Erməni hüquqşünası həbsdən Mikoyan da xilas edə bilməyib
1920-ci ilin yanvar ayında Ümumrusiya Fövqəladə Komissiyasının (“ÇK”) iclasında xarici kəşfiyyat şöbəsinə kimin rəhbərlik edəcəyi müzakirə ediləndə əsas namizədlər arasında milliyyətcə erməni olan Ruben Katanyanın da adı hallanıb. Katanyan həmin ərəfədə Qırmızı orduda siyasi işlər idarəsinə rəhbərlik edib. “ÇK”-nın sədri Feliks Dzerjinski Katanyanı hələ oktyabr inqilabı dövründən, 1917-ci ildən yaxından tanıyıb və onun iş məhsuldarlığının bir o qədər də yüksək olmadığına yaxşı bələd olub. Məhz elə bu səbəbdən də Dzerjinski Ruben Katanyanın “ÇK”-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik etməsinin tərəfdarı olmayıb. Amma buna baxmayaraq o, ümumi yığıncağın yekdil qərarının əksinə də gedə bilməyib.
Beləliklə, Ruben Katanyan 1920-ci ilin yanvar ayından “ÇK”-nın xarici kəşfiyyat şöbəsinə rəhbərlik edib. Sonralar məlum olub ki, Dzerjinski Katanyan haqqında fikirlərində haqlı olub. Katanyan təkcə iş bacarığının aşağı olması, yarıtmazlı ilə deyil, həm də dövlətə xəyanəti ilə Dzerjinskinin fikirlərinə elə özü haqq qazandırıb...
Ruben Katanyan 1880-cı ildə Tiflisdə erməni ailəsində anadan olub. Anası evdar qadın, atası Tiflis gimnaziyasında işləyib. Katanyan atasının işlədiyi gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Tələbəlik illərində bolşeviklər partiyasının gənclər hərəkatına qoşulub, inqilabi proseslərdə iştirak edib.
Universiteti bitirdikdən sonra Katanyan bir müddət vəkillik fəaliyyəti ilə məşğul olub. Daha sonra Qırmızı orduda siyasi işlər idarəsində və Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsində fəaliyyət göstərib.
Fəallığı, yersiz canfəşanlığı ilə fərqlənən Katanyan 1919-cu ildə Polşa kəşfiyyat orqanlarına işləməkdə şübhəli bilinib. Amma bu fakt sübuta yetirilmədiyindən onu rəsmi ittiham edə bilməyiblər. “ÇK”-nın strukturu formalaşanda və təkmilləşdiriləndə Katanyan özünü bu quruma salmaq üçün bütün mümkün variantlardan istifadə edib və istədiyinə nail olub. Yuxarıda qeyd etdiyimiz kimi o, 1920-ci ildə “ÇK”-nın xarici kəşfiyyat şöbəsinə rəis təyin olunub.
Katanyan bu vəzifədə uzun müddət xidmət edə bilməyib. Bir tərəfdən işinin öhdəsindən gələ bilməməsi, digər tərəfdən isə nə vaxtsa xarici kəşfiyyata işləməsi şübhəsi onu bu vəzifədən ayırmağa məcbur edib. Dzerjinskinin sərt xəbərdarlığından sonra Ruben Katanyan şübhələrin daha da dərinləşməməsi üçün öz ərizəsi ilə “ÇK”-nın xarici kəşfiyyat şöbəsi rəisi vəzifəsindən “könüllü” olaraq uzaqlaşıb.
1922-ci ildə fəaliyyətini SSRİ-nin Berlindəki baş konsulu kimi davam etdirən Katanyan bu vəzifədə də uzun müddət tab gətirə bilməyib. Bu vəzifədə işləməsinin bir ili tamam olmamış onu Moskvaya geri çağırıblar. Katanyanın konsul vəzifəsindən geri çağrılmasının səbəbi məxfi saxlanılıb.
Katanyan sonrakı fəaliyyətini prokurorluq və ədliyyə orqanlarında davam etdirib. O, bir müddət Rusiya prokurorunun köməkçisi işlədikdən sonra SSRİ Ali Məhkəməsi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub və məhkəmə proseslərində dövlət ittihamçısı qismində iştirak edib. Katanyan bu vəzifədə bütün “bacarığını” göstərməyə imkan tapıb. O, bütün proseslərdə dövlət ittihamçısı kimi məhkəmədən ittiham olunanlara ən ağır cəzaların verilməsini tələb edib.
Müasirlərinin yazdıqlarına görə Katanyan SSRİ Ali Məhkəməsində işləyərkən özünü bu qurumun ən vacib fiqurlarından biri sayıb. Özünü əvəzedilməz hüquqşünas sayan “köməkçi” məhkəmə rəhbərliyi ilə hesablaşmağı da özünə rəva bilməyib. Məhz həmin ərəfələrdə Ruben Katanyanla SSRİ Ali Məhkəməsinin sədri Aleksandr Vinokurov arasında dəfələrlə konfliktlər yaranıb. Vinokurov Katanyanın özbaşınalığı ilə bağlı bir neçə dəfə Kremldə məsələ qaldırıb. Amma bu məsələnin rəsmi müstəviyə çıxarılmasına Anastas Mikoyan imkan verməyib. Belə ki, Katanyanla Mikoyanın arasında xoş münasibətlər hökm sürüb və Mikoyan həmişə onu müdafiə edib.
Katanyan haqqında Mərkəzi Komitəyə rəsmi və qeyri-rəsmi şikayətlər təkcə işlədiyi Ali Məhkəmədən deyil, eyni zamanda “NKVD” tərəfindən də daxil olub. Artıq bu çoxsaylı şikayətləri Mikoyan da ört-basdır edə bilməyib. Nəhayət, məsələ o həddə çatıb ki, Katanyanın fəaliyyətini “NKVD” rəhbəri Nikolay Yejov şəxsən özü nəzarətə götürüb. Onun göstərişi ilə Katanyanın fəaliyyəti bir neçə ay ərzində ciddi şəkildə araşdırılıb. Araşdırmalar zamanı Katanyanın bütün açıq və gizli fəaliyyəti aşkar edilib. O da məlum olub ki, erməni hüquqşünas 1920-ci illərdən başladığı casusluq fəaliyyətini hələ də davam etdirməkdədir.
Bütün araşdırmalar, dəlil və sübutlar “məxfi” qrifli arayışla İosif Stalinə təqdim edilib. Stalin arayışla tanış olduqdan sonra onun üzərinə dərkənar qoyub: “Həbs edilsin”.
Beləliklə, 1938-ci ildə Ruben Katanyan prokurorluq və ədliyyə orqanlarında terrorçu qrupların yaradılmasında və antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. Onun məhkəmə prosesi vaxtilə özünün işlədiyi SSRİ Ali Məhməkəməsində keçirilib. Bu dəfə o, məhkəmə zalında dövlət ittihamçısı kimi deyil, dövlətə xəyanət edən, bir çox ağır cinayətlərə imza atan müttəhim kimi əyləşib.
Məhkəmə prosesində Katanyan özünə bəraət qazandırmaq istəsə də, hüquqi bilgilərindən istifadə edib özünü xilas etməyə çalışsa da, törətdiyi cinayət əməllərinin konkret sübut və dəlilləri sonda onu susmağa məcbur edib.
Məhkəmənin hökmü ilə Ruben Katanyan 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəza üçün 17 il kiçik bir müddət deyil. Amma bu böyük rəqəmə baxmayaraq Katanyanın bəxti bu dəfə də “gətirib”. Yuxarılardan kiminsə köməyi sayəsində Katanyan layiq olduğu güllələnmə cəzasından canını qurtara bilib.
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10