400 bağça müəllimi etiraz edir, nazirlik isə susur...
Bakıda 400-dən yuxarı bağça müəllimi etiraz aksiyası keçirəcək.
Bir qrup bağça müəlliminin Qaynarinfo-ya ünvanladığı məktubda deyilir ki, onları Elm və Təhsil Nazirliyinin qarşısına aparan səbəb əmək haqqlarının kəsilməsidir:
"Bağçalarda acınacaqlı vəziyyət yaranıb, iki aydır bütün müəllimlərin əmək haqqları kəsilib. 400-dən çox bağça müəllimlərindən ibarət qrup yaratmışıq. Bu qrupda bütün bölgələrdən müəllimlər bir-birinin problemini eşidə və müzakirə edə bilir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması absurddur. Bizim ən azı 15-20 il iş təcrübəmiz var. Hətta elə müəllim var ki, 30 ildir işləyir, uşaqların və valideynlərin sevimlisidir. İndi biz qeyri-ixtisaslı olduğumuz üçün iki aydır ki, maaşlarımızı kəsiblər, hamımızı 14-cü dərəcədən 10-cu dərəcəyə endiriblər. Bu, yolverilməzdir və qanunsuzdur”.
Məktubda daha sonra qeyd edilir ki, narazılıqlar barədə Elm və Təhsil Nazirliyinə məlumat veriblər, lakin onlara heç bir rəsmi cavab verilmir:
"Amma mühasibatlıqdan deyirlər ki, onlara belə göstəriş gəlib. Bütün müəllimlərin maaşları 76-100 manat arasında kəsilib. Maaşları kəsilən müəllimlər belə qərara gəlmişik ki, Elm və Təhsil Nazirliyinin qarşısına yığışaq, aksiya keçirək və şikayətimizi nazirə çatdıraq. Biz geri çəkilmək fikrində deyilik. Hüquqlarımızı qoruyacağıq. Maaşlarımızın kəsilməsi qanunsuzdur. 100 manat az pul deyil, ailəmizin bir probleminin həllidir. İşə həvəsimiz ölüb, bilmirik nə edək, nə uşağa yaxın dura bilirik, nə evimizdə dinclik tapırıq. Bizi gör nə vəziyyətə salıblar?! İşə piyada gedirik ki, yola verdiyimiz pulu evimizə çörək alaq, bunlar da 70-100 manatımız kəsirlər. Bu pul mənim dərmanımın aylıq puludur, 30 gün səhər tezdən işə gedirəm, hər uşağın nazı ilə oynayıram, axı o pulu niyə kəsirsiniz? İndi maaşımız kəsirlər, gələn aydan da bizi işdən çıxara bilərlər. Bu boyda müəllim ordusunu işdən çıxartmaq olar? Günahım nədir? Evimizdə xəstələrimiz var. İşimizin öhdəsində yüksək səviyyədə gəlirik”.
Məktubda bildirilir ki, hazırda çalışan bağça müəllimləri məktəbəqədər ixtisası bitirənlərdən daha təcrübəlidirlər:
"Onlar heç uşaqla davranışı belə bilmirlər, təcrübələri yoxdur, bizlər isə bu işə on illərimizi vermişik”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, həmin müəllimlər zəruri təcrübəni toplayıblarsa, müvafiq profil üzrə təhsil alanlardan geri qalmırlarsa, o zaman bu müəllimlərlə belə davranmaq düzgün deyil:
"10-20 il profil ixtisası olmadan işləyibsə, deməli, ali təhsil müəssisəsində aldığı təhsildən 10 dəfə artıq təcrübə toplayıb. Yaxşı olardı ki, onlar etiraz aksiyası deyil, birgə müraciət qəbul eləsinlər. İnsanlarlın əmək haqqını azaltmaq səhv yoldur. Onsuz da onların əmək haqqı kifayət qədər deyil”.
Oxşar xəbərlər
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
Xəbər lenti
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
Video & Fotoqalereya
Video
Fotoqalereya
