Pişik üstündə düşən davaya görə 8 il 6 ay həbs edildilər
Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğu bir nəfəri görüşə çağıraraq quldurluq edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bir müddət öncə Ramana qəsəbəsində baş verib.
İttihama görə, 2003-cü il təvəllüdlü Kamil Əliyev (şərti) və 1992-ci il təvəllüdlü Murad Əkbərov (şərti) cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirdiklərini fikirləşiblər. Onlar instaqramda tanış olduqları Sədi Məmmədovu (şərti) qarət etmək qərarına gəliblər. Kamil Sədiyə “Skottish” cinsindən olan pişik saxladığını deyib, onun eyni cinsdən olan pişiyi ilə cütləşdirmək üçün Ramanada görüş təyin edib. Görüş zamanı Kamil özündə kontur olmadığını bildirib, pişiyi gətirən adama zəng etmək bəhanəsi ilə Sədinin telefonunu istəyib. Bu zaman Murad arxadan yaxınlaşaraq Sədini yumruqla vurub. Onun müqavimətini qırmaqla 40 manat dəyərində gödəkçəsini, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində “Bakıkart”ını, içində pul olmayan bank kartını və 80 manat dəyərində mobil telefonunu götürüblər. Sədiyə ümumilikdə 137 manat ziyan vurublar.
Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) cinayət işi başlanıb. Kamil və Murad tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 8 il 6 ay müddətə həbs cəzası verib.
Qərardan narazı qalan K.Əliyev və M.Əkbərov apellyasiya şikayəti verib. Kamil bəraət, Murad isə ittiham olunduğu maddənin yüngülləşdirilməsini istəyib. Onların şikayətinə bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Murad məhkəmədə deyib ki, o, həmin gün küçədə Kamilin bir nəfərlə mübahisə etdiyini, hər ikisinin uca səslə söyüşlər söydüyünü görüb: “Onlara yaxınlaşanda Sədi nalayiq söyüş söydüyündən Sədinin üzündən yumruq vuraraq həmin yerdən qaçıb getdim. Hadisə yerinə gələrkən qəfəsdə bir pişik də görmüşdüm. Polis bölməsində bildim ki, Kamil Sədinin telefonunu götürüb”.
Kamil Əliyev isə pişiklərini cütləşdirmək məqsədilə ilk olaraq Sədinin ona yazdığını deyib: “Sədi “Skottish" cinsli pişiyi olduğunu, cütləşdirmək istədiyini dedi. Mən də təklifini qəbul edib görüşdüm. Lakin Sədi görüşə pişiyini gətirməmişdi. Səbəbini soruşanda dedi ki, “gəlmişəm sənin pişiyini aparam”. Bunun üstündə mübahisə düşdü, söyüş söydü. Həmin vaxt Murad arxadan gəlib Sədiyə yumruq vuraraq qaçdı. Muradın hadisə yerinə necə gəldiyini bilmirəm. Sədi zərbədən yerə yıxıldı. Gödəkçəsi bulaşmışdı deyə çıxarıb tulladı və Muradın arxasınca qaçdı. Sədinin gödəkçəsini götürüb evə apardım, cibində telefon olduğunu görüb fikirləşdim ki, Sədi məhəlləni tanıyır, səhər gələndə gödəkçəni və telefonu verərəm. Biz artıq barışmışıq, heç bir şikayət və tələb yoxdur”.
Məhkəmə apellyasiya şikayətlərini əsassız hesab edib. Hər iki şəxsin cəza müddəti dəyişdirilmədən saxlanılıb.
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
