Məktəb direktoru şagirdləri 600 manata SATIR? -ŞOK
Azərbaycanda məktəb direktorunun əqli qüsurlu şagirdləri müəllimlərə 600 manata satdığı iddia olunur.
Bu barədə Sonxeber.az-a müraciət edən 3 saylı xüsusi təhsil məktəbinin müəlliməsi S.Əhmədova (red. – ad şərtidir) məlumat verib.
O, qeyd edib ki, 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Heydərova əqli qüsurlu şagirdləri müəllimlərə pul qarşılığında satır:
“Hətta bəzən bir şagirdi iki müəllimə satır. Əslində dövlət məktəblərində şagirdlərin satılmasının özü belə, biabırçılıqdır. Pul verməyəndə də valideynlərin əli ilə bizə müxtəlif oyunlar oynayır.
Belə ki, Nüşabə Heydərova əgər bizə 3 uşaq satırsa, birini elə seçir ki, 2-3 ildən sonra onun valideynini öyrədib oyunlar oynaya bilsin. Valideyni bizə qarşı öyrədib, əleyhimizə çıxarır. Sonuncu dəfə də Binə qəsəbəsində yaşayan şagirdimlə bağlı mənə problem yaratdı. Məktəbə Bakı Şəhəri Təhsil İdarəsindən yeni işçi gəlib. O, Binə qəsəbəsində yaşayan bir şagird istəyirmiş. Nüşabə Heydərova da mənim Binə qəsəbəsində yaşayan şagirdimin valideynini öyrədir ki, haqqımda şikayət ərizəsi yazsın. Nüşabə Heydərova qurduğu belə bir oyunla şagirdimi alıb Bakı Şəhəri Təhsil İdarəsindən göndərilən müəlliməyə verdi.
Bundan əlavə, Binə qəsəbəsində yaşayan digər şagirdimin valideyninə də komissiya üzvü kimi zəng edərək mənə qarşı çıxarmağa çalışıb. O valideynin öyrədilməsi ilə bağlı əlimdə sübutlar da var.
Mən də direktorun qəbuluna gedib söylədim ki, bu şagirdi mənə pulla satıb, amma hazırda valideyni öyrətdiyinə görə mənə evə girməyə icazə vermir.
“Sən tək tərəfi dinləyib qərar vermisən. Məni dinləməmiş şagirdi məndən alıb, həmin müəlliməyə vermisən. Belədirsə, mənim 600 manatımı qaytar ki, mən yeni uşaq götürüm”, – deyə etirazımı açıq şəkildə bildirdim.
Nüşabə Heydərova bizdən hər 2-3 ildən bir hər şagirdə görə 600 manat pul alır. Əvvəl 500 manata satırdı. Amma son dövrlər qiyməti 600 manata qaldırdı.
Pulumu geri istəyəndə isə direktor məni hədələməyə başladı. Nüşabə Heydərova əlindəki şikayəti Təhsil Nazirliyinə göndərəcəyini deyərək məni qorxutmaq istədi. Mən də şikayətin Təhsil Nazirliyinə göndərilməsini istədiyimi bildirdim. Söylədim ki, Təhsil Nazirliyi gəlib, şikayəti araşdırsın.
Eyni zamanda, Nüşabə Heydərova dəfələrlə qadına yaraşmayan, əxlaqsız ifadələrlə məni təhqir edib, kobudcasına otağından qovub. Ən önəmlisi isə, hər dəfə məni 18 saat dərslə saxlayacağı ilə hədələyir. Harınlamış bu insan əqli qüsurlu şagirdləri satması və müəllimələrlə qul kimi davranması ilə fəxr edir.
Nüşabə Heydərova məktəbi özünün biznesinə çevirib. Dövlətin məktəbində şagirdləri pulla müəllimlərə satır. Direktorun ətrafında olan Təranə və Zümrüd adlı müəllimlər poliklinikalarla danışıb, o uşaqları alırlar. Biz özümüz o uşaqları almaq istəsək, qiymət 600 manatdan baha çıxır. Yəni hərtərəfli biz müəllimlərin qarşısını kəsirlər.
Nüşabə Heydərova mənim dərs saatımı yarıbayarı azaltdı. Məni təhqir edir, tərbiyəsiz olduğumu bildirir. Mənim tərbiyəsiz olduğumu hardan görüb?! Mən işinə bağlı, iki uşaq anasıyam.
Nüşabə Heydərova barəsində Nizami Rayon Məhkəməsinə müraciət etmişəm. Bununla yanaşı, Bakı Şəhəri Təhsil İdarəsinə də şikayət ərizəsi göndərmişəm. Amma təəssüf ki, hələ də şikayətimə baxan yoxdur. Nüşabə Heydərova mənə heç kimdən qorxmadığını, onun arxasında, qardaşı ilə yanaşı, vəzifəli şəxslərin dayandığını və şagirdləri “əcəb edib” satdığını deyir. Mən sadəcə ədalətin bərpa olunmasını və məktəbi, şagirdləri öz şəxsi biznesinə çevirdiyinə görə direktorun qanunla cəzalandırılmasını istəyirəm. Bu gün Nüşabə Heydərova məndən başqa, digər müəllimləri də incidir, şagirdlərini əllərindən alaraq, dərs saatlarını azaltmaqla hədələyir.
Vəzifə səlahiyyətlərini aşaraq, dövlətin məktəbini özünün biznesinə çevirən Nüşabə Heydərova müəllimlərlə öz qulu kimi davranır və əqli qüsurlu şagirdlərin üzərində pul qazanır. Əqli qüsurlu şagirdlərdən bu formada istifadə etməsi və əşya kimi satması insan hüquqlarına ziddir. Dövlətin himayəsində olan uşaqların satılması yolverilməzdir!
Əminəm ki, qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də digər səlahiyyətli strukturlar təhsilimizə ləkə olan Nüşabə Heydərovanın cəzalandırılması istiqamətində xüsusi göstərişlər verəcəklər və ədalət bərpa olunacaq”.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
