Kürdəmirin həbsdəki icra başçısı “məni buraxın, bəraət verin...” deyir
Hüquqşünas deyir ki, məhkəmələrin sabiq icra başçılarına münasibətdə tutduğu mövqe yürüdülən dövlət siyasətinə ciddi ziyan vurur
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən kassasiya şikayəti verilib. Məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Şikayət hakim Tahir Kazımovun sədrliyi araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 8-nə təyin edilib. Sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar.
Keçmiş vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov 4 il, mənzil istismar sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
9 aya yaxın davam edən araşdırmadan sonra məhkəmə ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiq edilməsi qənaətinə gəlib. Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məhkəmələrin sabiq icra başçılarına münasibətdə tutduğu mövqe ümumilikdə, yürüdülən dövlət siyasətinə ciddi mənəvi ziyan vurur: “Bu adamlar vəzifədə olduqları müddətdə dövlət siyasətini sabotaj etməklə vətəndaşların rifahına çox ciddi ziyan vurublar. Səhiyyəyə, təhsilə, demək olar ki, həyatın bütün sahələrinə dövlət büdcəsindən ayrılan vəsaitləri mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənimsəyiblər. Bundan sonra nə baş verib? Elə Kürdəmir rayonunu götürək - vətəndaşlar çox çətin şərtlərdə yaşamağa məhkum olunublar. Halbuki Azərbaycan dövlətinin büdcəsindən vətəndaşın rifahı üçün külli miqdarda pul çıxıb. Nə baş verib? İcra başçısı həmin pulları oğurlayıb, öz oğurluğuna təhsil, səhiyyə şöbələrinin müdirlərini, öz müavinlərini, şöbə müdirlərini, bir sözlə, tabeliyində olan hər kəsi şərik edib. İcra başçısını əməliyyat qurub tutublar, vətəndaşa da deyiblər ki, bəs oğurluq edirdi, onu tutduq. Vətəndaş da oturub gözləyir ki, başçıya bu oğurluqlara görə layiqli cəza verəcəklər. Cəza verirlər və az sonra da Ali Məhkəmə onu açıb buraxır. Burada vətəndaş nə başa düşür? Anlayır ki, icra başçısının oğurluqlarına məhkəmə hakimiyyətində də əl uzadanlar tapılıb. Yəni başçıdan pul alıb onu azad edirlər. Nəzərə almaq lazımdır ki, korrupsiyaya görə həbs edilən məmurların cəzasının sonradan azaldılması, onların azad edilməsi praktikası geniş yayılıb. Bu sanki bir tendensiya halını alıb. Belə ki, daha əvvəl apelyasiya və ali məhkəmə instansiyalarında Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun, Şirvan Apelyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin də cəzaları azaldılıb, bir sıra mülkləri özlərinə qaytarılıb. Xüsusi xidmət orqanları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məmurları tutur, onlara birinci instansiya məhkəməsində ağır və haqq etdikləri cəzalar verilir, amma sonra yuxarı instansiya məhkəmələri cəzalarını azaldır, korrupsiya yolu ilə əldə etdiklərini də özlərinə qaytarır. Əlbəttə, bu son deyil, 3-6 ilə endirilmiş cəzanın hamısını da yatmayacaqları ehtimalı var. Onlar ya cəzasının üçdə ikisini çəkmələri şərti, yaxud yerli məhkəmə ilə 2-3 il yatdıqdan sonra azadlığa çıxmağa da nail ola bilərlər, bu cür güzəştli davranışla. Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələrin korrupsionerlərə güzəştlər tətbiq edir. Digər rüşvətəmeylli məmurlar da düşünəcək ki, milyonları yığacaq, sonra 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək”.
Hüquqşünas deyir ki, məhkəmə sisteminin özünün korrupsiya və rüşvətə bulaşmasına dair deyilənlər də göz önünə gəlir: “Əslində isə korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olundu ki, kimsəyə güzəşt olunmayacaq. Bu gün Azərbaycan məhkəmələrində tam bir əks proses gedir. Böyük bir rayonu çapıb talayan, 10 milyonlarla maddi ziyan vuran, əhalinin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirən bir icra başçısına maksimum 10 il cəza verilir, sonra cəzası 6 il endirilir. Ceyhun Cəfərov və başının dəstəsi Kürdəmirdə rəhbər vəzifələrdə olarkən milyonlarla manat büdcə pulunu ələ keçiriblər. İndi də adamları açıb buraxmaq istəyirlər. Çox təəssüflər olsun ki, burada da korrupsiya əlamətləri var. O həbslər böyük korrupsiyaların qarşısını almalı olduğu halda kimlər üçünsə şirnikləndirici bir korrupsiya prosesinə çevrilib. Bu proses başlayanda korrupsioner məmurlar xof, qorxu içində idilər. Düşünürdülər ki, gec-tez qara maskalılar onların da kabinetində əllərinə qandal taxacaqlar. O zaman bir çox icra başçıları, məmurlar korrupsiyadan yayınmağa çalışırdılar. İndi isə məhkəmələrin qəbul etdikləri hökm və qərarları görüb qollarını çırmalayıb büdcə pullarını əvvəlkindən daha rahat, daha iştahlı şəkildə basıb yeyəcəklər”.
Hüquqşünas deyir ki, həbsə düşən korrupsioner icra başçılarının, məmurların bu şəkildə azad edilməsi dövlət büdcəsinin daha böyük həcmdə mənimsənilməsinə yol açacaq: “10 milyonlarla manat oğurlayan icra başçısı həbsə düşür və 2-3 milyon xərcləməklə azadlığa çıxır. Əlində qalan pulları da götürüb gedir xaricdə qurduğu biznesini idarə etməyə. Ortada Azərbaycan dövləti gülünc vəziyyətə düşür, işsiz-gücsüz Azərbaycan vətəndaşının rifahı isə daha da ağırlaşır. Digər icra başçısı da baxır ki, büdcə pullarını oğurlayanlar məhkəmədən azad edilməklə kef içində yaşamaqda davam edirlər, onlar da milyonlar oğurlanmağa həvəslənirlər. Bütün bu işlərə baxanda aydın şəkildə görünür ki, icra başçılarının cinayət işləri üzrə məhkəmələr eyni mərkəzdən idarə edilir. Belə məhkəmələr harada keçirilməsindən asılı olmayaraq eyni ssenari üzrə gedir, nəticələri oxşar olur. Sanki prokurorluq, ittiham idarəsi bu işlərdə yoxdur. Bu işlər nəticə etibarı ilə hüquqi müstəvidə deyil. Bütün bunlar Azərbaycan vətəndaşının dövlətə, məhkəmə hakimiyyətinə inamını sarsıdır”.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
