Sabiq nazirdən AXC hakimiyyəti barədə ŞOK açıqlama -Qarabağı verənlər
44 günlük ikinci Qarabağ savaşından ötən dövrdə Azərbaycanın bu regionunda və Ermənistanla sərhəddə baş verənləri dar düşüncəli, özünü hakimiyyətə müxalif adlandıran “siyasilərin” necə şərh etdilklərini müşahidə edirəm. Özünü siyasətçi, Azərbaycan müxalifətinin aparıcı şəxsləri hesab edən bu şəxslər, Qarabağ bölgəmizdə hər baş verən istənilən hadisədən, hər dəfə öz “siyasi” maraqlarını “çəkib çıxarıb” onu hakimiyyətə və Prezidentə qarşı istifadə etməyə cəhd edirlər. Baş verən hadisələrin incəliklərini dərk etməkdən çox uzaq olan bu kəslər, əslində atdıqları addımlarla düşmən dəyirmanına su tökdüklərinin fərqindədirlər. Onların bir çoxu 90-cı illərin əvvəllərində qaragüruhla hakimiyyətə gəlib, siyasi savadsızlıq üzündən, yenicə müstəqilliyini elan etmiş dövləti az bir müddətdə dərin bataqlığa salmış şəxslərdi. Dişlərində hakimiyyət şirəsi qalıb. Bu yolda bütün qaydasız siyasi savaş üsullarından (insan əxlaqına sığışmayan söyüşdən belə) istifadə etməyi özünə peşə seçənlər nə etmək istəyirlər?
Bəylər - ayıbdır, sadəcə ayıbdır! Azərbaycan Prezidenti İlham Əliyev hər bir azərbaycanlının yatıb yuxuda görə bilmədiyini 44 günlük müharibədə Azərbaycan xalqına bəxş etdi. Bu sadəcə güc müharibəsi deyildi, bəylər, bu həm də ağıl müharibəsi idi! Bu Qərbdən, şərqdən, şimaldan və cənubdan olan nəhənglərin ortasında kiçik bir dövlətin hərbi-siyasi qələbəsi idi. Bu gün iqtidarlı, müxalifətli hər bir Azərbaycan insanı Qarabağda mövcud olmuş problemin birdəfəlik çözülməsini istəyir. Amma və lakin, ortada yalnız istəyin olması yetərli deyil cənab “siyasətçilər” və cənab özünə “müxalifət” deyənlər! Qarşımızda bu gün bütün dünyanın öhdəsindən gələ bilmədiyi, aqressiv şimal qonşumuz var! Belə bir qonşusu olan bir balaca dövlət, bu cür problemi ağılla və zamanı yetişdikcə hərblə həll edə bilər – hansınıki Azərbaycan Prezidenti etdi və edir!
Qarabağı erməni işğalına kim verdi? Təbii ki, Azərbaycan hakimiyyətinin başında dayanan o vaxtkı və bugünkü siyasi deletantlar! Öz müstəqillik kürsüsündə körpə uşaq kimi güclə oturan bir dövlətin nə haqqı idi ki, zamanı çatmamış rus qoşunlarının tələm-tələsik Azərbaycandan çıxmasını tələb etsin? Ağıllı olub, rusların buradakı iştirakından Qarabağ probleminin və hətta lazım gələrdisə, Sovetlərin dağıldığı bir ərəfədə, elə Sovetlər hökumətinin səhv qərarlarında düzəliş edib, Zəngəzurun taleyini həll etmək olardı. Məgər o dövrdə rus qoşunlarının buradakı imkanlarından yararlanmaq kimi hadisələr azmı olmuşdu? O dövrdə baş vermiş bu kimi hadisələr barəsində çoxları yaxşı bilirlər. Sadəcə sizin qaragüruha söykənən siyasi savadınız, o dövrdə rusların buradakı iştirakından istifadə etmək qədər mükəmməl ola bilmədi. Ermənilər isə sizin bu siyasi deletantlığınızdan məharətlə istifadə edib, Qarabağda və ətraf rayonlarımızda at oynadaraq onları işğal altına saldılar. Bəs sizlər, o vaxtdan bu vaxta qədər siyasi savadını bir zərrə qədər yetkinləşdirə bilməyənlər nə etdiniz? Yenicə ayaq üstə durmağa çalışan, zəif bir dövləti bir tərəfdən Rusiya ilə, digər tərəfdən İranla baş - başa gətirdiniz. Az qala ölümlə olum arasında olan gənc bir dövlətin həmin dövrdə bütöv Azərbaycan yaratmaq xülyasının vaxtı yetişmişdimi sizcə? O dövrdə bunu bəyan etməyin vaxtı idimi? Belə bəyanat hansı siyasi təfəkkürün məhsulu idi?
Mən o dövrdə mütəxəssis kimi dəvət olunaraq Azərbaycan Respublikasının Maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım. Sizlərin, Əli Kərmli, Pəhah Hüseynov, İsa Qəmbər, Arif Hacıyev kimi dövlətin ən mötəbər kürsülərində oturanların, dövləti necə idarə etdiyinin canlı şahidi olmuşam. Prezident aparatında üst mərtəbədə prezidentin imzaladığı fərmanla vəzifəyə təyin olunmuş şəxsin əlindən həmin fərmanı alıb - “Elçibəy qələt edib belə fərman imzalayıb” deyən siz - o vaxtkı dövlət katibi Pənah Hüseynov deyildinizmi? Baş nazir işlədiyiniz dövrdə ölkə iqtisadiyyatının günü – gündən uçuruma yaxınlaşdığı bir vaxtda, vəziyyəti nəzarətə götürmək üçün qətiyyətli və təsirli tədbirlər görmək əvəzinə, Rusiyadan gətirilmiş bir neçə vaqon avtomobil şinlərini siyahı ilə rayon avtobazaları arasında səhərdən axşama qədər baş nazirin kabinetində bölüşdürmək qədər cılız, baş nazir adına yaraşmayan işlərlə məşğul olan siz deyildinizmi? İqtisadiyyatın sürətlə çökməyə getdiyi bir vaxtda, mənim “Bakinskiy Raboçiy” qəzetində Maliyyə nazirinin birinci müavini kimi yazdığım “Azərbaycan iqtisadiyyatı uçurumun bir addımlığındadır” başlıqlı məqaləm üçün məni Milli Məclisin sədri kimi kabinetinə dəvət edib tənəli danışıq aparan və hədələyən İsa Qəmbər deyildimi? Belə misalların sayı hesabı yoxdur. Siz bu gün İlham Əliyevə dövləti necə idarə etməyi “öyrətmək” istəyirsiniz. Yazıqlar olsun! Kim kimə hansı haqla, hansı siyasi və iqtisadi savadla nə öyrətmək istəyir? Yaxşı olar ki, çalışıb İlham Əliyev idarəçilik məktəbindən siyasi savadınızı və dövləti necə idarə etmək lazım olduğunu öyrənəsiniz. Bunun gerçəkdən sizlərə faydası ola bilər.
Bir an belə unutmayın sizin 30 il əvvəl, 30 min şəhid verərək ermənilərə təhvil verdiyiniz Qarabağı, bu gün İlham Əliyev 44 günlük savaşla, bundan on dəfə az itki ilə geri aldı. Cənab siyasi deletantlar, İlham Əliyev gerçəkdən nəyi nə vaxt və necə edəcəyini hamıdan yaxş bilir. Bundan şübhəniz olmasın. Dövlətin necə idarə olunmasından bixəbər sizlər isə, hər görülən işdən, hər atılan addımdan, öz siyasi məqsədlərinizi reallaşdırmaq naminə “əmma” axtarışını davam etdirə bilərsiniz. Nə qədər bacarırsınız axtarın “bu əmmaları”! Bütün gerçəklərin ortada olduğu bir vaxtda bu axtarışlar sizlərə nə verəcək ki?!
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru,
professor, sabiq Maliyyə naziri
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
