İntiqam Qasımzadə və Məmməd Oruc həmrəyliyi - Əli bəy Azəri yazır
İNTİQAM QASIMZADƏ və MƏMMƏD ORUC HƏMRƏYLİYİ, Hüseynbala Mirələmovun jurnaldan aldığı qonararın məbləği nə qədər olub? III YAZI
İntiqam Qasımzadə 25 ildir ki, “Azərbaycan” jurnalının baş redaktorudur. Məmməd Oruc isə jurnalın nəsr şöbəsinin müdiridir. Uzun illərdir, bir yerdə işləyirlər. Aralarında 4-5 yaş fərq olar. Jurnalın redaksiyasında müxtəlif imzalar çalışıb və müəyyən müddətdən sonra müxtəlif səbəblər ucbatından oranı tərk etməli olublar. Onları şəxsən İntiqam Qasımzadənin uzaqlaşdırdığını deyənlər də var. Məsələ bunların araşdırılmasında deyil. Məsələ bu iki şəxsin bir-birini incəliklə başa düşməsindədir, yəni, “Arifə bir işarə kifayətdir!” Təqdim olunan hekayələrin bəyənilmədiyini deyən İntiqam Qasımzadə özünü pis adam etməmək üçün oxu Məmməd Orucun üzərinə yönəldir. Məmməd Orucu isə redaksiyada nadir hallarda görmək olur. Odur ki, hirsli başla onu tapıb hekayəni niyə bəyənmədiyini, hansı iradları bildirdiyini öyrənmək müşkülə çevrilir. Belə hallardan birində pilləkənin başında Məmməd Orucla rastlaşdım. “İntiqam Qasımzadə dedi ki, hekayəmi oxumayıb, ancaq sən oxuyub bəyənməmisən...” deyə fikrimi ona bildirdim. “Hə, elədir, bir az zəif idi”, dilucu cavabladı və ötüb keçmək istədi. Dərhal başa düşdüm ki, hekayədən xəbərsizdi, hamı üçün hazır olan standart cavabı var. Bu barədə çoxundan eşitmişdim. “Hansını?” – növbəti sualı tuşladım. Gözləri bərələ-bərələ qaldı, ənənəvi kəkələməsi tutsa da cavab verə bilmədi. Burda hansı və necə oyun oynanıldığını aşkarlamaq çox da çətin deyil. Məmməd Orucu az qala xalq yazıçısı səviyyəsində cəmiyyətə tanıtdırmağa çalışırlar. Onun 75 yaşına Elçin Əfəndiyev yazı hazırlayır. Müsahibəsini saytlarda yayımlayırlar. Elə həmin müsahibədə də Yazıçılar Birliyi rəhbərliyinin mesajını cəmiyyətə ötürürlər. Gərək ki, ötən ilin bu vaxtlarıydı. Nihat Pir Məmməd Orucdan müsahibə götürmüşdü. Müsahibədə “Qısaqapanma” romanının adı çəkildi. Sonadək Məmməd Oruc aydınlıq gətirə bilmədi ki, görək “Qısaqapanma” bitişik yazılmalıdır, yoxsa ayrı... Maraq mənə üstün gəldi, axtarıb adıçəkilən romanı tapdım. Roman hissə-hissə “Azərbaycan” jurnalında çap olunub. İlk beş səhifədə orfoqrafik səhvlərin sayını iyirmidən o tərəfə adladıb tərgitdim. (Ölkənin bir nömrəli jurnalı, böyük kollektiv, peşəkar redaktor və s...) Romanın ikinci cümləsini qeyd etməyi özümə borc bilirəm, başqa cür alınmaz. “Yataqdan ona görə qalxmırdı ki, mənzil soyuqdu, sovetdən qalma qızdırıcılar işləmirdi, son dəfə möhkəmcə soyuqlayandan sonra qardaşı Maarifin səxavət göstərib ona aldığı səkkiz arakəsməli elektrik qızdırıcısını, eləcə də öz evindəki köhnədən qalma qızdırıcıları işlətməyə qorxurdu, nədənsə ona elə gəlirdi ki, alınandan əsaslı təmir görməyən mənzilində elektrik xətləri sıradan çıxıb – naqillər, necə deyərlər, bir-birinə bənddi, qısa qapanma baş verə bilər”. Bir cümlədə iki və daha çox hallarda “Kİ” bağlayıcısından istifadə etmək Məmməd Oruc qələminə xarakterikdir. Onun bütün əsərlərində buna rast gəlmək mümkündür. “Sovetdən qalma” və “köhnədən qalma” ifadələrini bir cümlədə işlətmək necə başa düşülməlidir? Normaldırmı? Davam edək. “...şairliklə də məşğul olan həkim dostu...” Şairlik Məmməd Oruc üçün istedad, təb, yaradanın insana bəxşi yox, sadəcə bir məşğuliyyətdir. Belə olan halda nə yaxşı Məmməd Oruc şairliklə də məşğul olub daha da məşhurlaşmır? “...və qərara almışdı ki, nə qədər ki, əli qələm tutur, xatiratlarını yazsın”. “...küçədə maşın səsləri peyda olanda...” “...amma söhbət bu qədər nisgil gətirməmişdi, ancaq indi gözləri doldu...” “Mənə elə gəlir mən Bakının üzünə baxmağa utanıram”. “Amma”, “Və” ilə başlayan cümlələr... Eyni sözlərin bir cümlədə təkrar-təkrar işlədilməsi... Budurmu uzun illərdir “Azərbaycan” jurnalının nəsr şöbəsinə başçılıq edən Məmməd Orucun romanı? Budurmu İntiqam Qasımzadənin yaxın sirdaşı Məmməd Orucun romanına doğma, peşəkar redaktor münasibəti?
Söhbət Məmməd Orucdan düşmüşkən onun başqa bir hekayəsinə də nəzər salaq. Həmin hekayə jurnalın 3-4, 2022-ci il sayında 98-103-cü səhifələrdə çap olunub. Hərçənd ki, jurnalı nəşrə hazırlayanlar sərlövhəni görüb janrı müəyyənləşdirməkdə tərəddüd ediblər.
Səhifənin başlığında yazılıb: Məmməd Orucun 75 yaşı
Aşağıda sağ tərəfdə şəkili yerləşdirilib. Sol tərəfdə - şəkillə üzbəüz imzası və onun altında iri şriftlə mətnin (əsərin) adı yazılıb: HÜRMƏYƏN İT
Ordan bir az aşağıda isə “Avtoportret-75” qeyd olunub. Ədəbsiz görünsə də bunu vurğulamalıyam, bu mənim günahım deyil, çapa hazırlayan redaksiya belə bir görüntü yaradıb: Avtoportret, adamın şəkili, mətnin adı – bunlar təzaddır, yoxsa gerçəkdən bir-birini tamamlayır?
104-cü səhifədə isə Xalq yazıçısı Elçin Məmməd Oruc haqqında yazır: “...qırx il bundan qabaq (!) onunla birlikdə Yazıçılar İttifaqında işlədiyimiz gözəl illər yadıma düşdü – o, “Azərbaycan” jurnalında, mən isə İttifaqda işləyirdik”. Deməli, 40 il bundan əvvəl – Sovetlər dövrü hər ikisinin yaddaşında “gözəl illər” xatirəsi ilə yaşayır. Yazıçılar İttifaqından yüksələrək “Xalq yazıçısı” adı almış, uzun illər müstəqil bir ölkənin baş nazirinin müavini vəzifəsində əyləşmiş Elçin üçün görəsən, müstəqillik dövrü necə təsir bağışlayıb?
İntiqam Qasımzadə uzun müddət Hüseynbala Mirələmovun əsərlərinə yaşıl işıq yandırıb, özünün qeyd etdiyi kimi onun əsərlərini öz əsəri hesab edib, doğmalıq göstərib və beləcə yazıçı ilə baş redaktor arasında rəğbət, isti səmimi münasibət yaranıb. Cəmiyyətdə “əxlaq kodeksi” kimi ad-san qazanmış Hüseynbala Mirələmovun əsərlərinin necə yazılması barədə uzun müddət gəzən şayiələr ara-sıra gerçək sifətini də göstərib. Adlarını çəkmək istəmədiyim imzalar bir neçə halda buna rəsmən münasibət də bildiriblər və onun üçün yazdıqları əsərlərin adlarını da açıqlayıblar. Bunlardan İntiqam Qasımzadə kimi ictimai nüfuza malik bir insanın xəbərsiz olduğuna inanmaq mümkündürmü? Elə isə onları birləşdirən, aralarında səmimi münasibət yaradan hansı faktorlardır?
Əlbəttə ki, hər kəsin şəxsi həyatı özünə məxsusdur. Kiminsə şəxsi həyatının incəliklərinə toxunmaq nə hüquqi, nə də mənəvi cəhətdən məqbuldur. Odur ki, burda başqa məsələyə diqqəti yönəltmək istəyirəm.
Budurmu Elçin Əfəndiyevin, İntiqam Qasımzadənin, Məmməd Orucun Azərbaycan oxucusuna təqdim etdikləri ƏDƏBİYYAT? Hələ də başa düşə bilmirəm ki, onlar ədəbiyyatı niyə gözdən salırlar?
Jurnalın nəşri, redaksiya heyətinin saxlanması və müəlliflərə qonarar ödənməsi məqsədilə dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrılır. Müfəttişlik edib jurnalın nəşri və redaksiya heyətinin say tərkibi, onları maaşları barədə araşdırma aparmaq fikrindən kənaram. Yəqin ki, zamanı gələndə Mədəniyyət nazirliyi bu işlə cox ciddi şəkildə məşğul olacaq. Mənə isə maraqlı gələn Hüseynbala Mirələmovun aldığı qonarara atdığı imzadır. Görəsən, doğrudanmı milyonlar sahibi Mirələmov altı-yeddi yüz manatlıq qonarara imza atıb götürüb?
Hörmətlə:
Əli BƏY AZƏRİ
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
