Azərbaycan Gürcüstanla quru sərhəddi niyə açmır ?- rəylər
Gürcüstana məxsus teleqram kanalları, xəbər saytları may ayının 1-dən etibarən Azərbaycanla quru sərhədlərin açılacağını yayıb. Bununla bağlı Azərbaycan tərəfindən hələlik rəsmi mövqe yoxdur.
Xatırladaq ki, quru sərhədlərin açılacağı ilə bağlı iddialar martın 28-dən güclənib. Belə ki, həmin tarixdə bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən müəyyən edilib ki, aşağıdakı hallarda COVİD-19 pasportu (COVİD-19-a qarşı tam peyvənd olunmasını və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı; müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Məhz bu qərardan sonra gözləntilər çoxalıb. Nəzərə alsaq ki, qarşıdan yay mövsümü gəlir, xüsusilə istirahətə quru yolla getmək istəyənlər veriləcək qərarı səbirsizliklə gözləyirlər.

Aydın Hüseynov: “Düşünürəm ki, yoluxma tamamilə aradan qalxarsa, sərhədlərin açılması labüddür”
Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, rəsmi qərar Nazirlər Kabineti tərəfindən veriləcək. O xatırlatdı ki, quru sərhədlərin bağlanması pandemiya ilə əlaqədar idi: “Bir çox ölkə pandemiyanın başa çatdığını elan edib. Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını elan edəcəksə, sərhədlərlə bağlı məhdudiyyətlər avtomatik olaraq ləğv olunacaq. Bəzi ölkələr bu məsələyə fərdi yanaşır. Düşünürəm ki, yoluxma tamamilə aradan qalxarsa, sərhədlərin açılması labüddür. Qarşıdan yay mövsümü gəlir, turizmin inkişafı baxımından bu çox önəmlidir. Eyni zamanda qonşu ölkələrdə yaşayan çox sayda azərbaycanlı Vətənə gəlməkdə çətinlik çəkir. Pandemiya başa çatarsa, bütün qonşu ölkələrlə sərhədlər açılmalıdır. Yox, əgər pandemiya davam edərsə, sərhədlərin açılmasına fərdi yanaşa bilərik”.

Azər Badamov: “Hər kəsin təyyarə ilə səyahət etmək imkanı yoxdur”
Millət vəkili Azər Badamov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, quru sərhədlərin açılması zamanı gəlib. O hesab edir ki, sərhədlər bağlı qalmayacaq: “Əhali dövlətin qərarlarına hörmətlə yanaşır. Əgər sərhədlər bağlıdırsa, bunun önəmli əsası var. Sərhədlər virus təhlükəsi səbəbi ilə bağlı saxlanır. Doğrudur, sərhədlərin bağlı qalması bir çox narahatlıq yaradır. Bir neçə ildir ki, yaxınlarını ziyarət edə bilməyənlər var. Hər kəsin təyyarə ilə səyahət etmək imkanı yoxdur. Bir çox nüansları nəzərə alaraq düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah sərhədlərin açılması ilə bağlı qərar verər”.
O ki qaldı İranla sərhədin açılıb-açılmayacağına dair fərdi yanaşmaya, millət vəkili qeyd etdi ki, vətəndaşlarımıza İrana səyahət etməməyin tövsiyə edilməsi sərhədin bağlı qalacağı demək deyil: “Virus təhlükəsi tam aradan qalxdıqdan sonra sərhədlər açılacaq. İranla münasibətin gərgin olması sərhədin bağlı qalması üçün əsas deyil. Yük avtomobilləri rahat hərəkət edir, ticarət əlaqələri davam edir, iqtisadi əlaqələr qaydasındadır. Gərginlik sünidir, uzun müddət davam edə bilməz. İranla Azərbaycan arasında razılaşdırılmış böyük layihələr var, məsələn, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi. Hesab edirəm ki, əsaslı səbəblərimiz olsa da, bu, müvəqqəti gərginlikdir. İran da gec-tez bunu başa düşəcək və Azərbaycanla əlaqələrin bərpa edilməsinə töhfə verəcək".
Eldəniz Əmirov: “Zəruri ehtiyaclar üçün sərhədlərin 10-15 günlük müddətə açılması yaxşı olardı”
İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, quru sərhədlərin bağlı qalmasının strateji səbəbləri var. O qeyd etdi ki, sərhədlərin olması bir çox istiqamətdə ciddi zərər yaradır: “Ən çox zərər turizm sektoruna dəyir. Formula 1 Azərbaycan Qran Prisi, müxtəlif regional və beynəlxalq idman tədbirlərin keçirilməsində məqsəd həm də Azərbaycanı tanıtmaq, turizmi inkişaf etdirməkdir. 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəldi. Bu, çox böyük rəqəmdir. Sərhədlər bağlandıqdan sonra turist sayı 4 dəfə azaldı. Sərhədlər bağlı olduğu müddətdə turizm sektoru o qədər zərər görəcək. Sərhədlərin açılması ayrı-ayrı sahibkarlara da xeyirdir. Aviabiletlərin fantastik dərəcədə baha olması da insanların rahat və sərfəli səyahətinə məhdudiyyət yaradır. Bunu nəzərə alaraq zəruri ehtiyaclar üçün sərhədlərin 10-15 günlük müddətə açılması yaxşı olardı. Bu məsələ dəfələrlə ictimai müzakirəyə səbəb olsa da, insanlar susaraq gözləmə mövqeyində dayanmağa vadardılar. Sərhədlər açıldıqda xeyli sayda insan Azərbaycandan Gürcüstana və Gürcüstandan Azərbaycana səfər edəcək”.
Xatırladaq ki, baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərin açılması ilə bağlı jurnalistlərə açıqlamasında demişdi ki, Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur. Baş nazirin müavini bu məsələ ilə bağlı dəqiq vaxt deyə bilməyəcəyini qeyd etmişdi: “Vəziyyətə uyğun müvafiq qərar qəbul olunacaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
