General bu sahədə monopoliya yaradır
Xarici ölkələrə gəmi lövbərlərinin satışı ilə məşğul olan azərbaycanlı şirkət rəhbəri Dövlət Gömrük Komitəsi tərəfindən süründürməçiliyə məruz qaldığını iddia edir.
“Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, “Corporation Vvide Profile Of Az Metal” şirkəti 5 ildən çoxdur misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğuldur.
Şirkətin rəhbəri Qamət Ağazadə bildirib ki, Komitənin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Bakı Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovu rəis əvəzi təyin etdikdən sonra həmin qurumda süründürməçilik halları başlayıb: “Biz illərdir, bu işi görürük. Ona görə də şirkətimiz bütün sənədləri qanunauyğun şəkildə hazırlayıb, lazımi prosedurları keçib, rüsumlarını ödəyib. Ona görə də heç vaxt problem yaşamamışıq. Qısaca izah etsəm, xaricə mal ixracı üçün lazım olan gömrük bəyannaməsi, invoys, maşının sənədləri, kontrakt, məişət sertifikatı, uyğunluq sertifikatı və qalan hər bir xırda detalı peşəkar əməkdaşlarımız hazırlayıb ixracatı həyata keçiriblər. Bir sıra xarici şirkətlərlə kontraktlarımız var. Biz ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna töhvə veririk. Ölkəyə pul gətiririk. Amma general İsmayıl Hüseynov artıq daha bir sahibkarı küsdürüb bazardan çıxarmaq üzrədir. Bunun bir adı var: inhisarçılıq”.

Şikayətçi qeyd edir ki, ötən ilin sonlarında aldıqları sifarişləri xaricə göndərmək üçün bir neçə maşın yükü hazırlayıb sənədləşmə üçün Bakı Baş Gömrük İdarəsinə gətiriblər. Sənədlərdə heç bir problem olmadığı üçün birinci maşın buraxılıb. Lakin sonra idarədən bildiriblər ki, şirkətin uyğunluq sertifikatı qaydasında deyil: “Uyğunluq sertifikatı odur ki, yəni bizim mallarımız ekspertizadan keçib, keyfiyyətlidir. Yəni sənədlərdə göstərdiyimiz metalın növünə uyğundur. Təsəvvür edin, eyni sertifikatla bir maşını buraxırlar, sonrakı maşınları yox. Sertifikat etibarsız idisə, birinci maşını niyə buraxırdılar bəs? Bu sualı orada verəndə, nədənsə cavab verən tapılmır.
Sertifikatda saxtakarlıq varsa, versinlər prokurorluğa, araşdırılsın. Biz sertifkatı İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə rəsmi icazə verilmiş “Seltux” şirkəti tərəfindən almışıq. Yəni bu şirkətə nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi səlahiyyət verib ki, bu sahədə uyğunluq yoxlaması apara bilərsən. Biz də bu sertifikatı almaq üçün pul ödəmişik. Nəzərə alın ki, hər gün bir maşın üçün gömrüyün həyətində dayanmağa 100 dollar haqq alınır. İki maşınımız 20 gündür ki, oradadır. Təsəvvür edin ki, DGK bir sahibkarı nə qədər ziyana salır”.
.jpg)
Sahibkarın sözlərinə görə, etirazlardan sonra Bakı Baş Gömrük İdarəsindən bir şəxs bildirib ki, sertifikatı Azərbaycan Standartlaşdırma İnstitutundan (Azstand) almalıdırlar. Lakin 2 dəfə “Azstand”a müraciət etmələrinə baxmayaraq, buradan sertifikat verilməyib: “Təbii ki, burada İsmayıl Hüseynovun öz şəxsi marağı var. Qeyri-rəsmi göstəriş verib ki, bizim kimi mis katod ixracatı ilə məşğul olan şirkətlərə sertifikat verilməsin. Bununla da o qeyd etdiyim metal sahəsi üzrə monopoliya yaradır. İstəyir ki, bu sahəni öz biznesinə çevirsin. Bu metalı ondan başqası yığıb istehsal etməsin. Biz kiçik sahibkarlarıq. Malın tonunda 50 dollar qazanırıq, deyirik Allah bərəkət versin. Biz İsmayıl Hüseynov kimi milyonlar qazanmaq arzusunda deyilik.
Ay qardaş, lap mənim malım keyfiyyətsizdir. Bunun gömrüyə nə aidiyyəti var? Alan razı, satan razı. Yəni bunu mən bilərəm, alıcı bilər. Alıcı dəfələrlə bu maldan alıb. Gömrük Komitəsi niyə mənim satışıma maneə törətməkdə maraqlıdır?”

Məsələ ilə bağlı “Sertus” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru Emil Eynullayev bildirdi ki, “Sertus” MMC Azərbaycan Akreditasiya Mərkəzinin sertifikasiyasından keçib: “Dövlət qurumu bizə rəsmi səlahiyyət verib. Biz hər 3 ildən bir bunun üçün müraciət edirik. İstehsalat prosesinə baxıb məhsula uyğunluq sertifikatı veririk. Verdiyimiz sertifikatlar bütün dövlət qurumlarında tanınır. Əgər mən dövlət akreditasiyasından keçmişəmsə, deməli, mənim verdiyim sertifikat ölkə üzrə rəsmi tanınır. Ona görə Dövlət Gömrük Komitəsinin bu barədəki göstərişləri qanunsuzdur”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, İsmayıl Hüseynov 2001-ci ildən gömrük orqanlarında çalışır. Gömrük general-leytenantıdır. 2018-ci ildə Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Daha çox əvvəlki sədr Səfər Mehdiyevin kadrı kimi tanınıb. Şahin Bağırov DGK-ə sədr əvəzi təyin olunandan sonra İsmayıl Hüseynovu Bakı Baş Gömrük İdarəsinə müvəqqəti sədr göndərib.
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
