfərdən çox sahibkar da, onun əlində aciz qalıblar. Deyirlər ki, Zakir Fərəcov, normal qaydada, dövlət tərəfindən ayrılmış pulları, işləri gördürən bu sahibkarların bank hesablarına köçürtdürməlidir. Lakin hər dəfə bir bəhanə ilə, pulu ödəməkdən boyun qaçırır. Xeyli vaxtdır ki, Adil Xudadatovu qabağa verməklə, nəsə qazanmaq da istəyir. O da, müxtəlif bəhanələrlə, pul ödəməkdən məharətlə boyun qaçıra bilir, üstəlik, vaxt udmağı özünə qənimət sayır.
İllərin çoxsaylı şikayətlərindən sonra, bir-neçə iş adamına Adil Xudadatovun özü, öz kabinetində pul verib. Axı, bu necə ola bilər?! Bank hesablarına keçməli və dövlətə hesabatı verilməli belə pulları Baş memar əlbəəl necə verə bilər?! Bəs, tenderlərdə iştirak etmiş adamların bank hesablarına pullar nədən keçməyib?! Bəlkə, dövlətin layihəsini Adil Xudadatov özünün və Zakir Fərəcovun restoranlarının ərzaq bazarlığının hesabatları ilə səhv salıb?! Eyni zamanda, o da çox düşündürücüdür ki, indi, borcları qaytarmaq üçün, idarə və şirkətlərdən pul toplamaqda adı hallanan şöbə müdiri, Zakir Fərəcovun borclarını bağlamağa nədən borclu olmalıdır?!.
Ümumiyyətlə, Adil Xudadatovdan 30 faiz "şapka" ilə, öz pullarını alan iş adamları da var. Özləri adlarını saytımıza təqdim ediblər. Onların siyahsını, dəyərli oxucularımızla bərabər, aidiyyatı dövlət qurumlarına rəhbərlik edənlərin də, nəzər-diqqətlərinə çatdırırıq:
1. Əsgərov Məhəmməd -- iş adamı;
2. Abbasov Rəşad -- iş adamı;
3. Abbasov Eyvaz -- iş adamı;
4. Piriyev Bilal -- iş adamı;
5. Qasımov İsa -- iş adamı;
6. Allahverdiyev Aydın -- iş adamı;
7. Şəmiyev Ağaməmməd -- iş adamı;
8. Rzayev Zöhrab -- iş adamı;
9. Qarayev Elşən -- iş adamı;
10. Mənsurov Çingiz -- iş adamı;
11. Məmmədov Sayəddin -- iş adamı;
12. Abbasov Əkbər -- iş adamı;
13 Məmmədov İlham -- iş adamı;
14. Rzayev Altay -- usta;
15. Rzayev Elçin -- usta...
Bizə üz tutdular, biz də, bu iş adamlarının başlarına gətirilənləri və onların bu yöndən olan digər dərd-sərlərini yazdıq. Dediklərini, eləcə də yazdıqlarımızı ölkə başçısına çatdırmaq üçün, indi növbə, edilən şikayətləri araşdırıb, qanunamüvafiq qiymət verə bilən səlahiyyətli orqanlarındır. Di gəl ki, onların nəsə edəcəklərinə, yenə də, heç kəs ümidli deyil. Ümumiyyətlə, paytaxta ən yaxın və ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtın özünün dərdi var. "Ürəyi" intizarda, "gözləri" isə, paytaxtın rəsmi qurumlarından gəlməli olacaq və dərd-sərinə əlac edə biləcək səlahiyyət sahiblərinin yolundadır.
Şəfəq AĞACAN.
P.S. Dədə-babalarımızdan qalma bir deyim var: "Haram tikə geci-tezi, mütləq, burundan geri gəlir!". Bu yerdə, müasir dövrümüzə aid bir ilginc kəlamı da xatırlatmaq istərdim: "Həyat -- bumeranqdır!", bəd niyyət sahiblərinin etdiklərinin ağrı-acı dolu zərbəsi, geci-tezi qayıdıb, özünə dəyir.
Təbii ki, Zakir Fərəcovun və ətrafının ictimai qınağa tuş gələn, qanunlarımız çərçivəsinə sığmayan törətdikləri bəd əməllərinin zərbəsi də, çox ağrı-acılıdır. Nə yaxşı ki, ortada ictimai dəstək kimi mühüm faktor da qalmaqdadır -- korrupsiyaya, süründürməçiliyə, hegemonçuluğa, özbaşınalığa... qarşı mübarizədə hər zaman mühüm əhəmiyyət kəsb edir! Məhz bu səbəbdəndir ki, dövlətimizin başçısı da, öz önəmli və vacib çıxışlarında, tez-tez, ictimai nəzarət və ictimai qınaq faktorlarını üstün cəhətdən xatırladır. Elə, Zakir Fərəcov, eləcə də ətrafına topladığı hegemon komandada olanlar bu faktorların təsir gücünü vaxtında anlasaydılar, yaxşı olardı...
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
08 aprel 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
