- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Sumqayıtda 46 milyon borc qalmaqalı: Fərəcov pulları hara xərcləyib?
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar vermişdik. Bildirmişdik ki, icra başçısı Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovla əlaqələrinin ortaya çıxmasından ciddi narahatdır. Hətta yaxın adamlarına belə bu barədə danışmaq, mediada məlumat gedərsə, dərhal qarşısını almağı tapşırıb.
Bundan başqa, Zakir Fərəcovun sahibkarlara külli miqdarda borcunun olması barədə də qeyd etmişdik. JAMAZ.İNFO xəbər verir ki, Fərəcov Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina edir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir.
Borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.
Sahibkarlar bununla bağlı dəfələrlə dövlət başçısına, lazımi qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Fərəcov isə qəbul etdiyi sahibkarları yola vermək üçün müxtəlif variantlardan istifadə edir.
JAMAZ.İNFO xəbər verir ki, hələ şikayətlər yeni başlayanda, Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin icra başçılarının həbsindən sonra onun da narahatlıqları artmağa başladı. Çünki həbs olunan icra başçılarının işlərində əsas detallardan biri də sahibkarlara çatacaq pulların mənimsənilməsi ilə bağlıydır. Bu da Fərəcovu narahat etməyə bilməzdi. Ona görə ki, sahibkarların pullarının verilməməsi prosesində onun adı daha çox hallanırdı.
Bundan sonra Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışmağa başladı. Lakin bu “könülalma” prosesi də uzun sürmədi. Ödəniş etmədikcə narazılıq daha da artmağa başladı, hətta sahibkarların Prezident Admnistrasiyası qarşısında aksiya edəcəkləri xəbərləri gündəmə gəldi.
Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Maraqlıdır ki, bir icra başçısında bu qədər pul hardandır ki, milyonlarla manat dəyəri olan layihəni öz imkanları hesabına reallaşdıra bilsin? Yəni, borc hissə 46 milyon manatdırsa, tikinti işlərinə də ən azı iki dəfə xərc çəkilibsə, bu o deməkdir ki, Zakir Fərəcov həmin işlərə 100 milyon manatdan çox pul sərf edib. Bir icra başçısının 100 milyon manatı necə yığdığı əsl araşdırma məsələsidir.
Fərəcovun bir başqa bəhanəsi isə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” deməsi isə bir başqa absurddur. Sahibkarlarla söhbət əsnasında ortaya çıxan bu deyimin nə dərəcədə yalan olduğunu deməyə gərək yoxdur. Çünki bir icra başçısından Qarabağda tikinti üçün niyə pul alsınlar ki? Fərəcovun niyyəti borclarınıə qaytarmamaqdır. Amma faktiki addımları dövləti gözdən salmaqdan başqa bir şey deyil. Yəni, dövlət elə bir gündədir ki, icra başçılarının puluna möhtac qalıb görüntsü yaradır.
Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, ” Bizdə olan məlumata görə, vəziyyətinin ağır olduğunu hiss edən, Fərəcov bildirib ki, Birinci xanım nəsə mənimlə düz gəlmir, yerimə öz kadrlarını gətirmək istəyir.Odur ki,mətbuata və ictimayyətə şikayət edib ,məni gündəm edib dahada vəziyyəti ağır etməyin”.
Ağacan daha sonra yazır ki, Fərəcov bununla da kifayətlənməyib: “Bundan əlavə,borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”.Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”.
Onu da qeyd edək ki, Zakir Fərəcov təkcə, Azərbaycandan olan işa damlarına borclu deyil. Ondan pulunu tələb edənlər arasında Türkiyə və Çindən olan sahibkarlar da var. Həmin şəxslər isə prosesi beynəlxalq məhkəmələrə daşımaq fikrindədirlər.
Bundan başqa, Zakir Fərəcovun 46 milyon manatı (bu bəlli olan hissədir, bəlli olmayan borcların da olduğu deyilir) nəyə və hara xərclədiyi də məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
P.S. Növbəti yazımızda Zakir Fərəcovun mülklərini satması, bir qismini isə banka girov qoyaraq, pul götürməsi, bu addımı niyə atması barədə araşdırmamızı təqdim edəcəyik.
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 2025 12:50
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
