- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
- İçdiyimiz məşhur qəhvə brendləri ƏSL KOFE deyil, SOYADIR
- Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
- Ağ Evdən İrana sərt mesaj: 10 bəndlik plan zibil qutusuna atıldı
Sumqayıtda sahibkarları aldadan komanda: Zakir Fərəcov və…
Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Maraqlıdır ki, Sumqayıtda görülən işləri öz reklamı kimi təqdim edən icra başçısı Zakir Fərəcov elə bir plan qrub ki, sanki problemin buna heç bir aidiyyatı yoxdur. Ammma cumhuriyyet.az olaraq məsələni araşdırdıqda görürük kü, bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Konkret faktlar üzərində prosesi təhlil edək.
Hümbət Məmmədovun subpodarat tələsi
Məsələn Sumqayıt şəhərinin də şəhərin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində
yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Müqaviləyə əsasən Sumqayıt şəhərində Muğanbank ASC-nin qabaq hissəsində yerləşən parkda va favvarada, Cəfər Cabbarlı və Nizami küçələrində yenidənqurma və abadlaşdırılma işləri görülməli idi. Müqavilə şərtlərinə görə işlərin dəyəri üzrə ödəniş müqavilə bağlandıqdan sonra hesabımız keçirilməli idi. Lakin “iş adamı” H.Məmmədov müqavilə şərtlərini əvvəlcədən pozsa da (müqavilə məbləğini ödənilmədən) bağlanan müqaviləyə əsasən işlər görülür. H.Məmmədov isə tenderdan sonra pulun onun hesabına hələ keçirilmədiyini bildirirdi. Sonradan bizə bəlli olur ki, tenderə ayrılımış vəsait tam olaraq “iş adamı” H.Məmmədovun hesabına köçürülüb. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir.
Adil Xudadatov da işin içində
Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı sahibkar cumhuriyyet.az-a bildirir: ” İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Mən
işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan va münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdim. Çünki, Z.Fǝrǝcov va A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm”.
Gündüz Əliyev necə prosesə qoşuldu
İllərlə Adil Xudadatov vasitəsilə iş adamlarını aldadan icra başçısı indi də digər müavini-Gündüz Aydın oğlu Əliyevi dövriyyəyə salıb. Maraqlıdır ki, Z.Fərəcov ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi” kimi tanınan Gündüz Əliyevin parlamasına hər zaman xüsusi diqqət ayırıb. Bununla bağlı cumhuriyyet.az- ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi çalışıb. Mətbuatda yazılanlara görə, həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb.
Eyni zamanda Gündüz Əliyevin məhz Sumqayıtda bulvarın tikintisi üçün ayrıla 3,7 milyon manatla icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da tikdirdiyi də yayılan məlumatlar arasındadır.
Mediada bildirilir ki, G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına özünə obyekt inşa etdirib.
Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik City” mərkəzi ən öndə gedənidir.
İddialara görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib.
Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib. Bu gün isə G.Əliyev icra başçısına başqa bir xidmət göstərməklə mövqelərini möhkəmləndirmək niyyətindədir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını qorumaq xatirinə prezidenti aldatmaqdır.
Belə qalmaqallı məmurlar isə hələ də vəzifələrdə yer alır, təltif olunur, varlanmalarına, rəhbərlikdə təmis olunmalarına şərait yaradılır.
Hərçənd ki, icra hakimiyyətlərində fundamental şəkildə islahatlara ehtiyac var. İH-lər belə kadrlardan “təmizlənməsə” və idarəçilikdə yeni yanaşma olmasa G.Əliyev kimi məmurlar öz qaranlıq işlərini davam etdirəcəklər.
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Sumqayıtda zavodda partlayış oldu, yaralanan var
9 yanvar 2026 12:00
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
7 yanvar 2026 20:57
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 2025 21:57
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
09 aprel 17:01
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
09 aprel 12:07
- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
09 aprel 11:00
- İçdiyimiz məşhur qəhvə brendləri ƏSL KOFE deyil, SOYADIR
09 aprel 10:04
- Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
09 aprel 09:56
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
09 aprel 09:47
- Ağ Evdən İrana sərt mesaj: 10 bəndlik plan zibil qutusuna atıldı
09 aprel 00:06
- Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
08 aprel 22:36
- Litvanın Baş naziri Azərbaycandadır - Fotolar
08 aprel 21:11
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
08 aprel 19:35
- Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur... - Buddadan hikmətli kəlamlar
08 aprel 19:00
- İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
08 aprel 17:13
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
08 aprel 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
