Osmanlı dövlətinin KÜRDƏMİRDƏN olan baş naziri - SENSASİYA
Günün sitatı11 mart 2023 20:26
Kürdəmirli Şeyxin oğlu necə olub ki, XVIII-ci əsrdə Osmanlı dövlətinin Sədr Əzəmi olub? Sual çox maraqlıdır və ətrafda araşdırmamıza başladıq.
Ölkəmizin hansı bölgəsinə getsəniz və balaca bir araşdırma etsəniz bunun əyani şahidi ola bilərsiz. Belə yaşayış məntəqələrindən biridə Kürdəmirin Şıxımlı kəndidir ki, vaxtilə burada yaşamış Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani bu ərazinin elm ocağına çevrilməsində və inkişaf edilməsində böyük rolu oynayıb. Onun Kürdəmirdən başlatdığı hərəkat Türkiyədə davam edib. Onun ikinci oğlu Mehmet Rüştü Paşa isə böyük Osmanlı dövlətinin "Sədr Əzəm” yəni baş nazir vəzifəsinə qədər yüksəlib.
Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani 1782-ci ildə o vaxt Kürdəmir kəndi adlanan indiki Kürdəmir rayonunun Şıxımlı kəndində ziyalı ailəsində Ənvər Şirvaninin ailəsində anadan olub.
O ilk təhsilini Şamaxıda alıb 12-13 yaşlarından etibarən isə təhsilini Türkiyənin Ərzincan, Ərzurum şəhərlərində davam etdirib.Bundan sonra Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Bağdadda davam etdirir və uzun müddət Mövlanə Xaliddən təhsil alır.
O, Bağdadda ali təhsilini başa vurduqdan sonra diplomunu alaraq yenidən öz vətəninə Kürdəmirə qayıdır və burada öz məktəbini açaraq "Təsəvvüf” elmindən dərs deməyə başlayır.
Qısa vaxtda elmi ilə məhşurlaşan Şeyx İsmayıl Siracəddin Şirvaninin yanına nəinki ətraf kənd və rayonlardan bütün Qafqazın hər yerindən insanlar ondan elm öyrənmək üçün Kürdəmirə axışırdılar. Beləcə Şeyx İsmayıl Siracəddin Şirvanidən təhsil alan 100-lərlə insanlar bütün bölgədə eləcədə Qafqazda ondan aldıqları elmin təbliğini həyata keçirirlər.Bu arada onun təşkilatçılığı ilə Kürdəmirdə və ətraf bölgələrdə çoxlu sayda mədrəsələr türbələr tikilir bağlar salınırdı.
Hazırda o bağlardan biri olan Şıxımlı kəndində olan Mövlanə bağı hələdə yerli sakinlərin köməyi ilə qorunub saxlanılır.Bu bağda tut ağacları və qarağac ağacları əkilib ki,üstündən 200 ildən artıq keçməsinə baxmayaraq yerli sakinlər hörmət əlaməti olaraq bu ağacların hətta qırılıb yerə düşənlərini belə dəyərli əşya kimi saxlayırlar.
Bu ərazilərin tədqiqini aparan tarix elmləri doktoru Fariz Xəlilli deyir ki, burdakı kəndlərin adları belə Şeyxin adı ilə bağlıdır.
Məsələn, Şıxımlı kəndi Seyximli kəndi olub, yəni Şeyxin kəndi. Eyni zamanda Mürtülü kəndi Mürüdlü kəndi yəni Şeyxin mürüdlərinin adı ilə əlaqələndirilir.
Bundan başqa Fariz Xəlillinin sözlərinə görə, bu il Şeyx İsmayıl Siracəddin Şirvaninin anadan olmasının 240 illik yubileyi tamam olur və bununla bağlı tədbir keçirmək eyni zamanda Şeyxin fəaliyyətinin tanıdılması istiqmətində işlər görmək qarşıya məqsəd qoyulub. Qeyd edək ki, Şeyx İsmayıl Siracəddin Şirvani uzun müddət Şirvan bölgəsində göstərdiyi xidmətlər o vaxt ki, Çar Rusiyasının hədəfinə çevrilir və onun üçün ciddi təhdidlər yaranır. Beləcə Şeyxə ölkəni tərk etməyi təklif edirlər. Bu zaman Şeyx ən çox sevdiyi mürüdlərindən olan Şeyx Mahmud babanı yerində əvəzləyici qoyaraq ailəsilə ilə birlikdə Türkiyənin Amasiya şəhərinə köçür və orada öz fəliyyətini davam etdirir. Şeyx öz fəliyyətini o qədər genişləndirir ki, hətta onun ikinci oğlu Şirvanizadə Mehmet Rüştü Paşa Osmanlı Dövlətinin "Sədr Əzəmi”, yəni Baş Naziri olur.
Hətta o vaxtlar Şirvan bölgəsindən Həcc ziyarətinə gedən insanlar əvvəlcə hörmət əlaməti olaraq birinci Rüştü Paşanı ziyarət edib sonra Həcc ziyarətinə gedirlərmiş. Kürdəmirdən olan araşdırmaçı jurnalist Filologiya üzrə fəlsəfə doktoru Yaqur Bahadurqızı Şeyxin fəaliyyətini araşdırmaq məqsədilə Türkiyənin Amasiya şəhərinə gedərək onların türbələrini tapıb ziyarət edib və təbliğat məqsədilə onların şəkillərini çəkərək paylaşıb.Yaqut Bahadurqızının sözlərinə görə Şeyx İsmayıl Siracəddin Şirvaninin oradakı qəbirinin ətrafındakı qəbirlərini bir çoxunun üzərində soyadları Şirvani və Kürdəmiri soyadlarıdır.
Hazırda Şeyx İsmayıl Siracəddin Şirvaninin burada qoyub getdiyi Şeyx Mahmud Babanın onun oğlunun və nəvəsinin qəbri qədim Şahsevən kənd qəbiristanlığındakı Türbədədir.
Qeyd edək ki, Şahsevən kəndi ərazisində yerləşən bu qədim qəbiristanlığın 300-ə yaxın yaşı var və buradakı qədim qəbirlərin çoxu Şeyx Mahmud babanın mürüdlərinin yəni şagirdlərinin qəbirləridir. Şeyx Mahmud Babada bir vaxrlar çar rusyaiasının təqiblərinə tuş gəlib və buna sinə gəlməyi bacaran ustadlardan olub.
Bu gün tariximizin qalıqları olan bu türbənin və qəbiristanlığın qorunmasına və tədqiq olunmasına böyük ehtiyac var. Bundan başqa əgər bu ərazilər tədqiq olunarsa və abadlaşarsa buranı turizm marşurutunada salmaq olar ki, bura Türkiyədən, Rusiyadan eləcədə Gürcüstandan olan turistləri cəlb etmək mümkündür.
Mənbə: Bizim.Media
Oxşar xəbərlər
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 2026 21:34
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
Xəbər lenti
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
Video & Fotoqalereya
Video
Fotoqalereya
