İlkin Süleymanovun atası qətli kimin törətdiyini demək üçün Bakıya gəldi - Qəbul edilmədi
Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 2019-cu ilin noyabrında 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar həbs olunmuş İlkin Süleymanovun ailə üzvləri – atası, anası və qardaşı Baş Prokurorluğun binası önünə gəliblər. Onlar baş prokuror Kamran Əliyevlə görüşmək istəyiblər. Lakin baş prokuror onları qəbul etməyib. Bundan əvvəl isə İlkin Süleymanovun atası İbrahim Süleymanov görüşmək üçün baş prokurora teleqram göndərib. O, baş prokurora teleqramında yazıb: “Nərmin Quliyevanın qətli ilə əlaqədar 3 ildən çoxdur tamamilə günahsız və əsassız həbs edilən oğlum İlkin Süleymanov haqqında cinayət işi üzrə yol verilmiş qanun pozuntularını diqqətinizə çatdırmağım üçün məni qəbul etməyinizi xahiş edirəm”.
İbrahim Süleymanov jurnalistlərə bildirib ki, oğlunun təqsirsizliyinə dəlalət edən bütün faktları Kamran Əliyevin diqqətinə çatdırmaq niyyətindədir. İbrahim Süleymanov hesab edir ki, baş prokurorun işdə yol verilən saxtakarlıq hallarından xəbəri olsaydı, qarşısını vaxtında alardı:
![]()
“Mən bu dövlətə neyləmişəm ki, mənim oğlumu həbs etmək istəyirlər? Belə bir ittihamlarla, belə bir insanı həbs etmək olarmı? Mənim, oğlumun günahı nədir? Əsl cinayətkar özlərinə məlumdur. İstəyirlər ki, onu azadlıqda saxlasınlar, mənim oğlumu əvəzində tutsunlar. Mənim oğlumun heç bir günahı yoxdur. Cinayətkar isə azadlıqda gəzir. İşdə şahid ifadələri var ki, bu cinayət necə qurulub”.
İlkin Süleymanovun qardaşı da deyib ki, cinayət işinin içində əsl cinayətkarın kimin olmasını ortaya çıxaracaq yetərincə ipucları var: “Çox təəssüflər olsun ki, məhkəmə həmin ipuclarını araşdırmağa icazə vermədi. Onlarla fakt vardı. Polis prokurorluğa şahid təqdim edib əsl cinayətin necə qurulması barəsində. Altay Ələkbərov 3 ifadə verib, üçü də ziddiyyət təşkil edib. Həyat yoldaşı Gülmirə xanım deyir ki, axşam işdən gəlib, bu adam da deyir ki, evdə olmuşam. Bunları aradşrımaq istəmirlərsə, özləri bilərlər. Biz sadə vətəndaşlarıq. Biz nə etməliyik? Biz ölkəmizdə sərbəst, qanunlar çərçivəsində yaşamaq istəyirik. Biz 4 ildir ki, dövlətin verdiyi imkanlar çərçivəsində özümüzü müdafiə etməyə çalışırıq. Biz cənab prezidentə müraciət edirik. Bəzi məmurlar bizə yaşamağa imkan vermir. Bu qədər də haqsızlıq olar? Biz İlkinin günahsız olmasına dair sübutlar göstəririk, amma İlkini buraxmırlar. Biz bu cinayətin kimin tərəfindən törədilməsinə dair sübutlar göstəririk, amma araşdırmırlar. Bizim günahımız nədir?”
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, təxminən ay yarım sonra qətlə yetirib. İlkin Süleymanov isə azyaşlının oğurlanıb öldürülməsylə bağlı ittihamı qəbul etmir. O, təqsirləndirilən şəxs qismində ilkin ifadəsindəki etirafı ağlasığmaz işgəncələrə məruz qalmasıyla izah edir. İlkin Süleymanov bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanılıb. Xüsusən yanvarın 8-dən 10-na qədər dəhşətli işgəncələrə məruz qalıb. İşgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. İlkin Süleymanovun yanvarın 6-da saxlanması məhkəmədə çoxsaylı şahid ifadələri, hətta azyaşlı Nərminin valideynləri və başqa qohumlarının dediklərilə də təsdiqlənib. Lakin cinayət işinin materiallarında onun yanvarın 10-da saxlandığı yazılıb.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
