Türkiyədə nə baş verib- Tektonik silahla zəlzələ, yoxsa ..?
Zaur Əliyev: “Yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil”
Türkiyədə baş verən dəhşətli zəlzələnin üçüncü günüdür. Güclü zəlzələ ilə bağlı ictimaiyyət arasında müxtəlif müzakirələr aparılır. Bəziləri iddia edir ki, zəlzələ süni şəkildə yaradılıb, bu Türkiyəni istəməyən qüvvələr tərəfindən törədilib.
Qeyd edək ki, zaman-zaman zəlzələnin süni şəkildə törədilməsi barədə məlumatlar olur. Bununla belə, bəzi ekspertlər bildirirlər ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə də yaradılır. Bildirilir ki, zəlzələni canlı aləm hiss etmirsə, deməli bu, süni yolla yaradılıb. Adətən ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edər, həmin yeri tərk edərlər. Süni zəlzələlərdən əsasən hər hansı bir dövlətə qarşı əks-siyasət yeridildikdə istifadə edilir. İddialara görə dünyanın nəhəng ölkələrində elə silahlar var ki, bu təkanları süni şəkildə yarada bilir. Tektonik silah təbii geoloji proseslərə təsir edərək müəyyən ərazilərdə süni şəkildə zəlzələ, vulkan püskürməsi və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir. Vikipediyada qeyd edilib ki, azərbaycanlı alim İkram Kərimov 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, Türkiyədə təbii zəlzələ baş verib: “Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik”. O bildirib ki, təkanlar Yer daxili gedən geodinamik proseslər nəticəsində baş verib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O qeyd etdi ki, Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar: “Guya bu zəlzələ tektonik silahla edilib, Amerika edib, Rusiya edib. Guya bu silahın yaradıcısı azərbaycanlı İkram Kərimov SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib. Sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından qurtulmaq üçün Afrikaya qaçıb. Mən də bu nağıllara inanıb bir neçə il öncə oxşar status yazmışdım. Amma xaricdə olduğum müəyyən yerlərdə araşdırmalardan sonra nə qədər yanıldığımı anladım. SSRİ dövründə Amerika və Rusiya arasında çox sahədə rəqabət gedirdi, kosmosu fəth etmək, başqa planetlərə uçmaqdan tutmuş, mifik görünən hansısa dağıdıcı silahların ixtirasına qədər. Hətta Yuri Qaqarin və Nil Armstronqun kosmosa getmələri mifi o qədər güclü idi ki, o dövrdə iki super dövlətin vətəndaşları artıq Ayda torpaq alın ev tikmək barədə düşünürdü. Amma real həqiqətlər var. Qaqarin səmaya qalxıb, amma kosmosda olmayıb. Yerin cazibə qüvvəsi daxilində hərəkət edib, necə ki, indi özlərini kosmos dövləti elan edib Yerin cazibə qüvvəsi daxilində stansiyalar qurub, dünyanı aldatmaqla məşğuldurlar. Doğrudur, İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək üçün yox. Sadəcə zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Bu qədər dəhşətli silah icadı barədə məlumatlar var, nə də bu silahı işə salacaq enerji sovetlərdə və indi Rusiyada mövcuddur.

O zaman sovet kəşfiyyatı Amerika və Qərb dövlətlərinə guya gizlin informasiya sızdırır: “1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir Sovetlər. Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sındırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticə olaraq bu sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar". Gülməlidir eləmi? İkram Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram müəllim əgər belə silahın müəllifidirsə hazırda dünyanın ən güclü dövlətləri onu çoxdan dəvət edib milyonlarla pul xərcləyib bu silaha sahib olardılar. Belə silah barədə mif doğru olsa idi İkram müəllim indi AMEA-dan ayda 900 manat maaş yox, Amerika Müdafiə Nazirliyində ilinə 9 milyon dollar maaş alardı”.
Dosent tektonik silah barədə bunları deyib: “Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür. Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Nə İkram Kərimov, nə də Amerikanın alimləri kəşf edib. Rus alimi belə ideya sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün Yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjilər sadə dillə desək, Yerin damarına neçə milyon voltluq enerji lazımdır ki, ötürüslün, yeraltı təkan baş versin. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin “peyğəmbəri” Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də, Rotşild ailəsi, Rokfekler ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər yüzlərlə böyük elmi işlər aparan fiziklər məhv edilib. Amerikalılar isə 2000-ci ilin əvvəllərində tektonik silah olan HARP yaratdıqlarını elan etsələr də, onun gücü çox zəifdir. Şəxsən özüm bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma o, Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox”.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da deyib ki, zəlzələ bölgəsindəki dağıntıların görüntülərindən yaranan emosional sarsıntıya görə bir çoxları sui-qəsd nəzəriyyələrinə və əsassız ittihamlara qapıldılar: “Bəşəriyyət 17 km dərinlikdə yüzlərlə nüvə bombasının gücünə bərabər partlayış təşkil edə biləcək texnologiyaya malik deyil. Nəinki episentrdəki müasir evlər, hətta təxminən 2 min il əvvəl tikilmiş Roma qalası belə fəlakətin təsirinə tab gətirə bilmədi. Görünür, insanlar öz qüdrətlərinə o qədər inanırlar ki, reallığı qəbul etməkdən imtina edirlər”, - politoloq bildirib.
Qeyd edək ki, Türkiyədə fevralın 7-də gecə saatlarında Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, elə həmin gün saat 13:24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumata əsasən, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb, 49 133 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
