- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
Gicgaha dəyən son güllə, uğursuz ailə həyatı, ataya verilən söz
NUH.az Kulis.az-a istinadən jurnalist, Milli Qəhrəman Salatın Əsgərova haqqında maraqlı faktları təqdim edir.
Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurur. Elə həmin il də, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə digər yaşıdlarından seçilib.
***
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərir. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır.

Salatın Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məsələlərə toxunur, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayır. Onun iş prosesi ailəsini, iş yoldaşlarını nigaran qoyur. Onlar dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirlər.
***
Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:
"Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov" avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı".

Salatın zob xəstəliyindən əziyyət çəkib. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölməkdən qorxduğu üçün razılaşmır. Lakin atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. 1991-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin etsələr də, ezamiyyətdən sonra o, xəstəxanaya tələsmir.
***
O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Salatın Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alır. O, hərbi formasını geyinib evdən çıxır. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi.

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UAZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən - həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü - serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir.

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunurlar. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilirlər.
***
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.
Salatın Əsgərova bir dəfə ailə qurur. Bu evlilikdən onun Ceyhun adlı oğlu doğulur. Bir müddət sonra həyat yoldaşından ayrılır. O, oğlu Ceyunla birgə yaşamağa başlayır. Salatının ölümündən sonra isə Ceyhunun atası oğlunu öz yanına aparır.
***
Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülür. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulmuşdur. 1993-cü ildə bəstəkar Elza İbrahimova "Salatın" mahnısını onun xatirəsinə həsr etmişdir. Mahnı Flora Kərimova tərəfindən ifa olunmuşdur.

Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmışdır. 2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirilib.
***
Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Oğlu Ceyhun Əsgərov anası haqqında xatirələrini bölüşərkən deyir:
"Anam mənə iki şeyi qadağan etmişdi. Yalan danışmağı və pislik etməyi. Həmişə deyirdi ki, yaxşılıq edə bilməsən belə heç kimə pislik etmə. O vaxt mama çox çətinliklə xaricdən iki diktafon gətirtmişdi. Birini özünə, birini mənə. Deyirdi, sən də, gələcəkdə jurnalist olacaqsan. Bir dəfə kafedə nahar edirdik. Yan masada iki xanım oturmuşdu. Mama mənə dedi ki, götür diktafonu get, onlardan müsahibə al. Mən xanımlara yanaşdım. Bir az söhbət etdik. Sonra xanımlardan biri qolundakı qolbağını açıb mənə bağışladı. Qolbağı gətirib anama verdim. Qolbaq açılanda qələmə çevrilirdi. Anam qətlə yetiriləndə, həmin qolbaq onun qolunda idi. Anamın ölüm xəbərini alanda mənim altı yaşım vardı. Nənəmgildə idim. Anam həmişə Qarabağa gedəndə, məni nənəmin, babamın yanına qoyurdu. Atam onu Qarabağa getməyə qoymurdu. Hər dəfə deyirdi, daha getməyəcəm. Anam son dəfə Qarabağa hazırlaşanda babam dedi, bu dəfə get, amma sonuncu dəfə oldun. Anam da, razılaşdı, dedi, söz verirəm, bu sonuncu gedişlim olacaq. Və doğrudan da, sonuncu dəfə oldu".

Ceyhun anasının ölüm xəbərini alması barədə deyir:
"Onun ölüm xəbərini sözsüz ki, məndən gizlədirdilər. Mənim əlimə onda bir qəzet keçdi, orda mamanın şəkli vardı. Dedim, mama gəlməyib, bəs niyə onun məqaləsi qəzetdə çıxıb? Bir neçə gündən sonra mən başa düşdüm ki, nə baş verib. Ölümündən sonra onun əşyalarını və çantasını evə gətirəndə, çantasından iki sirk bileti çıxdı. Biletlər yanvarın 9-u üçün alınmışdı. Mən sonralar bildim ki, o, mənim üçün sürpriz hazırlayıb. Məni sirkə aparacaqmış. Ölümündən sonra bir dəfə evə gedəndə, möhkəm külək əsirdi. Pilləkənlə düşəndə birdən kiminsə məni çağırdığını eşitdim. Addımı tezləşdirdim. Bir saniyə keçmişdi ki, arxamdan böyük şüşə parçasının belimi sığallayaraq yerə düşdüyünü gördüm. Əgər o səs olmasaydı, mən addımımı bir az tez atmasaydım, həmin şüşə mənim boynuma düşəcəkdi. Bir də dəfə isə Bigəhdə babamgillə dənizdə çiməndə, babamgil qumda uzanmışdılar, mən dənizdə çimirdim. Qəfidlən boğulduğumu hiss etdim. Nə qədər əl elədimsə də, məni görən olmadı. Birdən iki əlin belimdən yapışıb məni sudan çıxardığını hiss etdim. Babamgildən məni sudan çıxaran adamın kim olduğunu soruşsam da, onlar heç kimi görmədiyini dedilər. Bu günə qədər də, xatırlayanda həmin iki əlin hənirini hiss edirəm".

***
1990-cı ilin sentyabr ayının əvvəllərində Salatın Əsgərova müxbir kimi Monqolustana ezamiyyətə yollanır. Onunla eyni səfərdə olan Aydın Əliyev müsahibələrinin birində deyir:
"Söhbətimiz zamanı Salatın bir dəfə dedi ki, insanlar ona gül verəndə çox xoşuna gəlir. O, hətta doğum gününün dekabrda olduğunu və həmin gün ona çoxlu gül hədiyyə edilməsini arzuladığını dedi. Təəssüf ki, Bakıya qayıdandan sonra məşğul olduğum üçün onun doğum tarixini unutdum və Salatın yanvar ayında şəhid olmuşdu. Ona görə də Bakıda olmaq fürsəti tapanda, onun məzarını ziyarət edirəm, gül dəstələri qoyuram".
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
5 noyabr 2025 12:51
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
5 noyabr 2025 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
4 noyabr 2025 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
4 noyabr 2025 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
4 noyabr 2025 14:25
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
3 noyabr 2025 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
3 noyabr 2025 22:19
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
3 noyabr 2025 14:56
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
2 noyabr 2025 23:14
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
04 noyabr 11:45
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
03 noyabr 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
03 noyabr 22:19
- O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür – İlham Əliyev
03 noyabr 15:02
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
03 noyabr 14:56
- Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
03 noyabr 12:04
- İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış etdi (FOTO)
03 noyabr 11:58
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
