Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi..
Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı 400 min manata yaxın dələduzluqda ittiham olunan Vladimir Müslümova 8 il həbs cəzası verilib.
Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda dələduzluqda ittiham olunan Vladimir Müslümov ittiham üzrə özünü qismən təqsirli bilərək bildirib ki, 2002-ci ildən tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində yaşayış binalarını şərikli olaraq tikib. 2018-ci ildə Moskvada MMC təsis edib. Həbs olunana qədər həmin MMC-nin direktoru vəzifəsində işləyib.
Vladimir Müslümov şəriki Tahirlə, həmçinin Raqif və Emin adlı şəxslərlə bina tikmək istəyib. Lakin bunun üçün yer olsa da, pul olmayıb. Həmin ərazilərə dair sənədlər də olmayıb. Pul tapacağı halda yeri alıb, bina tikməyi planlanlaşdırıb.
2021-ci ilin yanvar ayında Tahir vəfat edib. Bundan sonra Yaşar adlı şəxs onu Tahirin qudası, general-mayor Vəzir Həsənovla görüşdürüb. Görüşdə Vəzir Həsənov söz verib ki, binanın inşa edilməsi üçün ona bankların birində 10.000.000 avro kredit verilməsinə kömək edəcək. Bunun əvəzində isə Vəzir Həsənova inşaa ediləcək binada ev veriləcək. Bankdan götürəcəyi krediti isə şərikləri ilə birlikdə binanı tikib, satdığı mənzillərin hesabına əldə olunacaq gəlirlərlə ödəyəcək.
Vəzir Həsənov kreditin verilməsi üçün əlaqələrindən istifadə edəcəyini deyib və Vladimir Müslümov ona inanıb. Bunun müqabilində binanın A blokunun 6-cı mərtəbəsində 4 otaqlı, 178.00 m2 sahəsi olan 391.754 manat dəyərində mənzili pay verməsi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək ona verib.
Bu sənədə əsasən Vəzir Həsənov ona heç bir ödəniş etməyib. O, bu mənzili generala bina tikmək üçün lazım olan krediti götürməyə kömək etməsinə görə verib.
Vladimir Müslümov Vəzir Həsənovdan 2021-ci ilin aprel ayında 100.000 ABŞ dolları borc alıb. Bu hadisə də Sumqayıt şəhərində baş verib.
Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina tikmək istədikləri yerdə hazırda heç bir tikili yoxdur. Həmin yer qeyri-rəsmi olaraq onlara məxsusdur. Bütün sənədlər Yusufov və Emin adlı şəxsdədir. Belə bir bina yoxdur, onun yalnız yeri var. Vladimir Müslümov sadəcə MMC-ni yardıb, sənədi Eminlə hazırlayaraq imza atıb, MMC-nin möhürü ilə möhürləyiblər.
Bildirib ki, sənədin heç bir hüquqi əsası yoxdur. Vəzir Həsənova verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Onun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanıb və axtarışdadır. Həmçinin qeyd edib ki, həmin mənzil üçün generaldan 391.754 manat pul almayıb, pay olaraq verib.
Vladimir Müslümov bildirib ki, generalın bacanağı İnqilab Əliyevi isə sonradan tanıyıb. Ona da 2021-ci ilin aprel ayının 9-da Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa ediləcək 18 mərtəbəli "PANORAMA BAYİL" yaşayış kompleksində 2 otaqlı, 80 m2 yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks etdirmir və ondan 100 dollar pul almayıb.
Vladimir Müslümov etiraf edib ki, 100 min dollar pulu yalnız generaldan alıb. Həmin vəsaiti Eminə verib ki, gedib Rusiyada pul götürmək üçün işlər görsün. Vəzir Həsənova müqavilədəki ev bina tikiləndən sonra ona verilməli imiş. Lakin sonradan general onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri alınmayıb, bu zaman İnqilab Əliyev borc müqaviləsi yazdırıb ki, əlində sənəd olsun.
Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, istintaq zamanı 3 dəfə ifadə verib. Vəzir Həsənovla 15 dəfə görüşüb və pulu 1 dəfəyə alıb. General ona cəmi 100 min dollar borc verib. Bankdan kredit götürə bilmədiyinə görə işlərini davam etdirə bilməyib.
Qeyd edək ki, general Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.
General izahatında bildirib ki, 391.754 manat pul ona məxsusdur və həmin məbləği 4 otaqlı mənzilə görə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində Vladimir Müslümova verib. Bacanağı üçün də 2 otaqlı mənzil almaq üçün birlikdə 560.000-ə yaxın məbləğdə pul ona ödəyiblər. General həmçinin əlavə edib ki, Vladimir Müslümov üçün bankdan kredit götürülməsi və onun şirkətində şərik olması ilə bağlı ifadəsi yalandır. Onun Vladimir Mülümovla işbirliyi, biznes planı qətiyyən olmayıb.
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
Xəbər lenti
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
Video & Fotoqalereya
Video
Fotoqalereya
