Menecerlərin uca boylarından pulun üzünü görə bilmirik...
Doğrudan da bir çox hallarda sənətkarlara, yaxud işi ərsəyə gətirənlərə qiymət yox dərəcəsindədir. Sənəti, işi yaradana, orijinalı meydana gətirənə yox, onun alıcısını təşkil edənə, müştəri tapana, bəzən isə ən mənəvi məsələləri bazara çıxaranlara ehtiyac var.
Elə qəribə bir dövran içərisindəyik ki, işi ərsəyə gətirəndən başqa hamı bəs qədər qazanır:
Məsələn: * Toy olur, nə oğlan evi karlı çıxır, nə qız evi. Qazanan elə restoranlar olur.
* Kitab sərgiləri keçirilir, nə yazıçı, nə şair, nə müəllif ciddi gəlir üzü görür. Cibi gülən yenə naşirlər və təşkilatçılar olur.
* Musiqilər yazılır, nə şairlər sözlərinə görə çox zaman pul alır, nə də bəstəkarlar qonorar. Cibləri dolan aranjimançılar olur.
* Müəllimlər gecə-gündüz dərs deyir, ancaq onqat qazananlar kurs rəhbərləri olur.
* Həkimlər bir qazananda isə klinika rəhbərləri on götürür...
* Aparıcılar maaş alır, bəzi televiziya kanalları reklamdan qaz vurub qazan doldurur, onların verilişlərini veriliş edən qonaqlar, ekspertlər isə çox zaman barmaqlarını sovururlar.
* Bir kq pambığı yığmaq üçün əlini 200 dəfədən çox kola aparmalısan. Dünyanın ən ağır zəhməti olan pambıq yığımında kəndlinin qazancı qul əməyindən də aşağı meyarlarla hesablanır. Di gəl bir sıra təsərrüfat yiyələri onqat nisbətlə qazanırlar. Bir sözlə, işi yaradan, məhsulu meydana gətirən adam, demək olar ki, o işə qol qoyan hər kəsdən daha az karlı çıxır.
Mərhum şair Fikrət Sadıq müsahibə vermirdi, bunu belə əsaslandırırdı ki, mən müsahibədə bir saat danışıram, bir qəzet səhifəlik yazının axırında isə müxbirin imzası gedir. Müsahibə qonorar vermək ənənəsinin olmamasına o da belə etiraz edirdi. Dərslik yazan dostum söyləyir ki, sualları mən hazırlayıram. Yüz min manatları isə sınaq imtahanı təşkil edənlər qazanır.
Bir dəfə şair Aqşin danışırdı ki, nəşriyyat əvvəlcə tərcüməçiyə verəcəyi puldan kəsir, mətni qəpik-quruşa çevirtdirir, sonra redaktorla, korrektorla danışıb görəcəkləri işin qiymətini aşağı salır. Kitab əlyazma halında olarkən artıq naşir görüləcək işin ilkin qazancını kitab çıxmamış götürür. Yəni nəşriyyat oxucudan qazanmalı olduğu pulu da əliqələmlilərdən qazanır.
Bir çox sənətlər kimi, bizdə menecerlik fəaliyyəti də dünya standartlarından fərqlənir. Bizim izahlı lüğətimizdə reallığımıza uyğun olaraq menecer sözünə belə şərh verilməlidir: “Duru yerindən öz payını götürən”. Bütün dünyada menecerlər “qazanc yerini tapan”, məhsulu alış ünvanına çatdıran, sənəti pula çevirənlərdir, bizdə isə əksər menecerlər pul ilə yaradıcı adamın arasına qaratikan kolu kimi bitiblər. Nəticədə, yaradıcı insanlar menecerlərin uca boylarının, enli kürəklərinin, yağlı dillərinin arxasından boylanıb pulun üzünü də görə bilmirlər.
Sanki mühitimizdə uğurlu menecerliyin əsas göstəricisi işlə məşğul olan hər kəsi pulsuz işlətməyə, yaxud qul əməyinə razı salmağıdır. Mən demirəm, menecerlər, yaxud biznes yiyələri qazanmasınlar, sadəcə insaf da dinin yarısıdır, sadəcə bölüşməyi bacarmaq lazımdır… İnsanlar pul qazanmalı olduğun işdən məvacib əldə edə bilməyəndə məcbur qalaraq fırıldaqçılığa, görüləcək işi başdansovdu eləməyə qurşanır. Məktəbdə bilik verməyi çoxdan yadırğamış bir sıra müəllimlərin dolanışığı repetitorluqdan, bir sıra həkimlərin qazancı ehtiyac olmadan göndərildiyimiz analizlərdən, firma dərmanlarından çıxır...
Elə bir dəhşətli vəziyyət yaranıb ki, carçıların çörəyi belə susmaqdan çıxır...
Fərid Hüseyn,
xüsusi olaraq “Qafqazinfo” üçün
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
7 aprel 2026 12:49
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Direktor itlərə görə cərimələndi
26 noyabr 2025 20:18
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 2025 14:48
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 2025 20:31
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
