Nasistlər 30 ölkədən 20 milyon əsir götürüb – 12 milyonunu məhv edib
11 aprel dünyanın bir çox ölkələrində “Nasist konsentrasiya düşərgələrindən məhbusların azad olunması” beynəlxalq günü kimi qeyd edirlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu tarix təsadüfi seçilməyib. Məhz 1945-ci ilin aprelin 11-də Almaniyadakı Buhenvald ölüm düşərgəsi amerikalı hərbçilərinin nəzarətinə keçib. Bir ildən sonra Nürnberq məhkəməsində nasist konsentrasiya düşərgələrinin fəaliyyəti hüquqi müstəvidə araşdırılanda bu məkanların fəaliyyəti insanlığa qarşı cinayət kimi qiymətləndirilib...
Qeyd edək ki, faşist Almaniyasında konsentrasiya düşərgələri 1933-cü ildən, Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra fəaliyyət göstərməyə başlayıb və onların fəaliyyəti 1945-ci ilə qədər davam edib.
İlk nasist düşərgələri Hitlerin sərəncamı ilə yaradılıb. Bu sərəncamda düşərgələrin yaradılması “Xalqın və dövlətin qorunması” bəndi ilə əsaslandırılıb. Düşərgənin ilk sakinləri Almaniya Kommunist Partiyası və Almaniya Sosial-Demokrat Partiyasının üzvləri olublar. Artıq 1933-cü ilin sonunda düşərgələrdə mövcud rejimə qarşı çıxan 26700 məhbus saxlanılıb.
Düşərgələrin sayının artması və fəaliyyət coğrafiyası II dünya müharibəsi illərində daha geniş vüsət alıb. 1939-1945-ci illərdə Almaniyada və Almaniyanın işğal etdiyi ərazilərdə 14 min düşərgə salınıb. Ümumilikdə bu düşərgələrdə 30 ölkədən 20 milyona yaxın məhbus saxlanılıb.
1940-cı ildən başlayaraq konsentrasiya düşərgələrinin qeyri-rəsmi adı daha dəhşətli bir ifadə ilə, “ölüm düşərgəsi”, “ölüm fabriki” adları ilə məşhurlaşıb və hətta nasistlər bununla qürur duyduqları gizlətməyiblər.
Müharibə illərində düşərgələrdə 12 milyon insan məhv edilib. Onlardan 5 milyonu SSRİ vətəndaşları olublar, 2 milyonu isə uşaqlar olub.
Nürnberq məhkəməsində nasist konsentrasiya düşərgələri ilə bağlı araşdırmalar zamanı ölümlərin əsas səbəbi aşağıdakılar göstərilib:
1. Qaz kameralarına salmaqla kütləvi şəkildə ölümlər.
2. Məhbusların qida rasionunun normaya uyğun olmaması.
3. Məhbuslara tibbi xidmətin göstərilməməsi və xəstəliklər.
4. Ağır iş rejimi.
5. İşgəncələr.
6. Əsirlərin üzərində tibbi-bioloji sınaqlar.
7. İntihara sövqetmə.
8. Heç bir əsas olmadan edamlar.
Nasistlərin konsentrasiya düşərgələri ölüm faktlarına görə rekord rəqəmlərə nail olub. Osvensim düşərgəsində 4 milyon, Maydanekdə 1 milyon 300 min, Mauthauzendə 122 min, Zaksenhauzendə 100 min, Ravensbryukda 92 min, Treblinka və Ştutqofda 80 min əsir bir neçə il ərzində müxtəlif vasitələrlə məhv edilib.
1944-cü ilin ortalarından başlayaraq düşərgələrin saxlanılması və yerləşdiyi məkanlar Almaniya hökuməti üçün ciddi problemlər yaradıb. Belə ki, SSRİ və müttəfiqləri işğal olunmuş ərazilər boyunca irəlilədikcə Almaniya əsir düşərgələrini köçürmək məcburiyyəti qarşısında qalıb. Artıq 1944-cü ilin sonunda demək olar ki, bütün düşərgələr Almaniyanın daxilində yerləşib. Bu ərəfədə əsirlərin öldürülməsi kütləvi hal alıb. Bir tərəfdən onların daşınması, digər tərəfdən, məhbusların Almaniyadakı düşərgələrə yerləşdirliməsinin fiziki cəhətdən mümkün olmaması kütləvi edamlarla müşayiət olunub.
Müharibə illərində üç il əsir düşərgəsində saxlanılan tarixçi Semyon Tixomirov sonralar öz xatirələrində həmin dövrü aşağıdakı kimi xatırlayıb:
“Əsirlərin daşınması üçün yük qatarları kifayət etmirdi. Bu səbəbdən də bəzi hallarda əsirlər uzun məsafəni piyada qət edirdələr. Bu, olduqca çətin idi. Çünki alman nəzarətçiləri də əsirlərlə birgə həmin uzun məsafələri qət etmək məcburiyyətində qalırdılar. Nəzarətçilərlə yanaşı əsirlərin daşınmasına əlavə qvvələr də cəlb edilirdi. Biz təxminən 1500-ə yaxın əsir Polşadan Almaniyaya piyada keçdik. Yolboyu taqətsizlikdən, xəstəlikdən ölənlərin sayını bilmirdik. Onları dəfn etməyə də icazə verilmirdi. Kiçik bir müqavimət isə güllələnməklə nəticələnirdi. Ağlayan uşaqlar, yeriməyə halı olmayanlar yerindəcə güllələnirdi. Bəzən elə olurdu ki, ərzaq iki sutkadan sonra verilirdi. Əlbəttə, əgər ona ərzaq demək olardısa. Bir sözlə, yaşamaq uğrunda mübarizə gedirdi. Almaniyada isə bizi nə gözlədiyini bilmirdik. Amma bir təsəlli var idi içimizdə. Aramızda bir alman dili müəllimi var idi. Nəzarətçilər onun alman dilini bildiyini bilmirdilər. O, almanların danışıqlarından anlayırdı ki, cəbhələrdə almanların vəziyyəti heç də yaxşı deyil. Biz bu ümidlə yaşayırdıq, Almaniyaya döğru ac-susuz piyada bu ümidlə gedirdik, qələbə ümidi ilə...”
Məğlubiyyətlərinin çox da uzaqda olmadığını başa düşən Almaniya son qisaslarını da əsirlərdən alıblar. 1945-ci ilin yanvar-mart aylarında Almaniyadakı əsir düşərgələrində on minlərlə məhbus güllələnib. Həmin ilin may ayında bütün düşərgələr SSRİ-nin və müttəfiqlərinin nəzarətinə keçib.
Bu gün bir çox ölkələrdə Almaniyanın konsentrasiya düşərgələrində həyatlarını itirmiş insanların xatirəsinə komplekslər salınıb, onlar haqqında çoxsaylı kitablar yazılıb, filmlər çəkilib və dünya durduqca bu düşərgələrdəki vəhşiliklər tarixin səhifələrindən silinməyəcək.
İlham Cəmiloğlu, Musavat.com
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05