Nəcməddin Sadıkovun oğlunun şəriki danışdı: SENSASİYA! - FOTOLAR

Məhkəmə işi: Tanınmış idman ustası şikayətində “qorxub 500 min dollar vermişəm”, deyir!
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olan Kamal Akimoviç Akimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Kamal Akimovun ifadə verib, o, itiham üzrə özünü təqsirli bilməyib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsrtintaqın qənaətinə görə Kamal Akimov Azər Əsgərovdan hədə-qorxu ilə pul tələb edib.
“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov iddia edir ki, onun özünə, ailəsinə müxtəlif formada zərər yetirməklə hədələyib 500 min dollarını alıblar. Onun iddiasına görə, öncə 2 milyon dollar tələb edilib, son nəticədə 800 min dollarla razılaşıblar.
Bunun da 500 mini alınıb. Azər Əsgərovun şikayəti əsasında iş adamı Kamal Akimov cinayət məsuliyyətinə cəlb edilib və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Amma Kamal Akimov özünü qətiyyən təqsirli bilmir. Əksinə, şirkət rəhbərinin onu şərlədiyini bildirir. Deyir ki, hələ 10 il öncə - 2012-ci ildə Azər Əsgərovun rəhbərlik etdiyi “Azimport” şirkəti ona məxsus qeyri-yaşayış sahəsini söküb. Söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən, 146 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.
Bir neçə il tərəflər arasında məhkəmə çəkişməsi gedib, Kamal Akimov mülkiyyətinə görə tələb etdiyi kompensasiyanı almaqdan ötrü dövlət orqanlarına şikayətlər yazıb. Onun sözlərinə görə, xeyli mübarizədən sonra şirkət rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəmək öhdəliyi götürüb: “Bu pulun da 500 minini 2 il ərzində hissə-hissə ödədi. Qalanını ödəməkdən imtina etdi. Bu gün haqlı olduğum halda, haqsız vəziyyətə düşmüşəm. Azər Əsgərov mənim halal pulumu verməyib. Əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə vaxtdan cinayət olub?”
Kamal Akimovun vəkili deyir ki, müvəkkili əmlakına görə qalan pulunu ala bilmədiyindən icra hakimiyyətinə şikayət edib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini onun müraciətini rayon prokurorluğuna göndərib. Prokuror isə şikayətçinin özü barəsində cinayət işi başlayıb. Vəkil deyib ki, bu nəinki Azərbaycan, dünya hüquq tarixində belə şey olmayıb. Vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaş barəsində cinayət işi başlayır!
Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə deyir ki, ondan tələb edilən və alınan 500 min dolların sökülən əmlaka aidiyyəti yoxdur. Hərçənd, o da Kamal Akimovun əmlakının söküldüyünü, buna görə mübahisə olduğunu təsdiqləyir: “2014-cü ildə şirkətin hüquqşünası dedi ki, tikinti zonasında mülkiyyət hüququ olduğunu iddia edən keçmiş sakinlərdən biri məhkəməyə müraciət edib, təzminat tələb edir. Şirkətin hüquqşünasları məhkəmədə şirkətin hüquqlarını müdafiə etməyə başladılar. Mən inşaatçıyam, bir neçə dövlət layihəsi həyata keçirmişəm. Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”. Azər Əsgərov iddia edir ki, Kamal Akimov bir neçə ildir onu hədələyir. Onun sözlərinə görə, 500 min də ondan bir neçə il ərzində alınıb. Təqsirləndirilən şəxsin vəkili zərərçəkmişdən soruşub ki, əgər belədirsə, o zaman niyə bu illər ərzində Kamal Akimovdan hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Cavabında o “ürəyim belə istəyib, belə də eləmişəm” deyib.
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.
Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodunu da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub. “Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtı ilə “Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib. Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda - Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub. Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kamal Akimoviç Akimov barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Kür Xəzərə qovuşdu - Fotolar
25 mart 2023 17:05
- Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - Fotolar
25 mart 2023 14:58
- Mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu "Cümhur" ittifaqına qoşuldu
24 mart 2023 18:08
- Mehriban Zəki dəhşətli qəzadan danışdı: "O susurdu, maşın çevrilirdi..."
24 mart 2023 13:14
- Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi - Fotolar
22 mart 2023 21:35
- Sürücüsü Heydər Əliyev haqda xatirəsini danışdı
22 mart 2023 14:27
- Azərbaycanda 4 yeniyetmə bir yerdə itkin düşdü - Fotolar
20 mart 2023 18:55
- Kamran Əliyev İlyas İsmayılova medal təqdim etdi - Fotolar
20 mart 2023 16:31
- Asəf Zeynallının məzarı bərbad vəziyyətdədir (FOTO)
19 mart 2023 16:01
- Şeyxin 32 dəfə Həcdə olan qudası danışdı - 6 arvadım olub, 2-sini...
19 mart 2023 12:01
- Kür Xəzərə qovuşdu - Fotolar
25 mart 17:05
- Partiyalar çətin durumda - Üzvlük məsələsində hansı problem yaranıb?
25 mart 16:53
- Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib
25 mart 15:12
- Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - Fotolar
25 mart 14:58
- 83 yaşlı kor şəxsin gözləri açıldı - Dünyada ilk
25 mart 10:00
- Aprel şəhidi Pəncəli Teymurovun doğum günüdür
24 mart 22:06
- Mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu "Cümhur" ittifaqına qoşuldu
24 mart 18:08
- Azərbaycanlı polkovnik Ukraynada həlak oldu - Foto
24 mart 16:06
- Mehriban Zəki dəhşətli qəzadan danışdı: "O susurdu, maşın çevrilirdi..."
24 mart 13:14
- Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
24 mart 11:23
- Xamhüseyn Kazımlının partiyası öz fəaliyyətini dayandırdı ŞOK
23 mart 22:29
- Təbriklər, ADU ! - UĞURLAR !
23 mart 21:45
- Nazir Vətən müharibəsi iştirakçısına vəzifə verdi (FOTO)
23 mart 18:14
- Veteran hərbçi uşaqlarını güllələdi: 5 ölü
23 mart 11:59
- Azərbaycanda Ramazan ayı başladı
23 mart 10:51
- Dilarə Əliyeva evə buraxıldı
23 mart 10:37
- İti avtomobilə bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu - Video
22 mart 22:14
- Oqtay Əliyev qəzada öldü
22 mart 22:06
- Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi - Fotolar
22 mart 21:35
- Elmar Məmmədyarovdan SENSASİON açıqlama - 2 ildən sonra...
22 mart 18:48
- Yapon alimləri 2 erkək siçanı evləndirdi....7 bala alındı
22 mart 15:51
- Sürücüsü Heydər Əliyev haqda xatirəsini danışdı
22 mart 14:27
- İnsanlığa sığmayan vəhşilik - İti maşının arxasına bağlayıb sürüdü VİDEO
22 mart 12:56
- Sibirə sürgün olundu, Xalq artisti ilə eşq yaşadı....
22 mart 10:33
- Dünya QUCAQLAŞMA günü
22 mart 10:21
- Əliyev Qarabağla bağlı bu faktı ilk dəfə açıqladı
22 mart 10:12
- Mediada işləmək üçün jurnalist diplomu vacib deyil
21 mart 21:33
- AZAD Ağalıda möhtəşəm Novruz konserti ... VİDEO
21 mart 20:30
- 6 aydır işə gələ bilməyən Tağı Əhmədov İSTEFA vermək istəmir ...
21 mart 16:29
- Tokio prosesi - İki sabiq baş nazir asıblar...
21 mart 15:59