Sensasiya! ABŞ Qarabağ danışıqlarının məxfi sənədlərini açdı!
"Laçın dəhlizi 22 km olmalı, Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində..."
"ATƏT-in Qərbin o vaxtkı təkliflərinin Azərbaycanın maraqlarına tam zidd olması, heç də o demək deyil ki, ayrılıqda Rusiyanın 2020-ci ilin noyabrında "sülhməramlı" adıyla ordusunu ərazimizə yeritməklə, üstəlik, Xankəndində milyarder "desant"ı Vardanyanın və Arayikin timsalında özünə sərfəli bir rejim qurmaqla yaratdığı və artıq 3-cü ildir ki, davam edən qeyri-müəyyən şərait bizə sərfəlidir..."
ABŞ Dövlət Departamentinin 1997-1998-ci illər üçün sənədləri dərc olunub ki, onların arasında Qarabağ siyasəti ilə bağlı sənədlər də var.
Moderator.az xəbər verir ki, bu haqda ABŞ-ın "Azadlıq" radiosunun erməni bürosu məlumat yayıb.
Bəzi erməni şərhçilərin iddiasına görə, sözügedən sənədlər sübut edir ki, Ermənistan üçün obyektiv olaraq daha sərfəli olan “paket” həll variantından imtina edən məhz Qarabağdakı separatçı rejim və İrəvanda o vaxtkı baş nazir və sonradan prezident olan Robert Köçəryanın təmsil etdiyi Qarabağ klanının rəhbərliyi olub.
Bəhs edilən sənədlərdən bəzi sitatlar:
"Xankəndi və Bakı (!) paket variantından qəti şəkildə imtina edir. Təxminən iki aydan sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, mərhələli plan təqdim edirlər, lakin icranın, belə demək mümkünsə, uzadılmış variantı seçilir.
...Həmsədrlərin bu ardıcıl səyləri fonunda Ermənistan prezidenti (Levon Ter-Petrosyan) sentyabrda (1997-ci ildə) mətbuat konfransı keçirir və Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu müəyyənləşdirir.
![]()
...İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi (...) Ter-Petrosyanın istefasından bir ay əvvəl, yanvarda (1998-ci ildə) İsveçdə ABŞ dövlət katibinin müavini Strobe Talbot, (Rusiya xarici işlər naziri Yevgeni) Primakovla görüşdü. “Köçəryan Ermənistan prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”.
...Həmin günlərdə masada Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması, tərəflər arasında bölücü xəttin yaradılması variantı var idi - bufer zonası tamamilə yaşayışsız qalmalı və ATƏT qüvvələrinin nəzarəti altında olmalıdır.
Laçın dəhlizi indiki 5 km deyil, 22 km olmalı idi və Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində onu Dağlıq Qarabağ hakimiyyətinin istifadəsinə verməli idi...
Keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdi və Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin separatçı rejim hakimiyyət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa daxil olmaq hüququ olmamalıydı.
… Vasitəçilər dəfələrlə vurğulayıblar ki, bu, onların tapa biləcəkləri və tərəflərə təklif edə biləcəkləri ən yaxşı şeydir. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək...
P.S. Qərbin o vaxtkı təkliflərinin Azərbaycanın maraqlarına tam zidd olması, heç də o demək deyil ki, Rusiyanın 2020-ci ilin noyabrında "sülhməramlı" adıyla ordusunu ərazimizə yeritməklə, üstəlik, Xankəndində milyarder "desant"ı Vardanyanın və Arayikin timsalında özünə sərfəli bir rejim qurmaqla yaratdığı və artıq 3-cü ildir ki, davam edən qeyri-müəyyən şərait bizə sərfəlidir...
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...
27 dekabr 2025 20:37
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
29 dekabr 2025 17:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- Leyli və Məcnun-u süni intellektlə təqdim etdi
09 yanvar 13:30
- Pensiyalar GECİKƏCƏK
09 yanvar 12:23
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
09 yanvar 12:13
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
09 yanvar 12:00
- Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi - Qəbuledilməzdir
09 yanvar 11:53
- Lalə Şövkətə ağır itki - Foto - Yenilənib
08 yanvar 22:17
- Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
08 yanvar 17:58
- Elşad Xose həbs edildi
08 yanvar 17:47
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
07 yanvar 21:33
- Şagird dəm qazından boğulub öldü
07 yanvar 21:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
07 yanvar 20:57
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
