Elmin taleyi - professor Saleh Məmmədov yazır ...
Sabiq Maliyyə naziri, professor Saleh Məmmədov "Elmin taleyi" adlı düşündürücü bir məqalə hazırlayıb və Musavat.com -a göndərib. Həmin yazını təqdim edirik.
***
Azərbaycanın prezidenti dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ali məqsədi ölkənin sürətlə inkişaf etdirilməsi və iqtisadi inkişaf səviyyəsini inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Bu vacib tapşırıq yerinə yetirilsə, Azərbaycan inkişaf etmiş ölkə səviyyəsinə yüksələ bilən yeganə müsəlman ölkələsi olacaq. Bu ali məqsədə nail olmağın yeganə yolu elm və texnologiyaların sürətlə inkişafıdır.
Amma təəssüflər olsun ki, ölkə təcrübəsində elmin inkişafı səviyyəsi tamamilə əks prosesləri əks etdirdiyinin şahidi oluruq. Elm sahəsindəki inkişaf istiqamətləri nəinki, inkişaf etmiş ölkələr səviyyəsinə istiqamətlənməsini müşahidə edirik, heç geridə qalmış 3-cü qrup ölkələrin texnoloji siyasətinə də yaxınlaşa bilmirik. Bu ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər.
Belə bir siyasətin (bir neçə onilliklər boyu) ölknin gələcəyinə vura biləcək ağır zərbələr haqqında mütəmadi olaraq parlament və hökümətə müraciət edirəm. Vəziyyət getdikcə faciəvi hala qədər pisləşməkdə davam edir, müvafiq qurumlardan isə hər hansı reaksiya yoxdur. Hətta pisləşmə istiqamətləri hökümətin rəsmi proqnoz sənədlərində öz əksini tapır və bəd proqnozlar ciddi surətdə yerinə yetirilir.
1970-80-ci illərdə Azərbaycan SSR-də üçüncü sənaye inqilabı ərəfəsində H. Əliyevin böyük sıçrayışlı elmi-texnoloji inqilabı çevrilişın həyata keçitilməsindən sonra elm, təhsil, ideologiyanın sükanı arxasına keçən Ramiz Mehdiyev planına uyğun olaraq elm, müvafiq olaraq təhsil sistemi tamamilə sıradan çıxarılma istiqamətinə qədəm qoyuldu. Müstəqillik əldə etdikdən və belə demək mümkündürsə ölkənin tam “müsəlmanlaşdığınından” sonra neqativ meylin qarşısı alınmalı olduğu halda, tam əksinə geriləmənin sürətlənməsi başladı və bu gün elm tarixində ən acınacaqlı dövrünü yaşayır.
Ümumiyyətlə, Azərbaycan elmi xeyli gənc fenomendi, Rus işğalı ilə formalaşmağa başlamışdır. Cənubi Azərbaycanda isə elm fars şovinizminin təsiri və mənafeləri altında yalnız müstəqil Cənubi Azərbaycan ihöküməti zamanı planlaşdırılmış və 1947-ci ildə yaradılmışdır. Cənubi Azərbaycan Universitetlərində normal elmi fəaliyyət 1990-cı illərdən sonra başladılmışdır. Bu vaxta qədər Şimali Azərbaycan universitetləri müqayisədə xeyli irəlidə idi.
Müqayisəli tarixi təhlil göstərir ki, 1970-80-ci illər H. Əliyevin rəhbərliyi dövrü bütün Azərbaycan tarixində elmin inkişafı ən yüksək nailiyyətlər dövrü kimi qiymətləndirilə bilər. 1960-cı illərdə üçüncü sənaye inqilabı artıq başlamışdır, lakin hər hansı bir irəliləyiş əldə edilməmişdir. 1969-cu ildə H. Əliyevin respublikada idarəçilik sükanına keçməsi ilə əsil inqilabı irəliləyiş başlamışdır. 1970-1980 ci illərdə elm xərcləri 4 dəfədən çox, elmi işçilərin sayı ...., əhalinin hər 10 mininə düşən elmi işçilərin sayı ... nəfərə çatdırılmış, hər bir elmi işçiyə təqribən 1, 7 elmi ixtira və patent əldə edilmişdir. Bu ərəfədə elmi-istehsalat birliklərinin sayı 70 dəfə artırılmış, nəhəng EVM, o dövr üçün dünyada nadir hesab edilən yarıçkeçiricilər, çip və mikrosxemlər istehsal edən AZON birliyi, Bakkondisioner və s. yaradılmışdır. Elmi –istehsalat birliklərində elmi-tədqiqat institutları, konstruktor büroları, elmi laboratoriyalar fəaliyyət göstərirdi.
- Əliyevin ittifaq rəhbərliyinə dəvətindən sonra yenə də elmi fəaliyyətdə geriləmə başlamış və müstəqillikdən sonra sanki, xüsusi planla elmin çökdürülməsi prosesi başlamışdır. Belə zəifləmə ilbəil dərinləşmiş və təəssüf ki, hazırda kulminasiya səviyyəsinə çatdırılmışdır. 2022-ci ildə 1980-ci illə müqayisədə elm xərcləri 4,6 dəfə, işçilərim sayı 15%, əhalinin hər 10 min nəfərinə düşən lemi işçilərin sayı iki dəfəyə yaxın, patent və itixra üçün ərizələrin sayı bir neçə yüz- min dəfə azalmışdır. Belə meyl dünyada baş verən bütün mütərəqqi meyllərin əksinə olmuşdur. Dünya ölkələrinin elm fəaliyyətinin təhlili göstərir ki, bu illər ərzində dünyanın heç bir ölkəsində em xərclərində və digər elm ğöstəricilərində azalma müşahidə olunmamışdır, bu qədər kəskin azalma heç olmamışdır. Elm göstəricisində ən yaxşı nailiyyətlərə malik olan İsraillə müqayisə maraqlı vəziyyət ortaya çıxardı. 1980-ci ildə Azərbaycanın elmi xərcləri İsraildən xeyli çox idi: həm həcm etibarı ilə və həm də ÜDM-də pay etibarı ilə. Təqribi hesablamalar göstərir ki, 1980-ci ildə İsrail elm və inkişafa (keçmiş SSRİ-dən fərqli olaraq Qərb ölkələrində bu xərclər elm xərcləri kimi deyil, Elm və inkişaf xərcləri -Research and development, qısa olaraq R&D- kimi adlandırılır) 375 milyon dollar xərcləmişdirsə, 2022-ci ildə bu xərclər 26,2 milyard dollar təşkil etmişdir. Azərbaycanda isə həmin dövr ərzində elm xərcləri 520 milyon dollardan 114 milyon dollara endirilmişdir. Əhalinin sayının 67% artmasına baxmayaraq elmi işçilərin sayı 22 mindən 19 minə endirilmişdir. İxtira, patent, elmi səmərənin həcmi isə 100-1000 dəfələrlə azalmışdır. Ölkədə yaradıcı cəmiyyət anlayışından əsər-əlamət qalmamışdır, sırf istehlakçı cəmiyyət qurulmuşdur ki, bu da ölkənin gələcək taleyi üçün çox təhlükəlidir. Bir faktı dərk etməliyik ki, hazırkı 4-cü sənaye inqilabı dövrü H. Əliyevin bu elmi inqilabı həyata keçirdiyi 3-cü sənaye inqilabına nəzərən elmə ehtiyac dəfələrlə artmışdır. Əgər o vaxt yalnız bəzi fəaliyyətlərin həyata keçirilməsinə elmi tədqiqat, elmi məhsul tələb olunurdusa, hazırda demək olar ki, həyati əhəmiyyətli əməliyyatların 99% -i elmi əməliyyat tələb edir: rəqəmsallaşma, virtuallaşma, müdafiə, yeni planetlərin mənimsənilməsi – hansı istiqamətə addım atsan, mütləq elm-tədqiqat və ya onun nəticələri məcburiyyati ilə qarçılaşacağıq. Bu gün elm iqtisadiyyat, maliyyə, siyasət, təbabət, təhsil, sosial müdafiə, heyvandarlıq, bitkiçilik, fəza, nüvə, enerji, neft, qaz, hətta diaspora, dünya Azərbaycanlıları, dünya siyasəti və s. hər sahədə olduqca lazımdır. Hazırkı elm xərcləri məbləği yalnız iqtisadi və rəqəmsal proqnozlaşdırma tədqiqatlarına yetərli olmazdı. Elm böyük industriyaya çevrilir, ən mühüm qeyri neft sektorudur, ən çox gəlir verən sənayedir.
Maliyyələşmə məsələsində də hazırda o dövrlə müqayisədə müstəqil Azərbaycan daha böyük üstünlüyə malikdir. Sovet Azərbaycanı hüquqi olaraq heç bir resursa malik deyildi, bütün resursların sərəncamçısı mərkəz idi (İttifaq höküməti). Hər hansı resursu mərkəzdən almaq lazım olurdu ki, bu da çox böyük çətinliklərlə alınırdı. Amma müstəqil Azərbaycanın əlində həm səlahiyyət və həm də həcm nöqteyi nəzərindən hər cür imkan var. Resursların mövcudluğunun nisbi göstəricilərinə görə Azərbaycan ən inkişaf etmiş ölkələr (İsveçrə, Norveç, Sinqapur) səviyyəsindədirsə, bu resurslardan sitifadə səviyyəsinə görə Türkmənistan, Tacikistan, Yəmən və s. səviyyəsindədir.
Qərb ölkələrində elmin maliyyələşdirilməsi əsasən kommersiyalaşmışdır. Dövlət büdcəsindən maliyyələşən elm xərcləri də əsas etibarı ilə dövlət sifarişləri metodu ilə təqdim olunur. Transmilli şirkətlər bəəzn hətta böyük dövlətlər qədər elmə pul xərcləyirlər. İri şirkətlərin elm xərcləri satış həcminin 5%-dən 25%-ə qədərini təşkil edir, yəni satışdan gəlirin bu qədərini elm və inkişaf xərclərinə yönəldirlər. (Bax Qrafik1.)
![]()
Qrafikdən göründüyü kimi adları çəkilən şirkətlər elmə çox böyük xərc çəkirlər. Məsələn, Samsunqun elm xərcləri təqribən Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün müsəlman ölkələrinin elm xərcləri qədərdi. Maliyyə imkanlarına görə Samsunqdan heç də geri qalmayan SOCAR-ın elm və inkişaf xərcləri 2 milyon manatı keçmir, əslində məntiqlə bir neçə milyard manat olmalı idi. Bu, həmçinin digər şirkətlər ümumiyyətlə elm üçün heç bir vəsait xərcləmir. 2021-ci ildə Azərbaycanın elm xərcləri cəmi 201 milyon manat olmuşdur ki, onun da 152 milyonu büdcə hesabına maliyyələşdirilmişdir. Bu xərclər elmin çox saylı kollektivinin minimum müavinət məsrəflərini ödəyə bilər. İri şirkətlər ümumiyyətlə elmdən kənarlaşmışdır. Üstəlik hökümət uzunmüddətli strategiyasında elm və texnologiyaların inkişafının zəiflədilməsini nəzərdə tutur və bu geriləmə palnlarını gecikdirmədən yerinə yetirir. Azərbaycan respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strateqiyasında elm xərclərinin ümumi daxili məhsulda 2020-ci ildəki 0,2% payını 0,1%-ə endirməyi planlaşdırır və bu 2022-ci ildə artıq 0,16%-ə endirilmişdir (https://e-qanun.az/framework/50013). Bu rəqəm İsraildə 5,4%, Cənubi Koreyada 4,7%, digər inkişaf etmiş ölkələrdə isə 3-4% təşkil edir.
Riyazi hesablamalar göstərir ki, əgər Azərbaycan İsrail kimi fəaliyyət planı qura bilsəydi hazırda Azərbaycanın da elm xərcləri 20 milyard dollara çıxa bilərdi. Nəticə etibarı ilə isə ölkənin ÜDM-si də İsrail səviyyəsində, yəni, illik 400-500 milyard dollar olardı (indi cəmi 78 milyard dollardi, o da əsasən neft-qaz hesabına).
Faktlar göstərir ki, ölkənin elm sahəsində reytinqi dünya üzrə ən sonuncu yerlərdədir. Bir neçə gün əvvəl dünyanın elmi reytinqi təyin edən başlıca şirkət – Scimago institution ranking 2022-ci ilin reytinqini elan etmişdir. Şirkət dünyadan cəmi 8084 elmi tədqiqat təşkilatı təhlil etmişdir. Nəticələr bütün müsəlman ölkələri üçün, xüsusilə Türk dövlətləri üçün daha acınacaqlıdır, müşahidə olunan mənzərə böyük təhlükədən xəbər verir. 8084 təşkilat üçərisində Azərbaycan universitet və elmi tədqiat təşkilatlarında birinci yerə çıxan Az Dövlət İqtisad Universiteti (UNEC) olmuşdur ki, dünya üzrə 3932-ci yerə çıxmışdır. Bu universitet son illərdə ciddi kurs götürmüş və həm təhsil, həm də elmi tədqiqatlar üzrə respublika üzrə birinci yerə çıxmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sonuncu, hər zaman ölkə universitetləri içərisində birinci yeri tutan BDU isə 7-ci yeri tutmuşdur.
Cədvəl 1. Azərbaycan elm ocaqlarının (8 təşkilat) dünya üzrə (8084 təşkilat) tədqiqat sahəsində reytinqi
|
Ölkə(dünya) |
Təşkilatlar |
||||
|
1 (3932) |
UNEC |
||||
|
2 (4538) |
Azerbaycan Universiteti |
||||
|
3 (5747) |
Milli nüvə tədqiqatları İnst |
||||
|
4 (6092) |
Riyaziyyat və mex institutu |
||||
|
5 (6408) |
AMEA |
||||
|
6 (7377) |
Fizika inst |
||||
|
7 (7399) |
BDU |
||||
|
8 (7434) |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
||||
Mənbə: https://www.scimagoir.com/rankings.php?year=2016&ranking=Research&country=AZE
Amma bu göstəricilər ölkənin tədqiqat təşkilatlarının və elmi tədqiqat işlərinin çox aşağı səviyyədə olmasına dəlalət edir, müasir şəraitdə inkişafın lokomotivi olan elmin heç bir tələbatına cavab vermir. Belə davam etmək heç də yaxşı nəticələr gözləməyə imkan vermir, əksinə ölkənin böyük risklər altında olduğunu göstərir. Ümumi universitet reytinqində olduğu kimi elmi tədqiqat işləri üzrə də ilk düşəcəyimiz yer 4 minliyin içərisindəddir. Bizə qarşı düşmənçilik siyasəti yeridən qonşu ölkələrin bu sahədə göstəriciləri ilə müqayisə olunmaz dərəcədə gerilik müşahidə olunur, əksinə dost ölkələr də geriləməkdə davam edir. İranın ölkə reytinqində birinci yeri tutan universiteti dünya üzrə birinci beş yüzlükdədi (223-Tehran tibb universiteti), Rusiya üzrə birinci yeri tutan Rusiya elmlər akademiyası dünya üzrə 4-cü yerdədi, Ermənistan üzrə Əlixanyan laboratoriyası dünya üzrə 513-cü yerdədir. Amma hər zaman regionda liderlik edən Türkiyə universitetlərinin ilk yeri dünya üzrə 1057-ci yerdədir. Özbəkistan üzrə Daşkənd texniki universiteti 1(360) yeri tutur. Türkmənistan və Qırğızıstan ümumiyyətlə reytinqdə qeydə alınmayıb.
Bir daha bəyan etmək istəyirəm ki, ölkələrin gələcək taleyini həll edən və göstərən məhz bu gösəricidir. Belə sadə aksiomanı hər kəs başa düşdüyünə, dərk etdiyinə əminəm. Bunun müsbətə doğru dəyişdirilmsi üçün isə Azərbaycan başqa ölkələrdən fərqli olaraq hər cür imkana sahibdir. Hər bir Azərbaycanlı, hər bir ziyalı, hər bir məmur buna can atmalıdır. 21-ci əsrdə ölkənin sürətli inkişafının alternativi yoxdur. Elm böyük islahatlar, dərin səfərbərlik, çox milyardlı investisiya və təşkilatı yenidən qurma tələb edir, həm də dərhal-gecikmədən.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
