- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
“Bu adamlar havada qalmalı deyil axı”

Sənədsiz evlər, müqaviləsiz kirayə mənzillər, işsizlik ucbatından Bakıya üz tutmuş rayon sakinləri və nəticədə heç bir yaşayış ünvanında qeydiyyatı olmayan on minlərlə vətəndaş…
Qısa müddət sonra Azərbaycanda sənədləşmə işləri ilə bağlı vətəndaşların kütləvi şəkildə problemlərlə üzələşəcəyinin proqnozunu vermək olar. Daxili İşlər Nazirliyinin son qərarından sonra xeyli vətəndaşın şəxsiyyət vəsiqəsi etibarsız hesab olundu. Elə bu yaxınlarda “Qafqazinfo”ya müraciət edən Yasamal rayon sakini Nəsrulla Ağamalıyev kimi.
Qısaca xatırladaq ki, vətəndaş həyat yoldaşı ilə boşandığı üçün başqa bir evə kirayənişin kimi köçməli olub. 2019-cu ildə isə keçmiş həyat yoldaşı onu məhkəmə qaydasında əvvəlki evdə qeydiyyatdan çıxartdırıb. Kirayədə yaşadığı evin sahibi isə onun burada qeydiyyata düşməsinə icazə verməyib. Buna görə də Nəsrulla illər əvvəl Yasamal Rayon Polis İdarəsində qeydiyyata düşməli olub. O, sığorta şirkətlərindən birində sənədləşmə işi apararkən məlum olub ki, polisdə qeydiyyatdan çıxarılıb və nəticə etibarilə şəxsiyyət vəsiqəsi etibarsız hesab olunur. Necə deyərlər, havadadır...
“Qafqazinfo” xatırladır ki, ötən aydan etibarən Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarıldı. Nazirlik bu addımın sui istifadə hallarının qarşısını almaq üçün atıldığını bildirir: “Bu prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.
Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da, polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb.
Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır. Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.
Əgər vətəndaşın özünün və yaxın qohumlarının yaşadıqları evlərin müvafiq sənədləri yoxdursa, bu barədə ərazi üzrə polis orqanına məlumat verə bilərlər. Polis orqanı tərəfindən araşdırma aparılandan sonra müvafiq qərar veriləcək”.
ASAN Xidmət də məsələ ilə bağlı bildirir ki, vətəndaşın qeydiyyata alınması üçün ya əmlakı olmalıdır, ya da kirayə qaldığı, eləcə də qohumlarından birinin razılığı əsasında onların yaşadığı mənzilə qeydiyyata düşməlidir.
Vətəndaşların üzləşdiyi bu vəziyyətlə əlaqədar deputat Fazil Mustafanın da fikrini öyrəndik. O, “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu, ciddi və kütləvi problemdir: “Əgər sən vətəndaşın evinin mülkiyyət sənədini vermirsənsə, bəs o nə etsin, harada qeydiyyata düşsün? Axı haradasa qeydiyyatda olmalıdır. Yaxud da imkan yaradılmalıdır ki, öz rayonunda, kəndində normal işlə təmin olunsun. Bununla da vətəndaş Bakıya gəlməsin, yaşadığı ünvanın qeydiyyatına düşə bilsin. Bu adam havada qalmalı deyil axı. Bunların hamısını həll etdikdən sonra qeydiyyatdan çıxarmaq mümkün ola bilər.
Qeydiyyatdan çıxarılma olsa belə, buna görə şəxsiyyət vəsiqəsinin etibarsızlaşması olmamalıdır. Vətəndaşı belə sıxıntılara salmaq problemlərə səbəb ola bilər. Çünki belə vətəndaşlarımız çoxdur. Bu vətəndaşları sərhəddən kənara çıxara bilmərik ki! Bu məsələ çox böyük problemlər ortaya çıxara bilər. Biz qanunverici orqan kimi təcili şəkildə məsələni gündəmə gətirməliyik və problem kompleks şəkildə həll olunmalıdır”.
Fotoda: Fazil Mustafa
Məsələ ilə bağlı vətəndaşlıq vəziyyətləri üzrə ixtisaslaşmış vəkil Orxan Dadaşovla da əlaqə saxladıq. Vəkillər Kollegiyasının üzvü saytımıza bildirdi ki, sözügüdən məsələ yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən tənzimlənir: “Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün polis orqanına müraciət etməlidir. Bu zaman o, özü haqqında ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (çıxarış, order, icarə və ya kirayə müqaviləsi və s.) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
Lakin məlumdur ki, bir çox insan bələdiyyə sənədi ilə alınmış, dövlət reyestrindən keçməmiş yeni tikililərdən alınmış və yaxud da özbaşına tikilidə yaşamaqdadır. Bu zaman həmin vətəndaşlar yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etdikləri zaman göstərilmiş sənədlərdən birini təqdim edə bilmədikləri üçün onlara imtina verilir və məhkəməyə müraciət edə biləcəkləri qeyd edilir.
Fəaliyyət göstərdiyim 1 saylı Asan Xidmət mərkəzində hər gün bu mövzu ilə bağlı dəfələrlə müraciət olunur. Bu halda mən onlara verilmiş imtina əsasında məhkəməyə müraciət etməyi məsləhət görürəm. Çünki Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınmadan imtina edildiyi üçün növbəti mərhələ məhkəmədə iddianı müdafiə etməkdir".
Fotoda: vəkil Orxan Dadaşov
"Hesab edirəm ki, problemin aktuallığını nəzərə alaraq, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunda dəyişiklik edilə və qeydiyyat üçün tələb olunan sənədlərin siyahısına bələdiyyə sənədi, MTK-larla bağlanmış alqı-satqı müqaviləsi və s. əlavə edilərsə, problemin böyük hissəsi həllini tapa bilər. Çünki hazırki vəziyyətdə şəxsiyyət vəsiqəsi deaktiv edilmiş şəxs məhkəməyə müraciət etdikdə məcburdur ki, prosesdə də özü iştirak etsin. Şəxsiyyət vəsiqəsi deaktiv edildiyi üçün vəkilə və ya nümayəndəyə etibarnamə də verə bilmir. Sadə etibarnaməni verə bilməyən şəxsin digər bütün işlərində də problemlər yaranacağı aydındır.
Əlavə olaraq da məhkəmədə problemin həll olacağı da sual altındadır. Bu qədər insanın məhkəməyə müraciəti də oradakı iş yükünü artırır və nəticədə bütün proseslərin baxılması uzanır. Ona görə də bu barədə qanunvericilikdə dəyişiklik olacağına ümid edirəm", - vəkil qeyd edir.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. İstifadəçilər bildirirlər ki, bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib.
Bir vətəndaşı şəxsiyyət vəsiqəsiz qoymaq həm də onu bütün sənədləşmə işlərindən məhrum etmək, hüquqlarını pozmaq deməkdir. Məsələnin insan hüquqlarının pozulması aspektindən şərh etməsi üçün Ombusman Aparatına müraciət etdik. Qurumdan bildirildi ki, son zamanlar Ombudsmana ünvanlanmış bir sıra fərdi müraciətlərdə vətəndaşlar polis orqanlarının inzibati binalarından qeydiyyatdan çıxarıldıqlarını bildirib, məsələnin həllində köməklik göstərilməsini xahiş ediblər: "Qeyd olunan müraciətlərin hər biri üzrə tərəfimizdən araşdırmalar aparılıb, aidiyyəti qurumlara müvafiq sorğular göndərilib, nəticədə bir sıra vətəndaşın qeydiyyatı bərpa edilib. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55s saylı Sərəncamının tələblərinə əsasən, yaşayış yeri olmayan vətəndaşlar Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməli və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” qrafasında həmin ünvan şərti olaraq göstərilməlidirdir.
Müraciətlərin təhlili zamanı müəyyən edilib ki, bəzi hallarda ərizəçilərin istifadəsində yaşayış yeri mövcuddur, lakin həmin yaşayış sahəsinin sənədləri olmadığından onların həmin yer üzrə qeydiyyata alınması mümkün olmayıb. Bu hallarda, Nazirlər Kabinetinin müvafiq Sərəncamının tələbləri yaşayış yerləri olan həmin şəxslərə şamil edilməyib. Ombudsman Aparatına daxil olmuş hər bir fərdi müraciətlə bağlı görülmüş tədbirlər və nəticələri barədə müraciət müəlliflərinə məlumatlar verilib".
Sonda qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı qərarlarında (o sıradan Azərbaycanla bağlı) bəyan edib ki, dövlət vətəndaşın hətta icazəsiz olaraq tikdirdiyi mülkünün mövcudluğuna uzun müddət göz yumubsa, onunla bağlı kommunal xidmətləri, rüsumları qəbul edirsə, bu o anlama gəlir ki, həmin mülkün qanuniliyini tanıyır. Tanıyırsa, deməli həmin mülkə mülkiyyəti təsdiqləyən sənədi verməlidir. Sahə müvəkkili isə (polis zabiti) bunu etmir, həmin mənzildə yaşayan vətəndaşı cərimələyir (30 manat).
Uzun sözün qısası, Bakıda əksər insanın kirayədə yaşadığını nəzərə alsaq, ev sahibləri kirayənişinləri müvvəqqəti qeydiyyata almaqdan çəkinməməlidirlər. Müvəqqəti qeydiyyat yalnız onun üçündür ki, dövlət vətəndaşını axtaranda yerini rahat tapa bilsin. Sənədi olmayan mənzillərdə qeydiyyat probleminin həlli yolunu isə dövlət özü tapmalıdır. Sənədi olmayan mülkün mövcudluğunu (qanuniliyini) de-fakto tanıyırsa, ora müvəqqəti qeydiyyata da razı olmalıdır. Ya da şəxsi həmin ərazinin polis şöbəsində qeydiyyata salmalıdır. Dövlət hər kəsə öz ölkəsinin istənilən yerində sərbəst yaşaya bilmək haqqını təmin etməlidir. Bu, vətəndaşın əsas konstusion hüququdur.
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 2025 09:46
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 2025 23:51
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 2025 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 2025 10:40
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41