Menderesi, Dəmirəli, Eceviti devirən ABŞ-ın yeni planı..– Ərdoğanın dirənişi
Tarixdə belə qalıb: guya 63 il öncə həmin bu may ayında Türkiyənin devrilmiş baş naziri Adnan Menderesə kəsilmiş ölüm hökmünün ömürlük həbslə dəyişdirilməsi üçün ABŞ-ın yeni prezidenti Con Kennedi Türkiyə prezidenti Cemal Gürselə çağırış edib, amma onu eşitməyiblər.
Ola bilər, belə bir çağırış həqiqətən olub, amma ABŞ prezidentinin sözünün Türkiyədə saya salınmaması absurddur.
Kennedidən başqa, dövrün nüfuzlu siyasi xadimləri də Menderesi ipdən almaq istəyiblər. Bu sırada Böyük Britaniya kraliçası II Elizabet, Fransa prezidenti Şarl de Qoll, Almaniya kansleri Konrad Adenauer, Pakistan prezidenti Məhəmməd Əyyub Xan, İran şahı Məhəmmədrza Pəhləvi də olub.
![]()
Adnan Menderesin həyatının son saniyələri
Ancaq prezident Gürsel dünya “dev”lərinə müqavimət göstərib və 10 il boyunca Türkiyəni idarə etmiş Menderesi asdırıb. Heç ağlabatan deyil. Ya bu xahişçilər öz “xilaskarlıq”larında israrlı olmayıblar, ya da üzdə bir söz deyiblər, daldada başqa söz. Xüsusilə də ABŞ administrasiyası və Böyük Britaniya dövləti.
Ona görə ki, Menderesin devrilməsi planının müəllifləri məhz onlar olublar. Uzun illərdən sonra o dövrdə işin içində olanların etiraflarından, ifadələrindən çıxan nəticə budur. Həmin hadisəyə dair yazılmış məqalələrdən birində belə fikirlər var:
"Demokrat Partiyası iqtidara gəldikdən sonra tam müstəqil sənayeleşmiş bir Türkiyənin ortaya çıxmasını ehtiva edəcək sənaye inkişafı planı tətbiq etmək istəyirdi. Ancaq ABŞ-ın Türkiyəyə biçdiyi rol çox fərqliydi. Türkiyə dünyanın taxıl anbarı, sement deposu, xammal təchizatçısı olmalıydı”.
İngiltərənin o zamanlar Türkiyəyə mövqeyi də bənzər olub. İngiltərənin Ankaradakı səfiri Bouker ölkəsinin baş nazirinə yazdığı məktubda Adnan Menderes və Fatih Rüştü Zorluya qarşı çox ciddi ittihamlar irəli sürüb. O, Fatin Zorlu və Adnan Menderesi öz məktubunda “qumarbaz və hiyləgər tülkülər” adlandırıb. Məktubda göstərilib ki, Amerika və İngiltərə Fatih Zorlu və Adnan Menderes kimi adamların hakimiyyətdən kənarlaşdırılması və yerlərinə daha münasib adamların gətirilməsi barədə razılığa gəlməlidirlər.
![]()
Asılan siyasətçilər: Menderes, Zorlu, Polatkan
Qısa müddət keçib, Türkiyədə hərbi qiyam olub, Menderes iqtidarı devrilib. Onu da, Zorlunu da asıblar.
Bu gün Türkiyədə gedən seçki prosesinə, ortalıqda uçuşan iddia və ittihamlara, siyasətçi və təbliğatçıların təsbitlərinə, xüsusilə xarici ölkələrin bu seçkiyə münasibətlərinə diqqət edərkən bu cür tarixi hadisələri də gözə almaq lazımdır.
Menderesin qələmini qıran ABŞ prezidenti Duayt Eyzenhauerin siyasi xələfi Cozef Bayden də Rəcəb Tayyib Ərdoğana qarşı həmin niyyətdədir, bu günlərdə bəyan edib ki, Ərdoğanla qurtarmalıyıq.
Bu, seçki Türkiyənin daxili işi deyilmi? Türkiyəyə prezidenti türk seçiciləri seçməlidirlər, ya yox? İş belədirsə, ABŞ və Avropa dövlətləri nədən qol çırmayıb ortalığa giriblər və 80 milyonluq ölkəyə yeni rəhbər seçmək istəyirlər? Qəribə deyilmi?
![]()
Adnan Menderesin aqibətini, sabiq baş nazir Süleyman Dəmirəlin 3 dəfə hərbi qiyamla devrilməsini, daha bir sabiq baş nazir Bülent Ecevitin başına gələnləri biləndə görürsən ki, heç nə qəribə və təsadüfi deyil. ABŞ-ın Türkiyəyə münasibəti tarixdən gəlir. Bu dövlət Türkiyədə dəfələrlə hakimiyyət dəyişikliyi edib, hökumət koalisiyalarını dağıdıb, baş nazirləri istefa verməyə vadar edib, hansı dirəşibsə, ordunu işə qoşaraq aşırıb.
Bülənt Ecevitin və onun birinci müavini Nəcməddin Ərbakanın Türkiyə və türk dünyası qarşısında ən böyük tarixi xidmətləri məhz 1974-cü ilin iyulunda olub. O zaman onlar Kipr adasına qoşun yeridərək, genosid və kütləvi deportasiya təhlükəsi qarşısında qalan Kipr türklərini xilas ediblər. ABŞ və İngiltərə bu hadisədən çox narazı qalıb. Türkiyə və Kiprin türk ictimaiyyəti xilaskar rəhbərlərə minnətdarlıq etməyə macal tapmamış Ecevit istefaya göndərilib. Niyə? Çünki düymə okeanın o tayından basılıb.
![]()
Kipr türklərinin xilaskarları: Nəcməddin Ərbakan və Bülənt Ecevit
İki il sonra, 23 iyul 1976-cı ildə Nyu-Yorkda səfərdə olan Ecevitin həyatına qarşı sui-qəsd də təsadüfə oxşamır. Qəsdin qarşısı onu mühafizə edən FTB agenti tərəfindən alınsa da, qəsdi kimin təşkil etməsi qaranlıq qalıb.
Maraqlıdır ki, Ecevit də, Dəmirəl də ABŞ-a yaxın adamlar olub. Dəmirəl 1954-1955-ci illərdə ABŞ-da təhsil alıb. Ecevit isə 1944-cü ildə İstanbulda Amerika Robert kollecini bitirib. Türkiyə, Böyük Britaniya və ABŞ-da tərcüməçi və jurnalist kimi fəaliyyət göstərib. Londonda 1946-1950-ci illərdə Türkiyə səfirliyinin mətbuat attaşesinin katibliyində də işləyib.
![]()
Türkiyə siyasətinin parlaq simaları: Ecevit, Ərbakan, Dəmirəl və Türkeş
Ancaq onların hər ikisi baş nazir olduqdan sonra Türkiyə adına müstəqil siyasət yeritmək istərkən başlarına gəlməyən oyun qalmayıb.
Türkiyə NATO-ya üzv olandan sonra bu ölkədə baş verən hərbi qiyamların və çevrilişlərin hamısı blokun sərəncamında olan generallar təşkil ediblər. Bəs NATO-nun bir nömrəli ağası hansı dövlət idi? ABŞ idi, hələ də odur.
1980-ci ilin 12 sentyabrında general Kənan Evrenin başçılıq etdiyi qiyamçı generallar qrupu da o boyda hərbi cinayətin dəstəyini ABŞ-dan almışdılar. Hər şey 1973-cü ilin 11 sentyabrında Çilidə prezident Salvador Alyendenin devrilməsi, Auqusto Pinoçetin hakimiyyəti gəlməsi ssenarisi üzrə baş vermişdi. Eyni qırğın, bənzər repressiya. Motiv də oxşar idi: “kommunist təhlükəsi”. Axırda Evren də, Pinoçet də hakimiyyəti mülki siyasilərə məhz Ağ Evin israrlı tələblərindən sonra təhvil verdilər.
Nəcməddin Ərbakanın 1997-ci ilin fevral ayının 28-də NATO generallarının ultimatumuyla hakimiyyətdən çəkilməsi də əslində “məxməri çevriliş” idi. 15 iyul (2016) qiyamı isə dünən-srağagün olub və çevrilişin sifarişçisinin ABŞ, icraçısının NATO generalları olması çoxdan sirr deyil. Hakimiyyətə isə dünya miqyaslı dini təriqət qurmuş, biznes imperiyası yaratmış Fətullah Gülən gələcəkdi və Türkiyədə teokratik rejim yaradacaqdı.
![]()
Ona görə də bizim bir sıra təsbitlərimiz yanlışdır. Bəzi dostlar deyirlər ki, mayın 14-də Türkiyə ya cəhalətə səs verəcək, ya da dünyəviliyə. Elə deyil. Ərdoğan hakimiyyətdə qalsa, Türkiyə cəhalətə qərq olmayacaq, bunu etmək niyyətində olanlar bir xeyli dərəcədə zərərsizləşdirilblər. Eyni zamanda Kılıçdaroğlu hakimiyyətə gəlsə, Türkiyə dərhal Hollandiyaya çevrilməyəcək. Türk xalqı yenə də orucunu tutacaq, namazını qılacaq, cümə günləri kütləvi şəkildə camelərə ibadətə gedəcək.
Türkiyədəki seçki davasının mayasında demokratiya-diktatura mübarizəsi də durmur. Ərdoğan hakimiyyətdə qalsa da, qalmasa da, bu ölkə növbəti dəfə yenə azad və qanuni seçkilər keçirəcək. Ərdoğan nə ömürlük prezident olacaq, nə də hakimiyyəti öz bioloji varisinə ötürəcək. Eyni zamanda Kılıçdaroğlu hakimiyyətə gəlsə, ölkədə bütün hüquq və azadlıqlar dərhal təmin edilməyəcək, bu sahədə olan problemləri illər boyunca həll etmək lazım gələcək.
Türkiyədəki seçkidə ölkənin bundan belə müstəqil dövlət olub-olmaması, Qərbin total asılılığından qurtulub-qurtulmaması məsələsi həll olunur.
Bu ölkədəki hakimiyyət dəyişikliyinin bizim ölkəmizə mümkün təsirləri barədə danışarkən, yenə də çox yox, 10-15 və 20-30 il öncə baş verən hadisələrə baxmaq lazımdır. ABŞ-dan asılı olan Türkiyə rəhbərlərinin necə dişsiz xarici siyasət yeritdikləri, “qardaşlıq”dan danışa-danışa neytral mövqe tutduqları, bunun sayəsində necə təkləndiyimiz yadınızdan çıxıbmı?
Düzdür, hakimiyyət dəyişikliyi olsa, bu, o demək deyil ki, həmin koalisyon iqtidar komandası Azərbaycanla münasibətləri tamam soyudacaq, amma indiki büsatda dəyişişiklik baş verəcəyi qaçılmazdır. Yeni iqtidarın həlledici məqamlarda azacıq neytral olması kifayətdir ki, bizim işimiz yarımçıq qalsın.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
