Aztelekom” AYİB-dən aldığı 50 milyon dolları necə silib? - Rəşad Nəbiye ifşa olunur
Maraqlı9 aprel 2023 22:22
Məlum olduğu kimi ötən il dekabrın ayının 22-də Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı "Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb. Sözügedən kredit müqaviləsini "Aztelekom” MMC-nin baş direktoru Klaus Müller və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.
Dövrü mətbuatın yanvarın 25-də yaydığı məlumata görə, "Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Hazırda "Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. Amma rabitəçi deyil.
Qeyd edək ki, "Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, "Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.
Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru "Aztelekom” MMC olan "Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır. Layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ötən ilin noyabrında mətbuata verilən məlumatda isə ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunduğu bildirlib.
Qeyd edək ki, telekommunikasiya infrastrukturunun yenilənməsi, müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri layihənin əsas operatoru olan "Aztelekom” MMC həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.
Bəs "Aztelekom” MMC layihəni necə həyata keçirir?
Qeyd etdiyimiz kimi, "Aztelekom” MMC layihə üzrə işləri Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərində bitirib, bir çox rayonlarda isə işlər davam etdirilir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda yeni rabitə xəttlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi barədə heç bir məlumat əldə edə bilmədik. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada da "Aztelekom” MMC tərəfindən yeni rabitə xəttinin çəkilməsi ilə heç bir tenderin elan olunmadığını müəyyən etdik. Bəs dövlət müəssisəsi bu işləri hansı üsullarla həyata keçirir?
Redaksiyamıza verilən məlumatlara görə telekommunikasiya infrastrukturunun yenilənməsi ilə əlaqədar respublikamızın qərb zonasında da, Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində də yeni fiber-optik kabellərin çəkilişinə başlanılıb. Əldə etdiyimiz məlumata görə Şəmkir rayonunun ən böyük kəndlərindən olan Çənlibeldə yeni rabitə xəttinin çəkilişini "Caspian Road” MMC aparır. MMC barəsində açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlar bunlardır.
MMC-nin rəsmi veb-saytı /www.caspianroad.az. kimi göstərilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında CASPIAN adı ilə başlayan, dövlət qeydiyyatına alınmış 193 MMC arasında sözügedən şirkət barəsində heç bir məlimat yoxdu.
MMC-nin rəsmi veb-saytında qeyd olunur ki, şirkətimiz peşəkar ustalardan ibarət, yüksək tələblərə cavab verən, operativ və keyfiyyətli iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialı ilə istənilən şəraitdə yol bərkitmə, üst açma, torpaq qatının çıxarılıb daşınması, asfalt qatının təmiri və yenidən qurulması işlərini həyata keçiririr. Şirkət həmçinin yolların yenidən qurulması, yarımstansiya daxili bütün yol infrastrukturunun hazırlanması, Dəmir Yol stansiyasına gedən yol və stansiya ətrafı asfalt və bərpa işləri, inzibati bina ətrafı asfalt örtüyü hazırlanması işlərini həyata keçirib. "Caspian Road” MMC istənilən formada beton işlərini və beton qəliblərin hazırlanmasını yerinə yetirir. MMC-nin "Facebook” səhifəsində də daha çox beton və dəmir-beton konstruksiyaların, bina və qurğuların tikintisi və istismarı ilə bağlı paylaşımlar var. Bu isə o deməkdir ki, MMC daha çox tikinti sahəsi üzrə ixtisaslaşıb.
Bəs necə olub ki, yol, tikinti sahəsi üzrə ixtisaslaşmış bir şirkət GPON və digər genişzolaqlı rabitə xəttlərinin çəkilişinə cəlb edilib?
Qeyd edək ki, MMC -də işi heç də rəsmi veb-saytında göstərildiyi kimi peşəkar mütəxəssislər aparmır. Burada işlərin görülməsinə yerli kənd sakinləri cəlb edilib. Əldə etdiyimiz məlumatlara görə MMC kənd ərazisində rabitə xəttinin çəkilməsi üçün mindən çox dəmir dirək basdırıb. Hər dirəyin qazılaraq dibinə beton tökülməsi üçün kənddən işə cəlb olunanlara 8 manat pul verib. Bir dirəyin betonlanmasında azı 4-5 nəfər çalışır. Bu isə o deməkdir ki, bir dirəyin betonlanmasına adambaşına 1,5 manat pul düşür. Kənd sakinlərindən ibarət 4-5 nəfərlik bir dəstə isə bir iş günü ərzində uzağı 10 dəmir dirək betonlaya bilir. Bu da kənd sakinlərinin gün ərzində 10 manata çalışdığını göstərir. Amma əldə etdiyimiz məlumata görə "Caspian Road” MMC bir dəmir dirəyin qazılaraq betonlanmasına 58 manat yazır. Onun cəmi 8 manatını isə kənddən tutduğu ucuz işçi qüvvəsinə verir. Burada MMC-nin rəsmi fəhlələrinin adına 600-700 manat maaş yazaraq, kənddən tutulan fəhlələrə gündəlik, yaxud da həftəlik əməkhaqqı ödəmələri də istisna deyil.
Görsənən odur ki, "Caspian Road” MMC işləri fəhlələrlə heç bir əmək müqaviləsi bağlamadan ucuz işçi quvvəsi cəlb etməklə həyata keçirir. Bununla yanaşı şirkət hər rabitə dirəyinin qazılaraq dibinin betonlanmasını 58 manata rəsmiləşdirib, cəmi 8 manat xərcləyir. İndi təsəvvür edin Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində nə qədər yeni rabitə dirəkləri basdırılıb və hər dirəkdən 50 manat silinirsə bu nə qədər vəsait edir.
Belə çıxmırmı ki, "Aztelekom” MMC -nin rəsmiləri keçmiş baş direktor Klaus Müllerin Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı 50 milyon ABŞ dolları dəyərində kreditin böyük hissəsini "Caspian Road” MMC vasitəsi ilə silirlər?/Aktualinfo.org
Oxşar xəbərlər
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
3 aprel 2026 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
Xəbər lenti
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
