“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi..
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal rayonu, İ.Dadaşov küçəsində yerləşən evə daxil olaraq oradakı seyfdən 4 min dollar və 440 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamış 2 nəfərə hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxslərdən 1978-ci il təvəllüdlü Babək Həsənov 2020-ci ildə A.Nadirovanın evində təmir işləri görüb. O, həmin vaxt evdəki dəmir seyfin içində xeyli pul olduğunu ehtimal edib. Babək 2022-ci ilin yayında dostu, 1992-ci il təvəllüdlü Tacir Seyidovla görüşərək oğurluq planı haqqında ona bildirib. Onlar ev sahibinin ailəsi ilə birgə Novxanıda bağda olduğu vaxt xüsusi aparatlarla mənzilə daxil olaraq seyfi kəsiblər.
Məhkəmədə ifadə verən Tacir hadisə barədə bunları deyib: “20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Nərimanov parkındakı çayxanaların birində Babəklə söhbət edərkən bankdakı borclarımı ödəyə bilmədiyimi dedim. Babək mənə tanıdığı imkanlı şəxsə məxsus evdən oğurluq edə biləcəyimizi, əvvəllər həmin evdə usta işlədiyini və həmin vaxt evə seyf yerləşdirildiyini bildirdi. Razılaşdıqdan sonra növbəti gündən etibarən birlikdə bir neçə dəfə Yasamal rayonu ərazisində yerləşən həmin evə gedib kənardan müşahidə apardıq, evdə heç kimin olmadığını dəqiqləşdirdik. Babək seyfi avtogen qurğusu ilə kəsəcəyimizi, həmin alət üçün oksigen və propan balonu, boru və rezaq kimi qurğuların lazım olduğunu dedi. Ayın 29-u gecə Babəklə NZS-də görüşüb oradan Yasamala getdik. Təxminən 2 saatdan çox gözlədikdən sonra 02 radələrində evə girdik.
.jpg)
Lakin Babək seyfi əvvəllər gördüyü otaqda aşkar edə bilmədi. Belə olan halda dəyərli bir şey tapmaq üçün bir-bir otaqlara baxmağa başladıq. Yataq otaqlarının birində axtarış apararkən şkafın içərisindəki seyfi gördük. Babəklə köməkli şəkildə həmin seyfi üzbəüz yerləşən hamam otağına daşıdıq. Orada Babək avtogen qurğusu ilə seyfi kəsməyə başladı, mən də duşla sulayırdım ki, içərisindəki pullar yanmasın. Bundan sonra içərisinə əl atıb oradan kiçik ölçülü qızıl qutularını çıxardıq. Qutulardan müxtəlif çeşidli qızıl-zinət əşyalarını götürüb bir ədəd sellofan paketə yığdıq. Qızıl-zinət əşyalarının çəkisi təxminən 1,5 kiloqram olardı. Seyfdə qızıllardan başqa 3.800 ABŞ dolları var idi. Piyada yola çıxıb taksi ilə yaşadığım Sabunçu rayonu, Saratov küçəsinə gəldim. Qızılları evə aparıb plastmas qutuya yığıb saxlaması üçün anama verdim. Dedim ki, qızılları Rusiyaya gedən dostum əmanət kimi verib”.
Oğurlanan qızıllar arasında 12 288 manat dəyərində bir ədəd “Gp:Girard-p-Perregaux” qızıl qol saatı, 11 240 manat dəyərində bir ədəd içərisində “Cartier” qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd “Girard-Perregaux” qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd “15”lik, 3880 manat dəyərində dörd ədəd “10”luq, 7500 manat dəyərində on beş ədəd “5”lik, 2760 manat dəyərində üç ədəd qluplu “10”luq, 2400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 X11 % 02 Gold 9999" yazısı həkk olunmuş “25”lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3605 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik və sair olub.
Qiymətləndirmə zamanı 750 əyarlı qızılın 1 qramı 105, 585 əyarlı qızılın 1 qramı 80, 950 əyarlı platinin 1 qramının isə dəyəri 80 manatdan hesablanıb.
Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəməsi bildirilib, zərərçəkən tərəf onlardan şikayətçi olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar tarixli hökmü ilə Babək və Tacirin hər birinə 5 il həbs cəzası verilib.
Nizam Rza
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
