- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
Mehriban xanımın 1-ci vitse-prezident olması Vasif Talıbovu dəli etmişdi
“Mehriban xanımın Birinci vitse-prezident təyin olunması Vasif Talıbovu dəli etmişdi”
Globalinfo.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə eksklüziv müsahibənin II hissəsini təqdim edir:
“Vasif Talıbovun ən böyük günahı o idi ki…”
– Qüdrət bəy, Naxçıvandakı proseslər başlayanda antikorrupsiya tədbiri kimi təqdim olunurdu. Hətta parlamentdə bir neçə iqtidaryönlü deputat açıq şəkildə dedi ki, buna siyasi çalar vermək doğru deyil, bu, sırf antikorrupsiya tədbiridir. Amma təcrübəli adamlar bilirdilər ki, bunun arxasında başqa məqamlar da olacaq. Və o gümanlar, o proqnozlar doğruldu. Yenə də insanların beynində bir sual dolaşmaqdadır: Naxçıvanda nə baş verdi? Vasif Talıbov hansı siyasi günahı işlətdi ki, ona, klanına və ailəsinə qarşı dövlət bu cür sərt üzünü göstərməyə məcbur oldu?
– Mən müəyyən faktlara əsaslanaraq bu qənaətdəyəm ki, birincisi, Vasif Talıbov Naxçıvanı Azərbaycanın yurisdiksiyasından çıxarmışdı. Onun ən böyük günahı bu idi.
– Dövlət bunu bilmirdimi?
– Ola bilsin ki, bu miqyasda olduğunu təsəvvür etmirdi. İkincisi, Prezidentə münasibətdə səmimi deyildi. O hesab edirdi ki, daha artığına layiqdir və Naxçıvanda onu qızıl qəfəsə salıblar. Üçüncüsü, artıq kifayət qədər iddiaları artmışdı və Prezidentin arxasından həm xarici ölkələrlə, həm də daxildə müəyyən iş aparırdı.
– Bunu bir az aça bilərsinizmi? Xarici qüvvə kimi hamı İranı deyir.
– Düşünmürəm ki, söhbət təkcə İrandan gedir. Azərbaycanda təsir imkanları və marağı olan böyük güclərlə müxtəlif şəxslər vasitəsilə müəyyən işlər aparılırdı və Prezident əmin olandan sonra ki, artıq Naxçıvan hansısa mərhələdə Azərbaycan dövlətçiliyi üçün yenidən böyük təhlükə mənbəyinə çevrilə bilər, qəti qərar verdi. 1990-cı ilin yanvarında səkkiz gün ərzində Naxçıvan Muxtar Respublikası öz dövlət müstəqilliyini elan edib. Bunun üstündən cəmi 33 il vaxt keçib. Bu gün də heç kim qarantiya verə bilməz ki, sabah Naxçıvandakı siyasi hakimiyyət ilə Bakıdakı siyasi hakimiyyət arasında fərq olsun. Səkinə Əliyevanın dövründə onlar İrana, Türkiyəyə nümayəndə heyəti göndəriblər. Dörd nəfər İrana gedib, amma Türkiyəyə gedənləri ruslar sərhəddən buraxmamışdılar. 1990-cı ildə Bakıdakı siyasi hakimiyyətlə Naxçıvandakı arasında fikir ayrılıqları vardı. (1990-cı ilin yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar iclasında Azərbaycanın və onun tərkib hissəsi olan muxtar respublikanın suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən “Qars müqaviləsi” əsas götürülərək Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qəbul olunan tarixi qərar həmin vaxt Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Səkinə Əliyeva tərəfindən imzalanıb. REDAKSİYA)
– Bu təhlükə gözlənilirdi?
– Dediyim kimi, Naxçıvan Muxtar Respublikasının öz dövlət müstəqilliyini elan etməsindən cəmi 33 il vaxt keçir. O qədər də uzaq tarix deyil. Ona görə Azərbaycan mütləq bu addımı atmalı idi. O vaxt parlamentdə məsələ qaldırmışdım ki, Naxçıvanın Konstitusiyası Azərbaycanın dövlət Konstitusiyası ilə uyğunluq təşkil etmir. Demişdim ki, orda Milli Məclisin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimi icra funksiyalarını yerinə yetirir, bu, tamamilə yolverilməzdir. Çox təəssüf ki, o vaxt buna reaksiya verilmədi, amma zaman da göstərdi ki, dediklərimdə haqlıyam. Parlamentdə çox yumşaq formada məsələ qaldırdım ki, Naxçıvan boşalıb, onun sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır ki, insanlar geri qayıtsınlar. Naxçıvanda Çin avtomobilləri yığılırdı. Deyirdim, onu böyük müasir elektrik avtomobilləri istehsal edən mərkəzə çevirmək lazımdır. Gəncəni yük avtomobilləri, oranı da minik avtomobilləri istehsal edən mərkəzə çevirək, Naxçıvana investisiya qoymaq lazımdır və s.
“Vasif Talıbov Prezidentdən sonra özünü hakimiyyətdə görürdü”
– Amma buna görə Vasif Talıbov cəzalanmadı. Siz iki istiqamət dediniz: xarici dövlətlərlə əlaqə, Bakının nəzarətindən çıxma və daxili məsələ.
– Azər bəy, gəlin konkretləşdirək. Prezident Vasif Talıbovun ona xəyanət etməsinə əmin olandan sonra belə bir göstəriş verdi.
– Nə idi bu xəyanətin mahiyyəti?
– O, Prezidentdən çox narazı idi. Prezidentdən sonra özünü hakimiyyətdə görürdü. Və Mehriban xanımın Birinci vitse-prezident təyin olunması artıq onu dəli etmişdi. Sanki onun bütün arzularının, ümidlərinin üstündən bir xətt çəkilmişdi. Ona görə də çox aqressivləşmişdi və emosiyalarını cilovlaya bilmirdi. Əvvəl işlərini gizlin görürdüsə, son illər bunu açıq-aşkar etməyə başlamışdı.
– Birinci vitse-prezident vəzifəsinə təyinatın üstündən 6 il keçir. Bu müddətdə ona dözdülər…
– Prezident çox səbirlidir. Hesab edirəm ki, dövlət başçısı bəzi hallarda səbirlə gözləməlidir. Prezident gözlədi, əlverişli bir vaxtda artıq qərar verdi.
– Onun bu gün vəzifədə qalan siyasi partnyorlarının olduğuna dair mediada fikirlər səsləndirilir.
– Əlbəttə, Vasif Talıbovu güc strukturunda, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək.
– Təmizlənən insanlar sonradan dövlətə qarşı revanşizm başlada bilməzmi?
– Dövlət zəif olsa, öz siyasətində ardıcıl olmasa, əlbəttə, baş qaldıra bilərlər. Amma dövlət, hakimiyyət orqanları vəzifələrini layiqincə yerinə yetirsələr, düşünürəm ki, onlar heç nə edə bilməz. Həm Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi, həm də Daxili İşlər naziri Vilayət Eyvazovu şəxsən tanıyıram. Hər ikisi öz sahəsini bilən peşəkarlardır. Prezidentə kifayət qədər sadiqdirlər və qarşıya qoyulan vəzifələri icra etmək gücündədirlər. Düşünürəm ki, bu mərhələdə onların fəaliyyətindən də çox şey asılı olacaq.
– Vasif Talıbovun xəyanətinin üstünün açılmasında adını çəkdiyiniz iki dövlət adamının – DTX rəisi Əli Nağıyevin və daxili işlər naziri Vilayət Eyvazovun hər halda rolu olmamış deyil. Onamı işarə etdiniz?
– Sözsüz. Əlbəttə, bu məsələlərdə dövlətin güc strukturlarının birmənalı iştirakı var və onların da borcudur ki, Prezidenti baş verənlər haqqında doğru-düzgün məlumatlandırsınlar. Biz zaman-zaman bir çox informasiyaların Prezidentdən gizlədildiyini görmüşük. Bəziləri fikirləşib ki, hansısa əlaqələr haqqında Prezidentə deyərik, bunu düzgün qarşılamaz, əksinə, özümü cəzalandırar və s. Yəni bir çox hallarda bir çox həqiqətləri ona deməkdən çəkiniblər.
Amma mətbuatda da zaman-zaman ictimai-siyasi xadimlər Naxçıvanın problemlərini diqqətə çatdırıblar. Hesab edirəm ki, son vaxtlar dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində daha ciddi addımlar atılır. Ona görə ki, özündən əvvəlkilərdən fərqli olaraq Əli Nağıyev peşəkardır və birbaşa dövlətin təhlükəsizliyinə görə də əsas məsuliyyət daşıyan orqanın rəhbəridir. İctimai təhlükəsizliyə görə məsuliyyət daşıyan da Daxili İşlər Nazirliyidir.
– Amma hər ikisi – Əli Nağıyev və Vilayət Eyvazov region baxımdan naxçıvanlıdırlar.
– Bəli, hər ikisi də açıq deyim, kifayət qədər peşəkar, cəsarətli və Prezidentə sadiqdir.
“Silahlı qüvvələr üzərində mütləq ciddi parlament nəzarəti olmalıdır”
– “Tərtər işi” ilə bağlı millət vəkili Fazil Mustafanın təklifini dəstəkləyərək bildirmişdiniz ki, Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. Dünya praktikasında bu varmı və bunun həyata keçirilmə mexanizmini necə görürsünüz?
– Sağ olsun Fazil bəy ki, bunu deyib. Vaxtilə 2017-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun qəbul olunanda indiki Baş Qərargah rəisi Kərəm Vəliyev də həmin iclasda iştirak edirdi. Mən ona orda söyləmişdim ki, Azərbaycan ordusunda çox təəssüf ki, işgəncələr var. Və bizim yeni qəbul etdiyimiz qanuna görə, silahlı qüvvələrə nəzarəti yalnız Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Qanunda elə də yazılıb, baxa bilərsiniz. O zaman demişdim ki, bu doğru deyil. Silahlı qüvvələr üzərində mütləq ciddi parlament nəzarəti olmalıdır. Ziyafət Əsgərovun sədr olduğu müvafiq komitədə kadr təyinatlarından tutmuş, hansı silahların alınıb-satılmasına qədər bütün məsələlər həmin müdafiə və təhlükəsizlik komitəsində müzakirə olunmalıdır. Həmin komitə birbaşa orduya nəzarət funksiyasını yerinə yetirməli, parlament xalqın ali nümayəndəli orqanı kimi çıxış etməlidir.
Bundan əlavə, bilirsiniz ki, bir müddət mətbuatda qadağa vardı ki, biz müharibə vəziyyətindəyik, ümumiyyətlə ordu barədə heç nə yazmayın. Bu da yanlış idi. Demirəm ki, mətbuat dövlət sirrini yazmalıdır, açıqlamalıdır, yox, amma tutaq ki, hansısa qanun pozuntusu varsa, orduda əsgər incidilirsə, mətbuat bunu niyə yazmasın?! Mətbuatın işi budur da. Yaxud Naxçıvanda hamı bilirdi ki, ordu üçün Türkiyədən təchiz olunan hinduşkalar mağazalarda satılır. Ordunun yeməyi hamının gözü önündə satılırdı.
“Müdafiə naziri kənarda qalıb, hamı hərbi prokurorun istefasını tələb edir”
– Bayaq dediyiniz məsələ vardı, Prezidentə məlumat verməmək və ya yanlış məlumat vermək. Mətbuata da ordudakı neqativ halları işıqlandırmamaq üçün qadağa qoyulmuşdu ki, Prezident xəbər tutmasın?
– Mətbuata buna görə belə bir qadağa qoyulmuşdu. Nəticədə orduda o cür biabırçı hadisələrin baş verməsinin qarşısı zamanında alınmadı. Baxın, son vaxtlar nəyi müşahidə edirik, təsəvvür edirsiniz? Bu işgəncələr orduda baş verib! Bu biabırçılığın törədildiyi orduda müdafiə naziri kənarda qalıb, hamı hərbi prokurorun istefasını tələb edir. Sözsüz ki, obyektiv araşdırma aparmayıbsa, onun da (hərbi prokurorun-red.) məsuliyyəti var. Amma birinci növbədə məsuliyyəti qanun pozuntularının baş verdiyi dövlət orqanı daşımalıdır. İnsanlar Müdafiə Nazirliyinin önündə deyil, Hərbi Prokurorluğun önündə aksiya keçirir. Burda müəyyən problemlərin sifarişlə qabardıldığını görürük. Xalqın ən ağrılı problemlərindən də faydalanmaq, kəmfürsətlilik var. Bu məsələdə ardıcıllıq belə olmalıdır: birinci ordunun rəhbərliyi birbaşa məsuliyyət daşımalıdır ki, ordunu nə qədər nəzarətsiz qoyublar ki, bu cür hadisələr baş verib. Tabeçiliyində olan insanlar hətta sənin dediyin kimidirsə, düşmənə işləyibsə, orda necə nəzarəti təşkil etmisən, necə rəhbərlik etmisən? Necə məsuliyyəti olmaya bilər? Daha nə baş verməlidir ki, ordunun rəhbərliyi məsuliyyətə cəlb olunsun?! Bilmirəm, başqa bir misal çəkin ki, bu olmalıdır. Bundan ağır nə ola bilər? Bundan sonra, bəli, o nəzarət funksiyasını yerinə yetirənə demək olar ki, obyektiv istintaq aparılmayıb. Daha sonra niyə ədalətli məhkəmə qərarları çıxarılmayıb? Ali Məhkəməyə qədər məhkəmə orqanları məsuliyyət daşımalıdır. Ardıcıllıq belə olmalıdır, amma biz başqa şeyi görürük.
Xanlar Vəliyev o vaxt qardaşı vurulanda sübut edə bilməyəcəyi, arxasında dura bilməyəcəyi bir açıqlama verdi.
– Nə açıqlama vermişdi?
– Araşdırın, biləcəksiniz. Ondan sonra da sanki bir komanda ilə “hə, bunu hansı yolla vurmaq olar?” dedilər və “Tərtər işi” ilə bağlı məsələ qalxdı. Burda da Allahın bir hökmü var. Allah Təala o sözü onun ağzından çıxardı və bu proseslər başladı. Mən 2017-ci ildə məsələ qaldıranda ki, orduda işgəncə var, bu gün yaxasını cıranların çoxu heç bir dəstək vemədilər. Hətta orda bir nəfər sözlə mənə hücum da etdi. Düzdür, o vaxtkı spiker Oqtay Əsədov da, özüm də onun cavabını verdik. Amma bu adamların çoxu deyir ki, üstündən 5 il keçəndən sonra bilmişik ki, belə hadisələr baş verib. Necə 5 il keçəndən sonra bilmisiniz? Axı mən ən azı deputat kimi bu məsələni qaldırmışam. Mənim çıxışım mətbuatda, qəzetimizdə yayılıb. Düzdür, o dediyim, mətbuata göstəriş verilməsi səbəbindən geniş tirajlanmayıb. Niyaməddin Orduxanlı o vaxtkı parlamentdə stenoqramdakı çıxışımı götürüb yaydı. Orduda işgəncələr məsələsinə sonradan “Tərtər hadisələri” adı qoyuldu. Amma mən orduda ümumiyyətlə işğəncələr məsələsini qaldırmışdım. Mənə bir vəkil bu barədə danışdı ki, belə-belə şeylər olub. Mən bu məsələni elə həmin ərəfədə parlamentdə qaldırdım.
Yəni “kim daha çox məsuliyyət daşıyır” məsələsi ardıcıllıqla bu cür həll olunmaldır. “Tərtər işi”ni mən belə təsəvvür edirəm və dəfələrlə mətbuatda bu barədə demişəm, yenə təkrar edirəm: Azərbaycanda bu tipli hadisələrin təkrar olunmaması üçün orduya mülki nəzarət olmalıdır. Ümumiyyətlə kimin əlində silah varsa, söhbət tək ordudan getmir, onun üzərində ciddi nəzarət olmalıdır.
– Bu nəzarət mexanizmində medianın da rolunu görürsünüzmü?
– Bu nəzarət mexanizmi dediyim kimi, həm media, həm də parlament nəzarətidir. Niyə dünyanın hər yerində müdafiə nazirləri mülki şəxs olur? Demokratik ölkələrdə bu bir qayda olaraq belədir. Dünyaya demokratiya bəxş etmiş Qərb ölkələrini götürün. Müdafiə nazirləri bir qayda olaraq mülki şəxs, baş qərargah rəisi isə hərbçi olur. Bu da mülki nəzarətin bir formasıdır. Bu həm dövlət, həm də cəmiyyət üçün lazımdır.
– “Tərtər işi” növbəti mərhələdə yenə yönləndirilməyəcək ki?
– Xeyli şəxslərə artıq bəraət verilib. Birincisi, dövlətin adından bəraət verilmiş şəxslərdən üzr istənilməli, onlara ciddi şəkildə kompensasiya ödənilməli və onları şərləyib həbsə atan şəxslər də mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ölkədə qanunçuluğu bərpa etmək istəyiriksə, gələcəkdə bu tipli cinayətlərin baş verməməsi üçün cinayətkar cəzalanmalıdır. Qədim sivilizasiyalardan belədir ki, cinayətkarlığın artmasının ən böyük səbəbi cəzasızlıq mühitidir.
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 11:30
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 23:52
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 23:21