Evinə hücum elədilər, yazdıqlarını oğurladılar - Onu KQB öldürdü?
NUH.az kulis.az-a istinadən yazıçı Fərman Kərimzadə haqqında 10 maraqlı faktı təqdim edir:
Yazıçı 1937-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb və 12 yaşında olanda ailəsi deportasiya olunub.
***
Qaçqınçılıq dövrü çox ağır günlər yaşayıb. Hətta bir dəfə özü deyirmiş ki, Bakıya ayağında qaloş piyada gedib.
Həyat yoldaşı Xalidə xanımı universitetdə oxuduğu dönəmlərdə görüb və onu sevib. Lakin Xalidənin ailəsi Fərman Kərimzadənin kasıb olduğu üçün qızlarını ona vermək istəməyiblər. İmkanlı ailə olan Xalidənin ailəsi bəhanə gətirib ki, qızları hələ uşaqdır, yemək də bişirə bilmir. Şair Məmməd Aslan, Fərman Kərimzadənin yaxın dostu kimi bu məsələni həll edəcəyini, ailənin "hə"sini alacağını söyləyib. Ancaq elçiləri qovurlar. Çarəsiz qalan Fərman Kərimzadə qızı qaçırmağa məcbur olur.
***
Fərman Kərimzadənin öz ailəsindən başqa bir ailəsi də varmış. O qadından yazıçının bir qızı dünyaya gəlib. Yazıçı, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə o anları belə xatırlayır: "Atam bir müddət, hardasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb". Yazıçı geri qayıdandan sonra Xalidə xanım onu bağışlayıb.
***
"Axırıncı aşırım" filmi onun "Qarlı aşırım" romanının əsasında çəkilib. Bu film ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Onu öldürmək istəyiblər. Qızı, yazıçı Yeganə Kərimzadə müsahibələrinin birində bu haqda danışır: "Bir dəfə bibimgilə getmişdim. Bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış".
Onun başqa əsərləri də buna bənzər tale yaşayıb. Nəsrəddin Tusi, Andranik haqqında əsərlərini yazıb bitirəndən sonra əlyazmalar yaşadığı evdən yoxa çıxıb. Oğurluq tarixçəsi haqqında qızı mətbuata danışıb. Onun dediyinə görə, gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Bundan başqa, Yuqoslaviya müharibəsi ilə bağlı daha bir romanı 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.
***
Deyilənə görə, hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.
Bir dəfə uşaqları ilə doğulduğu Vediyə gedib. 1986-cı ildə. Uşaqlara dağları göstərib və deyib: "Ölüb qalmaq istəyirəm burda". Və ondan sonra "Apardı sellər Saranı" mahnısını oxuyub.
***
1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə ürəyi dözə bilməyib və özündən gedib. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.
Onun ölümü də müəmmalı olub. Qızının dediyinə görə, atasını KQB öldürüb: "Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var".
Oxşar xəbərlər
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
3 yanvar 2026 14:14
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 2025 10:52
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya




